Türkçülükdə “Səlcuqlu” xəstəliyi…

11267636_829401557136271_1229751676_n

Ön söz əvəzi
Türk tarixi yenidən yazılmalıdır. Tarix təkcə rəqəm və padişahlardan bəhs edən bir elm deyildir. Artıq tarix elmi yeni məcraya yönəlib. Tarixin predmetinə çevrilmiş heliobiologiya, klimatologiya, astrologiya, coğrafiya, filologiya, rassologiya ,arxeologiya, kalleoqrafiya və s. kimi elmləri bir kənara ataraq tarixi araşdırmaq, tarixi nailiyyətləri təsvir etmək mümkün deyil.
Qərblilərin və Vatikanın cızdığı xətlər etibarlılığını itirməkdədir. Gizlədilmiş, tərcümə vasitəsiylə saxtalaşdırılmış mənbələr özlərini bir-bir təkzib etməkdədir. Uydurulmuş xronoloji uyğunluğa əsaslanan əsərlər artıq tarix kimi qəbul olunmamaqdadır. Çünki istəklər aydındır. Afrikalı bir ziyalı olan Yomo Kenyattanın bu fikri məşhurdur: “Qərblilər Afrikaya gələndə bizim torpaqlarımız, onların isə İncilləri vardı. Xristianlar bizim gözlərimizi qapayaraq dua və ibadət etməmizi istədilər. Gözümüzü açanda bizim əlimizdə İncil vardı, onların ayaqları altında isə bizə aid torpaqlar…”.
Bu gün arxeoloji tapıntıların 80 faizi Qərbin anbarlarında gizlədilir. Cızılmış əlifbalar yalan şəkildə təqdim olunaraq inanmamızı tələb edirlər. Elmi ictimaiyyət bilərəkdən bu yanlış cığırlarla irəliləməkdən yorulmur. Bu gün Qərb dünyanı topla, silahla deyil, uydurduğu tarixlə, etnoqrafiya və s. ilə idarə edir. Müsəlman dünyasını iki məzhəbə, yüzlərlə təriqətə parçaladıqdan sonra, birgə tarixi nailiyyətləri qarşıdurma xatirələrinə çevrildi. Buna nə az, nə çox Vatikan 1000 il vaxt xərclədi. Düşmən durmadan yeni-yeni üsullar “kəşf” edirkən biz hələ heç köhnəlməyən səbəblərin fərqinə vara bilmirik. Tarixi düşmənçilik, milli düşmənçilik istiqamətinə yönəldilir. Türklər sağ təmayüllü, kürdlər, ermənilər, farslar, ərəblər sol təmayüllü millətçiliyə cəlb edildilər. Bu gün yanlış “genetik araşdırma” ortaya atılıb. Bütün vasitələrlə İslam dünyasını parçalamaq, imanlarını zəiflətmək yoluyla yaradılan İslam coğrafiyasında normal, tam müstəqil bir dövlət tapa bilərsinizmi?
Bu gün Roma Papasını qucaqlayan sünni və şiə bir-birini qucaqlaya bilmir. Kilsədə namaz qılan sünni, şiə məsciddə birgə namaz qıla bilmir. Neçə ki, tariximiz müstəqilləşməyib, müstəqil dövlətimiz də olmayacaq…

11208994_829402057136221_557427560_n

I Fəsil

Xəbərdarlıq: Qanı və geni türk olmayanların səhhətinə zərərlidir
1
Türklərdə bir deyim var: “Türkün türkdən başqa dostu yoxdur”. Həqiqətdə isə “türkün türkdən böyük düşməni də yoxdur”. Az-çox tarixi bilənlər hansı mənada bu qənaətə gəldiyimi anlayar.
Yəqin ki, bu yazını oxuyan qaragüruhçu, savadsız, damarlarında fars, yunan qanı axan, beyinlərində yəhudi düşüncəsi, əməllərində hay məkri, qəlblərində İran-Bizans sevgisi olan, zahirdə isə saxta “türk vətənpərvəri” əbasına bürünmüş modernist zehniyyət söylənən fikirləri, həqiqətləri quduzcasına qarşılayıb topa tutacaq. Dünyada həqiqətin bayraqdarı olan türk heç zaman özünə hesabat verməyib. Nəyin pis, nəyin yaxşı, pisliyin səbəbi və nəticəsi araşdırmayıb. Buraxdığımız səhvlərin çuxurlarına düşə-düşə keçdiyimiz yolların xəritələrini hazırlamışıqmı? Bunları etməməmizə səbəb içərimizdə əli tətikdə bir toplumun daim üzdə olmasıdır. Ona görə də bu tip adamlardan yazını sonadək oxumalarını, sonra “toplarına mərmi qoymalarını” istərdim. Bəri başdan bildirim ki, mən xristian, yaxud bütpərəst türkü müsəlman ərəbdən üstün bilən türk millətçisiyəm. Türkü osmanlı, türküstanlı, azərbaycanlı, altaylı olduğuna görə deyil, Tanrının lütfüylə türk doğulduğuna, bunca ehtişamlı və möhtəşəm bir millətin övladı olduğuna görə sevirəm. Çünki Tanrı bu dünyanı öz sevimli və seçkin etdiyi türkün ayaqları altına xalı və yaşayan bütün canlı və cansız varlığı isə ona xidmət etsin deyə yaratmışdır. Günümüzə gəlib çatan bir ərəb salnaməsində Xaqan belə deyir: “Bizim (türklərin) nazik dərimiz, möhkəm bədənimiz, uzun saqqalımız, qırmızı türbanımız və qaynar nəfəsimiz var. Biz ehtiraslı igid cəngavərlərik. Biz kalliqrafiya və yazıda, ilahiyyatda və imanda çox güclüyük. Bütün Bağdad bizə məxsusdur: sussaq susarlar, lazım gələndə hərəkət edərlər. İstəsək bütün dünya türkün istəklərinə tabe olar. Bütün dünya əhalisi onun xalqına, quldurları onun quldurlarına, azğınlar onun azğınlarına, rəhbərlər onun (türkün) rəhbərinə, bütün dindarlar isə onun dindarlarına tabe olar” (Абу Усман Амр Бахр ал-Джахиз «Послание ал-Фатху бин Хаган «О достоинствах тюрков и остального халифского войска» Bakı. 1993. s. 69). Bu sözlər dediklərimi təsdiqləyir.
Türkün yanlışı bizim yanlışımız, qədəri bizim qədərimizdir. Köksümüzü qabardan böyük əməllərlə yanaşı gedən yanlışlar bizlərin dərs alması üçün buraxılmışdır. Bu gün dünya hökmranlığını İblis kimi, şeytani üsullarla “oğurlamış” IV Roma və onun həvarilərinin qorxduğu bircə reallıq var: “Türk Birliyi”. Bu yola qoyulmuş çox başlar qurban gedib. Biz yuxudaykən düşmən 24 saat bu birliyə gedən yolları minalamaqla məşğuldur. Tale, can, qan, ruh və ümumi tarixi keçmiş birliyindən doğacaq Türk Birliyi tarixən heç bir tale bağı olmayan millətlərin səmimi olmayan xristian klubuna – Avropa Birliyinə bənzəməz. Bu gün Türk dünyası qorxunc bir şəbəkənin hədəfi halındaykən sünni-şiə, osmanlı-azərbaycanlı, osmanlı-türküstanlı və başqa məhəlli mübahisələri unutmalı və unutdurmalıdır. Çünki biz ya qardaş olmalı, ya da kardeş olmalıyıq. Başqa şansımız yoxdur.
2
Ən yaxın iki ölkə kimi aramızda iki mina basdırılıb və bir kimsə bu minanı zərərsizləşdirməyə çalışmır. Əksinə, hərə əlindən gələn həddə münaqişəyə çəkməkdədir. Zaman, istəyini soruşmadan Türkiyənin çiyninə türklüyün bayraqdarı, axır zamanın sahibi, dünya hökmranlığı kimi ən ağır və məsuliyyətli yüklər qoyub. Dinindən, yaşadığı coğrafiyasından asılı olmayaraq hər bir türkün vəzifəsi Türkiyənin çiçəklənməsi və qüdrətlənməsi olmalıdır. Bu böyük missiyanın sahibi olan Türkiyəyə qarşı diş qıcamış anqlo-sakson-sionist iş birlikçilərinin bizi parçalamaq üçün yararlandıqları şey nadanlığımız və əsl düşməni tanıya bilmək instiktimizin itməsidir. Ən yaxın iki qardaş ölkəni qarışdırmaq üçün qabardılan və daim modernləşdirilən iki səbəb var: şiəlik və Osmanlı-Səfəvi savaşları. Hər iki problemin aradan qaldırılmasına kimsə çalışmaz. Musəviyə, xristiana, vəhhabiyə qucaq açan Türkiyə şiəni din düşməni bilər. Məlum çevrələrə məğlub halda ayrıldığı ölkələrdə normal münasibətləri olan Türkiyə qalib gəldiyi və əslində zərərçəkmiş, hətta bu gün ikiyə bölünməsi daxil olmaqla zəif düşmüş bir ölkəni – öz qardaşını düşmən bilməkdədir. Qurub dağıtdıqları imperiyaların sayı ilə dünyanı heyrətə salan türklər bir toplum kimi həmin dövrlərin bu günədək qazanc və itkilərinin hesabatını aparmayıblar.
Böyük Hun, Böyük Bulqar, Xəzər, Qızıl Orda, Teymur oğulları, Böyük Çingiz xan, Dəşti Qıpçaq, Böyük Tatariya, Böyük Osmanlı, Səfəvilər və onlarla türk imperatorluğu türkün qanıyla, türkün sümüyü ilə qurulub. Yalnız Osmanlıdan Türkiyə, Səfəvilərdən param-parça edilmiş Şimali Azərbaycan, Teymuroğullarından isə Orta Asiya ölkələri əsarətlərlə dolu bir tarixlə gəlib çıxıb. Təkcə Türkiyə əsarət zəncirini yaxına buraxmayan tək türk dövlətidir. Onlarla türk qövmü müxtəlif imperiyaların basqıları altında inləməkdədir. Bu gün çoxlarının hər şeyi atıb araşdırmağa girişdiyi Atatürk olmasaydı və Çanaqqala tarixi yazılmasaydı, Türk dünyası başsız qalacaqdı. Nə yaxşı ki, sən varsan, Türkiyə!
Bu gün başında yəhudi fəsi, əlində ərəb təsbehi, boğazında qərbli qalstuku, beynində şeytan yuvası qurulmuş təfriqəçilər ölkənin içində oturub İblisin övladlarının göstərişlərini asanlıqla həyata keçirirlər. “Kitab – Quran, hədəf – Turan” sevdalı bir millətin coşqun enerjisini böyük işlərə deyil, xırda məsələlərə yönəltməkdədirlər. Çünki Türkün böyük işlər dalınca gedərək böyüməsini istəmirlər. Türk öz enerjisini çox gülünc məsələlərə xərcləməkdədir. Bu yazı mübahisə doğuran məsələlər barədədir. Tam yüz il müharibə aparmış ingilis-fransız dost olurkən bir il müharibə aparan Osmanlı türkü Azərbaycan türkü ilə niyə düşmən olmalıdır? Məgər dünyada döyüşməyə ayrı bir güc vardımı türkün qabağına çıxsın?
C.Oruellin belə bir fikri var: “Keçmişi idarə edənlər gələcəyi də idarə edəcəklər”. Bu devizə uyğun Vatikan min ildən artıqdır ki, yazılmış tarixi mənbələri məhv etməklə, üzünü köçürərək saxtalaşdırmaqla, tarixi nailiyyətləri mənimsəməklə məşğul olub. Belə bir məkrli düşmən qarşısında türkün öz daxilində məzhəb, üstünlük (mövqe) davası aparmasına haqqı varmı? Biz hamımız bir Adəmin və bir Oğuzun övladlarıyıq. Ona görə də tarixi nailiyyətlərimizi qəsb edənlərin nəzərləri torpaqlarımıza dikilib. Bunca təhlükənin qarşısında hansısa türkün “Osmanlı toyuğuna kiş deməsi”, “bir sünninin boşqabında şiə yemək yeyə bilərmi?” (Ü.Hacıbəyli, satirik, atmacalı sual) kimi çox cılız məsələlərlə başımızı qatırlar. Bu dünyanın hökm vermək üçün gözlədiyi Türkün durumuna baxın. Məzlum millətlər yüz illərdir türkün ədaləti üçün həsrət çəkməkdəykən bizim halımıza baxın. Bu gün elmin nailiyyətləri ilə silahlanan xristian dünyası Melitopolda (Ukrayna – müəl.) türk məzarından yalnız bir çınqıl qopararaq bir addım da irəli gedə bilməyərək Türkün qədim bilgiləri qarşısında heyrətdən donurkən biz nə hala düşmüşük. Dahi Azərbaycan şairinin “gül” adlandırdığı türk küfr danışır, şər-böhtanla əlləşir:

Yetmiş iki iz var yolumda müşkül,
Yetmiş biri tikan, ancaq biri gül…

(N.Gəncəvi “Xosrov və Şirin”)

Gizli elmin varisi Nizaminin gül adlandırdığı türk bütün millətlərin atasıdır. Dönük övladları yol gözləməkdən (Məsih anlamında -müəl.) gözlərinin kökü saralmışkən biz nə düşüncədəyik? Bizi bu hallara salan səbəblər var:

Çingiz xan və Səlcuqlar;
Əmir Teymur və Osmanlı;
Sultan Səlim və Şah İsmayıl;
Şiəlik və Sünnilik;

3
961552_829402247136202_282576796_n

Çingiz xanın fəthi və “Səlcuqlu xəstəliyi…”

Bu gün Səlcuqlu-Osmanlı təəssübkeşliyi Türkiyəyə ziyan verməkdədir. Çingiz xana, Teymur xana, Şah İsmayıla və onların simalarında türkün böyüklərinə qarşı küfrlər etmək Türkiyədə adi hal alıb. Nəsli-nəcabəti bəlli olmayanın biri qalxıb asanlıqla Əmir Teymura “məlun” deyir. Əsli-nəcabəti bilinməyən bir ərəbin təəssübünü çəkən kişi türkün əcdadına söyür. Maraqlıdır ki, bu “mason cocuqlarına” kimsə dur demir, əksinə, dəstək olurlar. Türkün türkə nifrətinin əsl hədəfi İsrail, Avropa, Rusiya, İran (farslar) olmalıykən onların əleyhinə bir informasiyanın sızmasına belə yol verməzlər. Türkiyəyə Böyük Çingiz xanın monqolluğunu həzm etdirənlər genoloji (DNK) yollarla özlərini Çingiz xanın varisi, xələfi elan etməyə çalışmaqdadırlar. Səlcuqlulara Kosadağda qalib gəlibdir deyə, Çingiz xan türk ola bilməz?
“Bölgədə Çingiz xana ilk sədaqət andı içən haylar idi. Beləliklə də onlar (tatarlar- müəl.) Kilikiyadan Aralıq dənizinin sahillərinə çıxırlar” (Э.Д.Филлипс «Монголы» Москва 2004 стр. 83). Bu faktı ona görə çəkdim ki, Arsaqlar (parflar, partlar) bölgəyə gələrkən də haylar onlara sədaqət (bu elə bir şeydir ki, hay millətində olmur-müəl.) andı içmiş və sonra xəyanət etmişlər. Səlcuqlulara da sədaqət andı içmiş və tatarları görüncə andı pozmuşlar. Osmanlılara and içmiş və hətta sultanların ən sadiq, sədaqətli qövm kimi əzizlədiyi , geniş ərazilərə köçməyə şərait yaratdığı haylar rusları görüncə andlarını pozmuşlar. Ümumiyyətlə, Səlcuqluların hesabına varlıqlarını hiss edən və etdirən haylar heç zaman aparıcı bir xalq olmamış və dövlətsiz xalqlar sırasındadırlar. Səlcuqluların bölgəyə gəlişi yerli türklərə böyük zərbələr vurmuşdur. Onların türk düşmənçiliyinin kökündə isə Orta Asiyadan, tacik (fars) millətindən olan vəzir Nizam-Əl Mülkün (Abu Ali Hasan ibn Ali at Tusi-1017-1092) yaratdığı antitürk sistem dayanır. Nizam-Əl Mülk sözü (adı) ona ləqəb kimi verilmiş “dövlətin qurucusu” anlamındadır. Dövlətin əsasları və strukturunu Sultan deyil, Nizamülmülk müəyyən etmişdi. Qızını Məlikşaha verdikdən sonra (İbn əl Əsir) “ata” titulu almaqla öz səlahiyyətlərini daha da artırdı. O da saxtakar fars şairi Firdovsinin türkə nifrət ideologiyasını Səlcuqlu dövlətinin ideologiyasına çevirdi. Məqsədi bu qarışıq toplum vasitəsilə fars dövləti yaratmaq idi. Çünki bölgədə fars din xadimlərini Toğrul bəyin ətrafına toplamışdı: “İdarəetmədə ən yaxın məsləhətçisi Nişapur şafiilərinin lideri imam Muvaffaq al Bastami (fars) oldu” (С.Г.Агаджанов «Государство Сельджукидов и Средняя Азия в XI – XII вв.» Москва- 1991, стр.98). Saray dili fars dili idi. Yazışmalar da farsca aparılırdı. Bu gün Türkiyəni Türk dünyasının liderliyindən kənar saxlayan ideya, məhz Nizamülmülkə məxsusdur. Nizamülmülk kimdir? O, sadə bir katib (mirzə) olarkən Alparslanla yaxınlığından istifadə edib vəzir Əbdülmülkün həbsinə və edamına səbəb olur. Əbdülmülk sultana yazmışdı: “Sənə sədaqətlə xidmət etdim. Atan bu dünyanı mənə vermiş, mən də hökm sürmüşdüm. Bu gün də sən məni şəhid etməklə axirəti mənə bəxş edirsən. Bundan yüksək səadət ola bilməz. Nizamülmülkə de: vəziri öldürməklə dünyaya murdar bir bidət, çirkin bir adət gətirdin. Bunun nə ilə nəticələnəcəyini düşünmürsənmi? Sənin və övladlarının aqibətindən qorxuram” (Osman Turan “Selcuklar tarihi ve türk-islam medeniyyeti”. Ankara 1965 səh.99).
Nizamülmülk az vaxtda hiyləylə əl-ayağına dolaşanları saraydan uzaqlaşdırdı. Onların yerinə öz yaxın adamlarını yerləşdirdi. Saray artıq farslardan ibarət aristokratiyaya məxsus idi. Döyüşkən səlcuqların dövlətçilik təcrübəsinin olmaması Nizamülmülkə qol-qanad verirdi. Mülki işlərin farsca, dini-şəri işlərin ərəbcə aparılması türkləri idarəçilikdən tam uzaq salmlşdı. Məlikşah dövründə daha geniş səlahiyyətlər əldə edən Nizamülmülk İran-fars Sasanilərə məxsus mərkəzləşdirilmiş bir sistem qurmuşdu və dövlətin, demək olar, bütün valiləri öz nəslinə yaxın adamlar idi (Osman Turan. yenə orada s.140).12 oğlu, çoxlu kürəkəni, qohum-əqrabası və s. hamısı vəzifələrə yerləşdirilmişdi. O, Səlcuqların türk xatunlarının işə qarışa bilməsindən qorxaraq Məlikşaha onların dövlət işlərinə qarışmalarını yasaqlayan fərman imzalatmışdı. Çünki bu dövlətin əsl sahibləri ərsəyə gətirdikləri dövlətin meyvəsini farslara qapdırmışdılar. Nizamülmülk bu barədə yazırdı: “Doğrudur, türkmənlərdən qanıqaralıq əmələ gəlmişdir, lakin onların sayları çoxdur. Bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin yaranmasında böyük xidmətlər göstərmiş, əziyyətlərə dözmüşlər, qohumluqları çatır”. Bütün bu sadalananlara görə türkmənlərdən min nəfəri qulam kimi işə götürməyi vacib bilən vəzir yazır: “Qəlblərində olan kin soyuyub getsin. Ehtiyac olduqda xidmətdə olanlardan beş min, on min ayırıb ata mindirməli, qulamlar kimi əllərinə silah verməli, əyinlərinə əlbisə geydirilməlidir ki, bu dövlətdən onların da payına bir şey düşsün” (Nizamülmülk “Siyasətnamə” Bakı 1987 s.98).
Türkün malınqan türkə düşən pay, Səlcuqluların nədən antitürk bir xanədan olduğunu tam sübut edir. Ona məxsus olan “Siyasətnamə” əsərində ən yaxşı işlər sasani kafirlərinin adıyla, ən iyrənc hadisələr isə türklərin adıyla təqdim olunur. Firdovsi-fars millətçiliyinin bariz nümunəsi türkün qılıncıyla həyata keçirilir və nə yazıqlar olsun ki, bu bəladan bu gün də qurtula bilmirik.
Günümüzdə də aktuallığını itirməyən sünni-şiə qarşıdurmasının təməl daşlarını da Nizamülmülk qoyub. Rafizi adını şiəliklə eyniləşdirən, ələviliyi bədəvi ərəblərin yürüşüylə eyniləşdirən ilk müəllif də Nizamülmülkdür. Heç bir mənbəyə istinad etmədən Rəvayətlər verir: “Müşəttəb dedi: “Üm Səlma (Peyğəmbərin (s.ə.s) ikinci arvadı- müəl.) rəvayət edir: “Bir gün (Peyğəmbər (s.ə.s) mənim yanımda idi. Fatimə, Əli (Allah hər ikisindən razı olsun) ilə onun yanına gəldilər. Bir şey soruşmaq istəyirdilər ki, Peyğəmbər (s.ə.s) başını qaldırıb dedi: “Ya Əli, təbrik edirəm. Sən və sənin əyalın behiştə gedəcəksiniz. Ancaq səndən sonra rafizi adlanan tayfa əmələ gələcəkdir, onlar kafirdirlər, rast gəlsən, öldür”. Əli (ə) dedi: “Ya Rəsulullah, onların əlaməti necədir? Peyğəmbər (s.ə.s) dedi: “Cümə namazına gəlməz, camaat namazına durmazlar. Sələflər haqqında pis danışarlar” (“Siyasətnamə” s.32). Burada bir neçə yanlışlıq göz önündədir. Birincisi, rafizilər Peyğəmbər (s.ə.s) dövründə var idi. Onlar Peyğəmbərin (s.ə.s) oğulsuzluğuna, sonsuzluğuna lağ edərdilər. İkincisi, “Səndən sonra gələcək bir tayfanı indi necə öldürmək olar?”. Üçüncüsü isə sələf dedikdə Əhli-Beyt nəzərdə tutulduğu aydındır. O, sadəcə sonrakı bölümlərdə şiəliyi rafizi adlandırmaq üçün zəmin hazırlayır. Türkün gücünə “sahib çıxan” bu fars millətçisi şiəliyi xəvaric, rafizi, dindən çıxmış və s. adlandırır. Bu faktları sadalamaqda məqsədim türkçülüyün bir xəstəliyini “yaradan” şəxsin dərindən tanınmasını istəməyimdir. Ümumiyyətlə, əsasən türkləri “İblis uşaqları” adıyla tanıdan Nizamülmülk yazır: “Dünya hökmdarı onların tamaşalarından (Aşuranı nəzərdə tutur-müəl.) vergi aldığından, onlar şahı tərifləyib şirnikləndirmiş, onu pula həris etmiş (Məlikşahı nəzərdə tutur – müəl.), məni qərəzçi kimi qələmə vermişlər. Ona görə də mənim nəsihətim bu vəziyyətdə ürəyə yata bilməz… Lakin indi bu barədə dediklərimin qəbul edilmədiyini gördüyümdən təkrar etməyi lazım bilmədim” (Onun həyasızlığına diqqət yetirin. Burada üstəlik başqa bir fars müəllifin yazdığı “İsfahan tarixi”ni oxumağı məsləhət görür. Bu əsər də şiəlik əleyhinə olan bir əsərdir-müəl.) (“Siyasətnamə” s.158). Artıq Səlcuqlu xanədanında, xüsusən Türkan xatunun inadkarcasına Nizamülmülkün oğurluqlarını, törətdiyi qanunsuzluqları, fars millətçiliyini və əxlaqsızlığı son həddə olduğunu bilərək hesab verməsini istəyirdi. Onun hüdudsuz səlahiyyət sahibi olmasını Məlikşah Sultanın göndərdiyi adamlara verdiyi cavabdan da görünür: “Məgər Sultan bilmir ki, mən onun şərikiyəm. O, bu mərtəbəyə mənim tədbirlərimlə çatıbdır. Yadında deyilmi Sultan Alp-Arslan öldürüldükdə mən qoşunları və əmirləri toplayıb Ceyhun çayını keçdim. Onun üçün şəhərlər almış, Şərq və Qərb ölkələrini fəth etmişəm. Deyiniz ki, o tac bu qələmə-davaata bağlıdır. Bu qələm-davaatı alsan, o tacı da ondan alarlar” (“Tərcümeyi-hali vəzir” s. 17).
Səlcuqların dövlətçilik ənənəsinin olmaması səbəbindən Nizamülmülk istədiyi kimi istifadə etmişdir. Bir zamanlar Nizamülmülkü yoxlamaq üçün işə başlayan, vergilərdə əskikləri müəyyən edən Həsən Sabbahı hiyləylə ləkələmiş və o da qaçmağa məcbur olmuşdu. Həsən Sabbah baş qaldıranda Nizamülmülk inadla Sultandan Həsən Sabbahı aradan götürməyə təhrik etsə də, Sultan ona məktub yazdı: “Sən özündən yeni din icad edibsən, avam dağlıları yoldan çıxarıb Abbasi xəlifələrini ələ salır, adamları öldürtdürür, ölkədə qarışıqlıq salırsan. Təriqətdən əl çək, əsl İslam yoluna qayıt. Əks təqdirdə qalanı yerlə-yeksan edib sakinlərini qılıncdan keçirərəm”. Həsən Sabbah Ələmut qalasından cavab yazdı: “Heç bir icad etməmişəm. Əsl müsəlmanam. Abbasilərə gəlincə, onları devirib Bağdaddan qovmaq gərəkdir. Çünki onlar xəlifəliyi zəbt etmişlər. Əsl xəlifələr Fatimilərdir. Ölkədəki qarışıqlıq, adamların öldürülməsi isə camaatın narazılığındandır. Onun da səbəbkarı vəzir Nizamülmülkdür. Bunların hər ikisini aradan qaldır. Əks halda bir başqası meydana çıxıb bu vəzifəni yerinə yetirə bilər” (Osman Turan “Selcuklar tarihi ve türk-islam medeniyyeti”. Ankara 1965 səh.227).
4
Çox güman ki, Türkan xatunun Nizamülmülkə qarşı başladığı mübarizə öz bəhrəsini verməkdəydi. Artıq bu İblisin əməlləri bir-bir aşkarlanırdı. Lakin onun hazırladığı sistemin bu günədək çökdürülməsi mümkün olmayıb. Fars dili konsepsiyasının səlcuqlardan sonra Osmanlı saraylarının dilinə çevrilməsi də onun ideyasından qalan miras idi. Düzdür, bir zamanlar eyni şəkildə ölkələr fransız, latın dillərini işlətsələr də XV əsrdən hər ölkə öz dilində danışmağa başladı. Amma Osmanlıda bu, XVI əsrdə də qalmaqdaydı. Dahi özbək şairi Əlişir Nəvai “Mühakəmət-ül-Lüğəteyn” əsərində yazır: “Türkün farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha yaradıcı olması məlumdur. Fars isə elmdə və cəhd göstərməklə əldə edilən bir mənada daha yüksək və dərin görünür…”
…Türkün farsdan daha üstün, daha qabiliyyətli, daha aydın və parlaq olduğunun bundan qüvvətli sübutu olarmı? “Bu iki millətin gəncləri, qoca və böyükləri, kiçikləri arasında yaxınlıq eyni dərəcədədir… Belə olduğu halda türklər fars dilini yaxşı öyrənir və danışırlar, amma farsların heç biri türkcə danışmaz. Yüzdə, bəlkə də mində biri türkcə öyrənər və danışınca da onun türk olmadığı anlaşılar. Türkün farsdan qabiliyyətli olduğuna bundan qüvvətli sübut olmaz və heç bir fars bunun əksini iddia edə bilməz…
…Fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında da incəlik, özünəməxsusluq vardır. İncə fərqlər, ən yüksək mənalar üçün belə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz”.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin farsca yazdığı əsərlərində yüzlərcə türk sözü (türkizm) işlətməsi məhz Nəvainin dediyi səbəblə bağlıdır.
Bu gün dəfələrlə araşdırdığım həqiqəti bir daha açıqlayıram. Türklərarası münasibətləri poza bilən və pozmağa yönələn bütün cəhdlərin müəllifləri, sifarişçiləri qeyri türklər və özünü türk saymayanlardır. Bir sözlə, Nizamülmülkün cocuqlarıdır. Bu yöndə Türk dünyasının aydınları ciddi araşdırmalara başlamalıdırlar.
Bu illər ərzində türklərin qazandığı böyük zəfərlərə kölgə salacaq qədər farslaşmaya rəvac verilmişdi. Məhz Firdovsi kimi bir saxtakarın quraşdırdığı və türkün türklə savaşını “İran-Turan” savaşı kimi verməsinə, (Kiaksarı Key Xosrov, əslində İki ok sar, Alp Ər Tunqanı isə Əfrasiyab kimi verməsi-müəl.) yalanlarına uyan fars vəzirlər bu dəfə də Türkün zəfərlərini öz adlarına yazacaqlarına ümid edirdilər. Burada Əmir Teymurun: “Qalx, qalx da, hər misranda pislədiyin türkü indi gör” –sözlərini xatırlatmaq yerinə düşər. Səlcuqlular dönəmində türklük təhqiramiz bir vəziyyətə düşmüşdü. Qalib türk, Bizansı diz çökdürən, imperatorunu əsir alan türk düşdüyü durumu anlamaqda çətinlik çəkirdi. “Səlcuqluq taxtında oturan hökmdarların ləyaqətsizlikləri və xeyli hissəsi iranlı və ya onların övladları olan dövlət adamlarının heç bir əxlaqi qayda tanımayan ehtirasları üzündən monqol (tatar) zülmü getdikcə ağırlaşmış və monqollar (tatarlar) 1277-ci ildə Türkiyənin ldarəsini felən əllərinə almışdır” (Faruq Sümər. “Oğuzlar” Bakı. 1992. s.168). Əslində tatarlar gəlmədən xalqın çəkdiklərindən danışan müəllif nədənsə günahı monqol dediyi tatarlarda görür. Amma Çingiz xan deyirdi: “Mən Tanrının cəzasıyam. Əgər bir günah işləməsəydiniz Tanrı sizi cəzalandırmaq üçün məni göndərməzdi”(«Сокровенная история монголов» ). Məhz Səlcuqluların antitürk münasibətinə qarşı üsyanlar baş verirdi. Tarixdə Baba İshaq üsyanı xüsusilə məşhurdur. Bəlkə də türklər özləri Çingiz xana xilaskar kimi müraciətlər ediblər (Hərçənd belə bir faktı Anadolu ilə bağlı tapmadım). Amma Xarəzmşah və Qara Kidanla bağlı faktlar mövcuddur. Qara kidanların xalqı Böyük Xana hökmdarları Kuçluq – Qurxanın İslam dinindən üz çevirib arvadının dinini – buddizmi qəbul etdiyini, xalqı da buna yönləndirdiyindən şikayət etdilər. Çingiz xan onu məğlub edərək başını kəsdi. Başının şəhərlərdə gəzdirilməsini əmr etdi. Bu gün çoxları Çingiz xanı Xarəzmşah Məhəmmədi məğlub etməsinə görə yamanlayırlar. Xan ona “sevimli oğlum” titulu vermişdi. O isə xanın elçisini və müsəlman tacirləri öldürərək mallarını qəsb etmişdi. Bunları eşidən Çingiz tarixçi Cuveyninin yazdığına görə belə deyib: “Baş verən bu bədbəxtlikdə mən günahsızam. Məni qisas almağa güclə vadar etdilər”(Дж. Мен «Чингисхан» Москва 2006, стр.178). Həmçinin Məhəmməd şah içki içən və öz xalqına zülm edən birisiydi. Tarixi vərəqlədikcə bu gün qanımıza işləyən, türklüyə xor baxan bir nəfər varsa, o şəxs Çingizxan deyil, Səlcuqluların fars vəzirlərinin və əyanlarının Osmanlıya və Türkiyəyə ötürdüyü mirasdır. Bu gün Tanrının inayətiylə dövlətin Türkiyə adlanması bu fars məkrinə və bütün dönüklərə verilən ən böyük cavabdır.
5
Çingiz xan türk millətinin qisasçı xanı olaraq göstərilir. Onun ərəbləri aşağılamasının ilkin səbəbi ərəblərin antitürk siyasətlərinə cavab kimi yozurlar. Xəzər xaqanının (o dövrün Böyük Xaqan ünvanını daşıyırdı-müəl.) biabır edilərək diz çökdürülməsi və zorla İslamı qəbul etdirilməsi, Azərbaycanda yerli türklərə qarşı edilmiş zülümlər, Xorasanda və Mavərəneynnəhrdə xalqa qəddarcasına divan tutulması, kişilərin kütləvi öldürülməsi, gənclərin qul kimi, qızların kəniz kimi bazarlara sürülməsi türk tarixinin yeganə və ən qanlı səhifəsi kimi Çingiz xanı böyük qisasa səsləmişdi.Ərəb sərkərdə Kuteybənin Talkan yaxınlığında törətdiyi qətliamı ərəblər çox öymüşlər.Ərəb şairi Kaah əl Əsğəri bu qətliamı belə vəsf etmişdi:”Kazah və Fasfac yaxasında bir-birinə sarılmış zavallıTürkləri qətl etdiyiniz gecələri hələ xatırlayın.Hər kəsi qılıncdan keçirdiniz.Sadəcə ata minə bilməyən yaşda kiçik cocuqlar qaldı.Minənlər də hırçın atların tərkində sanki bir yük kimiydilər…”(Ziya Kitapçı ”İslam tarihi ve türkler ”səh.314) .Əməvi zülmündən türklərin hesabına qurtulan Abbasilər də Xəlifə Mütəzz (897-ci il) vaxtından etibarən türklərə qarşı bir antipatiya, bir ərəb millətçiliyi vüsət almışdı. Xəlifə Məmnunun dövründə Türk olan vəzir Ubeydullah ibn Yəhya ibn Xaqanın və ordunun komandanı Musa ibn Buğa əl Kəbirin xilafətin qazandığı bütün uğurlarında imzaları vardı. Türklərin zəfərlərindən qorxan Xəlifə Mütamid onlarla mübarizədən qorxaraq paytaxtı yenidən Bağdada (889-890-ci illər və ya 892-ci il) köçürdü. O düşünürdü ki, bu yolla türk təsirini zəiflətmək mümkündür. Bir zamanlar bu hakimiyyəti onlara alıb verən Əbu Müslüm Xorasaniyə (755-ci il, yanvar) etdikləri xəyanəti, ərəblər digər türklərə qarşı yönəltmək istəyirdilər. Sadəcə qorxduqları üçün bunu gizlincə həyata keçirməyə çalışırdılar.
İlk ərəb-türk qarşıdurması Xəlifə Mütəzzin vaxtında baş verdi. 866-cı ildə türk əyanlar onların əmlakını yoxlamaq istəyən hesabdarı təhqiramiz şəkildə döydülər. Məhəmməd və Nəsr adlı ərəb sərkərdələrinin başçılığı ilə məğribilər adlanan ordu Samirədəki türklərə qəfil hücum edərək sıxışdırdılar və türkləri Xəlifə sarayından qovdular. Onlar türkləri ittiham edərək deyirdilər: “Gündə bir xəlifəni öldürüb, o birini hakimiyyətdən devirirsiniz. Vəzirləri qətlə yetirirsiniz”. Onlar türkləri məğlub etdilər, lakin əldə edilən barışıq şərtləriylə türklər razı deyildilər. Türk sərkərdəsi Bayıkbəy gecə ikən Məhəmməd və Nəsrin evlərini basaraq onları öldürdü. Başsız qalan məğribilər dağılışdılar. Ərəblərin türklərə qarşı ilk həmlələri uğursuzluqla nəticələndi. Xəlifə Mütəzz həm də Əhli-Beyt düşməni idi. Əhli-Beytdən olanları İmam Əli Nəqi (ə) başda olmaqla Samirəyə gətirib, zəhərləyərək şəhid etmişdi. Sonra türk sərkərdələrindən Buğa əs Səğiri oyuna salaraq başını kəsdirdi. Onun başını Samirədə nümayiş etdirdi və türklərə acıqlı olan məğribilər onun başsız bədənini yandırdılar. Əs Səğir Xəlifə Mütəzzinin ən çox qorxduğu adamdı. Lakin Xəlifə onu aradan götürməklə türk təsirini zəiflədə bilmədi. Çünki türklər elə bir sistem qurmuşdular ki, Xəlifədən sonra ən uca məqamı yalnız türk tuta bilərdi. Xəlifə bununla razılaşmağa məcbur idi.
Günümüzə gəlib çatan bir rəvayət də deyilənləri sübut edir: “Bu zaman əyanlardan biri dedi ki, o, Mütəzzin nə qədər hakimiyyətdə olacağını münəccimlərdən yaxşı bilir. Ona ünvnlanmış “Nə qədər?” – sualına qısaca cavab verdi: “Türklərin istədiyi qədər!” (“Doğuşdan günümüze böyük İslam tarihi” III c. s. 258). Türklər bu ünvanı öz qılıncları və elmi hesabına qazanmışdılar. Türklərə qarşı ərəblərin əlacsız və hiyləgər mübarizəsi Xəlifə Mühtədin zamanında daha da kəskinləşdi. Xəlifənin ikiüzlü, riyakar siyasətinin üstünü açan Musa ibn Buğa əl Kəbir və Bayıqbəyi qarşı-qarşıya qoymaq məqsədilə göndərdiyi məktubu Bayıqbəy açır. Əks plan işlədən Bayıqbəy Samirəyə qayıdır və Xəlifə Mühtədin Bayıkbəyin başını kəsib ordunun içinə atır. Bunu görən türklər qiyam qaldırırlar. Məlumatlara görə, min nəfər (bəzi mənbələrdə 4000 nəfər göstərilir-müəl.) türk əsgəri həlak olur. Ertəsi gün bütün türklər birləşdilər və Xəlifənin yanında olan türklər də qiyamçıların tərəfinə keçdi. Meydanda tək qalan Xəlifə qaçmaq istərkən yaxalandı. 870-ci ilin iyun ayında onu işgəncə verməklə öldürdülər. Deyilənlərə görə, Xəlifə Mühtədin şah damarını kəsib, fəvvarə verən qanını içən birisi demişdi: “Şərab içib doyduğum kimi Mühtədinin qanından doydum” (“İslam tarixi” III c. Bakı 2000-ci il). Bu çəkişmələr davam edir və onlarla türk sərkərdəsinin edamıyla sonuclanırdı.
6
Çingiz xan Kuteybə bin Müslümün (670-715) başçılığı ilə ərəblərin Orta Asiya və Əfqanıstan ərazilərində törətdikləri vəhşilikləri, Azərbaycan və Xəzərdə dini deyil, əsil işğalçı, qəsbçi müharibələrdən xəbərdar olan bir türk ulusuydu. Onun cəza verəcəyi siyahıda ərəblər də vardı. İslam dini ilə heç bir əlaqəsi olmayan ərəblərin xəyanətini bilirdi… Əslində onun ardınca gələnlər İslam dinini qəbul etdilər.
Çağdaş Türkiyə Səlcuqluların qisasını alırmış kimi türk düşmənləri ilə eyni cərgədə dayanaraq Böyük Çingiz xanı heç bir mənbəyə əsaslanmadan monqol adlandırırlar. Az bir qisim isə ictimai rəyin qorxusuyla monqollaşmış türk deyirlər. Əslində Çingiz xanla eyni dövrdə yaşayan tarixçilər (Bax: Cuveyni, Rəşidəddin -müəl.) heç bir tərəddüdə yer verməyərək onun türk olduğunu yazmışlar. Bəs bu “monqollaşmış türk” deyimi haradan çıxdı? Bu necə elm, bu necə genelogiya, bu necə bir assimilyasiya göstəricisidir? Bir milyonluq orduda sayı dörd min olan monqol necə olub ki, böyük bir ordunu, böyük bir imperatorluğu assimilyasiyaya uğradıb? Bu barədə Faruq Sümərin fikirləri də çox maraqlıdır: “…monqollar başlıca olaraq Tokat, Amasya, Çorum, Qızşəhər, Kayseri və Sivaş ətrafında yaşayırdılar. Onlara, ümumiyyətlə, “tatar” deyilirdi… 1337-ci ildə həmin tatarların başında əmir Ərəfna dururdu. O, uyğur türklərindən idi…” (“Oğuzlar” Bakı. 1992. s.173). Onlara xalqın tatar dediyini yazan müəllifin monqol adı çəkməsinə təəccüblənməyə bilmirsən. Tatarların və bu zəfər dolu yürüşün türklərin nailiyyəti olmaması üçün əsrlərdir ki, xristian dünyasının apardığı mübarizə öz bəhrəsini verib. Həm Türkiyədə, həm Azərbaycanda eyni yəqinliklə Çingiz xana monqol adı veriblər. Amma bu qısqanclıqdan, yaxud da qisasçılıqdan deyil, Rus-Sovet imperiyası əsarətindən, rus tarixçilərinin diktə etdiyi konsepsiyadan irəli gəlirdi. Amma müstəqilliyin ilk illərindən bu “monqol” deyiminə qarşı mübarizə başlandı.
Dünya hərb tarixində heç zaman təkrarlanmayan ildırım sürətiylə ölkələr fəth edən Çingiz xan ordusu bir gün ərzində 150 kilometr irəliləyə bilmişdi. Motorlar müharibəsi adlanan İkinci Dünya Savaşında almanlar texnika gücünə yalnız 50 kilometr məsafə qət edə bildilər. Dünyanın beşdə birinin fatehi 28 milyon kvadrat kilometrlik bir ərazidə saat mexanizmi kimi işləyən bir imperiya sistemi qurmuşdu. Bilgə xaqan kimi Tanrıqut olan Çingiz xanı türklükdən çıxarmaq, təftiş etmək üçün ən azı türk tarixinin 1000 ilini silib atmaq lazımdır. Monqol adına gəlincə, Çingiz xanın hakimiyyətini ilk qəbul edən tayfa müasir monqolların əcdadı olan tsuzubu qəbiləsi olub. Məhz buna görə (“Monqolların gizli tarixi”) də Çingiz xanın bu qəbiləyə xüsusi rəğbəti olub. Həm də onların tsuzubu adı Çingiz xanın dilinə yatmadığına, o dövr tatar və qeyri türklər arasında təhqiramiz mənalarda işləndiyinə görə onların adlarını dəyişərək deyir: “Mən sizin adınızı “keke monqol qoydum”. “Keke monqol” “göy oğlu” anlamındadır. Tarixin ironiyasına diqqət edin. Bu gün Azərbaycanda “monqol” adı da təhqiramiz mənada avam, ləng, pinti” və s. kimi işlənməkdədir. Bu da yuxarıda dediyimiz tarixi faktı təsdiqləyir.
İslam alimləri və Quran təfsirçiləri 20-ci surənin 102-ci ayəsini belə təvsir edirdilər: “Günahkarlar mavi gözlünün qorxunc mühakiməsinə toplaşacaqlar”. Xalqlara zülm edən hökmdarlar, kilsə xadimləri gecə-gündüz dua edirdilər: “Tanrı, bizi tatarların qəzəbindən qoru!”. Çingiz xan dövrünü qələmə alan Cuveyni də bu faktı təsdiqləyərək yazırdı ki: “Onun bayraqdarı bir günlük məsafədə qabaqcadan gedər və hər kəsə elan edilirdi ki, Tanrının günahkarları cəzalandırmaq üçün göndərdiyi xan gəlir”. Həm müsəlmanlar, həm də Avropa xristianları bunu qəbul etmişdilər. Çingiz xanın gəlişindən qorxan avropalılar qaçırdılar. “Onlar yüngül olsunlar deyə silahlarını atıb piyada və atlarla qaçırdılar. Xristian macarların çoxu bataqlıqlarda bataraq boğulurdular. Spalatolu Foma adlı xristian salnaməçi (indiki Split şəhəri), şəhərin arxiyepiskopu Xorvatiyada olarkən onları “de Peste Tartorum”, yəni “tatar vəbası” adlandırmışdı… Avropa rıtsarları (cəngavərləri) belə bir zərbə almamışdılar. Bircə anın içində onlar Macarıstan və Polşada 100 minlik bir ordunu, zadəganlıq simasını və şərəfini itirdilər… 1241-ci ilin Pasxa günlərinin tüstüləri içində Orta Əsrlərin sonunda Avropa feodalizminin məhv edilməsi monqolların qələbəsi ilə təmin edildi” (Джек Уезерфорд «Чингисхан и рождения современного мира» Москва. 2006. стр. 294-295). Çingiz xanın xristianların himayədarı olması fikirləri mövcuddur. Buna səbəb “Bibliya”da İohanın şərqdəki gizli ordusu haqqında havari İsayanın dedikləridir. Bunu o dövrdə ilk dəfə İohanın şərqdəki ordusunun bir gün qərbdəki xristianlara köməyə gələcəyi barədə söylədiklərinin həyata keçməsi kimi qarşılayan xristianlar Çingiz xan ordusuna Müqəddəs İohanın ordusu kimi baxırdılar” (Джон Мен «Чингисхан. Жизнь, смерть и воскрешение» Москва. 2006). Xristianların yazdıqlarına görə, “Mərvdə yaşayan keraitlər 1180-ci ildən iki yüz il qabaq xristian imişlər. İki kerait başçısı hətta xristianlara məxsus yunan-latın Markus Kiryakos adını daşıyırmış (səh. 79). Çingiz xanın yürüşündən öncə xristian missionerləri Müqəddəs İohanın gizli ordusunu aramaq üçün Asiyaya üz tutmuşdular. Asiyada rastlaşdıqları din – Tanrıçılıq bir qədər İsasız xristianlığa bənzəyirdi.
Çingiz xanın yürüşü zamanı ona qarşı duracaq bir gücün olmadığını duyan şərqdəki xristianlar böyük sərkərdənin himayəsinə sığınırdılar. Mal-dövlət yığmağa başı qarışan xəlifələr, dindən uzaq düşmüş toplum və İslama yad üləmalar İslamı tənəzzülə aparırdılar. Fəallaşan xristianlar “İncil”də havari İsayanın kitabındakı (XIII, 3-16) bu sözlərin gerçəkləşdiyinə inanmaqda idilər: “Mən seçilmişlərimə əmr etdim və Mənim qəzəbimi yerinə yetirmək üçün Mənim əzəmətimlə zəfər çalan qüvvələrimi çağırdım. Dağlardan sanki insan yığınından böyük gurultu, bir yerdə toplaşan ölkələrin və xalqların qiyam gurultusu gəlir. Tanrı öz mübariz ordusunu gözdən keçirir. Uzaq ölkədən, göylərin qurtaracağından bütün ərzi məhv etmək üçün Tanrı və Onun qəzəb silahları gəlir. Zar-zar ağlayın, çünki Tanrının günü yaxınlaşır və bu gün Onun tərəfindən dağıdıcı bir qüvvə kimi gəlir. Buna görə də hamı yorulub əldən düşdü və hər bir adamın ürəyi əsib əridi. Dəhşətə gəldilər, onları qıc və ağrılar tutdu; doğan qadın kimi əzab çəkirlər, üzləri alışıb yanır və onlar bir-birilərinə təəccüblə baxırlar. Budur, Tanrının amansız günü gəlir, qəzəblə, alovlanan qeyzlə gəlir ki, Yer üzünü səhraya çevirsin və bütün günaha batmışları məhv etsin.
Mən Ərzi şərrinə görə, mürtədləri qanunsuz hərəkətlərinə görə cəzalandıracağam, lovğaların əllaməliyinə son qoyacağam və zülmkarın təkəbbürünü alçaldacağam. Bünün üçün səmaları sarsıdacağam və Kürreyi Ərzi Tanrı, alovlanan qeyzi günündə öz qəzəbiylə yerindən tərpədəcək. O zaman hər kəs təqib olunan köpkər kimi və atılmış qoyunlar kimi öz xalqı tərəfə üz döndərəcək və hər kəs öz torpağına, öz yurduna qaçacaq. Lakin yaxalanan nizəylə deşiləcək, tutulan isə qılıncla öldürüləcək. Onların körpələri öz gözləri qabağında doğranacaq, evləri talan olunacaq, arvadları isə rüsvay ediləcəkdir (M.Kolanqatlı “Albaniya tarixi”. Bakı, 1993. səh. 49-50). Xristianlar bu sözlərdən çıxış edərək Çingiz xanın gəlişini gözləyirdilər. Türk xaqanlığının parçalanmasından iki əsr sonra üzə çıxan Çingiz xanın Kuçluqda tiranlıqdan bezmiş xalqın, digər yerlərdə Tanrının cəzası kimi qorxduqları bir ordunu, əsl azadlıq gətirən bir ordu kimi qarşılandığını R.Qrusse təəccüblə yazmışdı. XII-XIII əsrlərin qovuşuğunda meydana çıxan bu güc dünyada çox şeyi yerbəyer elədi. Həqiqətən də Çingiz xan Tanrı tərəfindən böyük bir missiya ilə göndərilmiş cəsur türk sərkərdəsi idi. Uqedey xanın oğlu Quyuk xan (1246-1248-ci illər) Papa IV İnnokentiyə yazmışdı: “Əbədi Səmanın (Göy Tanrı – müəl.) hökmünü yaymağa gələn Çingiz xana qoşulmayan, Xaqana (xanlar xanı Quyuka -müəl.) qoşulmayan ölkələri və xalqları Əbədi Səma (Göy Tanrı) məhv elədi”. Kimsə göylərin hökmü olmadan, öz iradəsiylə işğal və qətl törədə bilərmi?” (Джон Мэн «Чингисхан» Москва. 2006. стр.284). Bu sözləri həm İslam alimləri, tarixçiləri, həm də xristian din xadimləri dönə-dönə təsdiqləyiblər. Çingiz xan ilahi missiyanı həyata keçirmək üçün göndərilmiş türk Xaqanı idi.
7
Bəziləri Çingiz xandan sonra Azərbaycanda qərarlaşan Hülakü xanın 1257-ci ilin noyabrında Bağdada hücumu və xəlifəliyi param-parça etməsini bağışlaya bilmirlər. Burada Hülakü xanın ətrafına xristianların yol tapması, anasının və iki arvadının xristian olması, Bağdad katolikosu Makixin satqınlığı, hayların tatarlara sığınması bir savaşa yol açacaq səbəblər idi. Xəlifə, Bağdad katolikosu Makixin Hülakü xanın hakimiyyətini tanıması, məscidlərdə onun adına xütbələr oxunması kimi bir təkliflə Böyük xanın yanına göndərdi. “Xan bu təklifi ikrahla rədd etdi. Çünki qalib gələcəyinə əmin idi… Şəhəri atəşə tutdular. Ərəblər qətranla tanış idilər, amma barıtı ilk dəfə görürdülər. Ustalar bir nəfərin idarə edə biləcəyi borular düzəltmişdilər. Borulardan düşmənə ox başlıqları, metal qırıqları yağdırılırdı. Böyük boruları dəmirdən düzəldərək daşınması asan olsun deyə təkərlərin üzərinə yerləşdirmişdilər (topun kəşfi tatarların adıyla bağlıdır- müəl.). Onlar bir borudan açdıqları atəşlə şəhər divarlarını yıxırdılar. Bu atəşlər Bağdadın şəhər əhalisində qorxu və dəhşət yaratmışdı… 5 fevral 1258-ci ildə Ordu şəhərə daxil oldu və beş gün sonra xəlifə təslim oldu. Hülakü xan əhaliyə silahı buraxıb, əmlaka əl vurmadan şəhərdən çıxmalarını əmr etdi (Джек Уезерфорд «Чингисхан и рождения современного мира» Москва. 2006. стр. 341-342).
Hülakü xanın ərəblərdən qisas alması da Çingiz xanın adına yazılır. Onun “Yasa”sında dinlərə hörmət etmək əsas maddələrdən biri idi. Üstəlik, İsfahanda bütün din xadimlərinə qulaq asdıqdan sonra yalnız İslamın prinsiplərinin Tanrıçılıqla uyğun gəldiyini söyləyərək bircə Həcc ziyatərinə müxalif olmuşdu. Sonra isə “Bütün dinlər bir əlin beş barmağı kimidir” söyləmişdi. Bununla da Tanrıçılıq, Buddizm, Yəhudi, Xristianlıq və İslamı anlatmışdı. Xristianların tələsinə düşən Hülakü xan İslama böyük zərbə vurdu. Əslində İslam özünə yenidən baxmağa məcbur oldu. Şərab içməklə vaxt keçirən xəlifələr “ayıldılar”. Hayların salnamələrində bunu sevinclə qeyd edirlər: “Şəhərin salınmasından 500 il və daha 15 il ötüb. Yüksək inkişaf və dünyanın şirəsini sormuş bir şəhərdir. Amma indi sorduqlarını geri qaytarır. İndi Bağdad tökdüyü bütün qanlar üçün, verdiyi zülmlər üçün, ədalətsizlik üçün cəzalandırılır.
Şəhər 17 gün yağmalandı. Hülakü xan Abbasilərin məzarlarını dağıtmağı xristianlara əmr edir. Sonra da əsir xəlifəni şəhər kənarında qurduğu düşərgəyə çağırdı”. Başqa bir hay tarixçisi Qriqori Alkantsın yazdığına görə “Hülakü xan onu üç gün ac-susuz saxladı, sonra onun qarşısına şəhərdən çıxarılan qızıl və başqa qiymətli şeylər tökdü. Xəlifəyə qızılı yeməyi əmr etdi. O, yeyə bilmədiyini söyləyəndə Xan dedi ki, bu nə xəsislikdi? Bunca var-dövlət yığınca bu pulla səni qoruya biləcək bir ordu yığaydın. Sonra o, Xəlifəni və onun övladlarını ölümə məhkum etdi, amma hörmət əlaməti olaraq xəlifənin türk adətiylə boğularaq öldürülməsini əmr etdi”.
İslam aləminin oyanışı, dinin toparlanması üçün bu hadisə böyük təkan oldu. Durğunluğa qərq olmuş İslamiyyət XIV əsrdən etibarən güclənməyə başladı.
Bir hadisə barədə amerikalı tarixçi Cek Uezerford yazır: “İkicə il ərzində monqol (türk) ordusu 200 il aramsız olaraq cəhdlər edən səlibçilər və Şərqi Türküstandan olan türk-səlcuqların görə bimədiyi bir işi görə bildi. Qeyri müsəlmanların Bağdadı və İraqı fəth etməsi yalnız 2003-cü ildə amerikalı-britaniyalıların meydana çıxmasıyla baş verdi” (s.343).
Ərəb yarımadası və Misir istisna olmaqla bütün İslam aləmi istila edilmişdi. Müsəlmanların aşağılanması işğalla bitmədi. Bir hay salnaməçisi müsəlmanlara olan nifrətini bildirmək üçün yazdığı apokritik tarixçəyə C. Uezerford öz kitabında yer ayırıb: “Guya ərəblər məğlub olduqdan sonra Hayastandan yüz min donuz alaraq ərəb şəhərlərinə 200 baş olmaqla paylayıblar. Onlar müsəlmanların öz şəhərlərinin mərkəzində donuz saxlamalarını, onların qayğısına qalmalarını, palıd qozası və ləb-ləbiylə yedizdirmələrini və hər şənbə günü sabunla çimizdirmələrini əmr etdilər. Tarixçi təsdiqləyir ki, monqollar (türklər) ərəblərin donuz əti yemələrini tələb ediblər və buna etiraz edənlərin boyunlarını vurublar”. (s.345). Bu mətni ona görə əlavə etdim ki, düşmənlərimizi yaxından tanıyaq. Əvvala türklər donuz saxlamaz və ətini də yeməzlər. Qədim atalar sözü var: “Harda gördün donuzu, vur başına toppuzu”. İkincisi, uydurma tarixçədə 100 min donuzu 200 baş bölməklə İraqda 500 şəhərin olması gərəkdir. Sadəcə bu hayların müsəlmana qarşı qəlbindən keçən mazoxist arzulardır. Heç şərqdə o zaman 100 min hay yaşamırdı… Üçüncüsü isə,hayların yaşadığı ərazilərin Fərat çayı sahilində olması aydınlaşır.
Əməvi xəlifələrindən olan və İslamda qarışıqlıqlar salan xəlifə Müaviyyə deyirmiş: “Mən Allahın elçisindən özüm eşitdim ki, onlar (türklər) bizim əcdadlarımızın torpaqlarını alacaqlar”. Dörd mömin xəlifənin biri olan xəlifə Ömər (r.a) deyirmiş ki, Allahın elçisi buyurub: “Türklər İraq əhalisini bu ölkədən qovacaqlar”. Çox güman ki, Peyğmbərimiz (s.ə.s) məhz bu hadisələri nəzərdə tuturmuş. Çünki Hülakü xanın buraxdığı bu böyük yanlışı da elə türklərin özləri aradan qaldırmışdılar. Özü də həmin Hülakü xanın oğlu Azərbaycanda hökmranlıq edən Qazan xan ibn Hülakü xan İslamın inkişafına təkan verən bir xan kimi İslam tarixində, türk tarixində yer alıb. Türküstandan gələnlərin istilası ilə zəifləmiş bir dinin dirçəldilməsi yolunda yüz minlik bir ordu Bəhrbadlı (Xorasanlı) Şeyx İbrahim Həməvinin başçılığı ilə “La ilahə illallah və Muhəmmədən Rəsulullah”- dedilər. Bu fakt bir daha Çingiz xan yürüşünün İlahi düzənlənmə üçün Tanrı tərəfindən buyrulmasının bir göstəricisidir. Xristianların ümidləri bu dəfə də boşa çıxdı. Xristianlıq öz simvol və ayinlərini, adət və ənənələrini əxz etdikləri ünvanı gördülər. Həmçinin katalıq (qərblərdə katalikos-müəl.) titulunun monofizit tanrıçı kahinlərə aid olmasını Vatikanda da anladılar (Р.Фрай «Наследие Ирана», «История Маар Ябалахи III и Раббан Саумы»). N.Karamzinin əsərində də Çingiz xan türk və tatar, ordu birləşməsi monqol-tatar adlandırılır. “Çingiz xanın hərbi komandanlığı hiyləyə əl ataraq qıpçaqlara hədiyyə göndərdi və tapşırdı ki, onlara moğollarla eyni tayfadan olduqlarını bildirsinlər. Onlar başqa nəsildən olan olanlarla dostluq edib öz qardaşlarının üzərinə hücum etməsinlər” (səh.484.).
Çingiz xan Papa IV İnnokentini məcbur etdi ki, bütün Avropada qadağan edilmiş ərəb və türk dillərinin Paris Universitetində tədris olunmasını əmr etsin. Papa onun qəzəbindən qorxaraq bu əmri dərhal icra etdi. Çingiz xan getdiyi bütün ölkələrdə insanlığı Bir Tanrıya inanmağa çağırmışdı.
8
Çingiz xan türkdür. Rus tarixçisi və yazarı Aleksandr Buşkov yazır: “Çingiz xan monqol deyil, türkdür” (s.105). Daha sonra belə bir əhvalatı qələmə alıb: “Uqedey xaqanın yanına İslam əleyhdarı olan bir ərəb (çox güman ki, xristian olub – müəl.) gəlir. Böyük Çingiz xanı yuxuda gördüyünü, oğlu Uqedeyə müsəlmanların pis adam olduğunu və onları çox öldürməyi çatdırmağı tapşırıb. Uqedey bir az düşünərək soruşub:
-Bunu kiminsə araçılığı ilə, yoxsa özü sənə söylədi?
-Özü söylədi – deyə hiyləgər ərəb cavab verdi.
-Bəs sən tatarca bilirsən? – deyə xaqan soruşub.
Ərəb tatarca bilmədiyini deyib.
Onda sən ölüm köpəyisən (kaftarsan, goreşənsən). Çünki mənim atam tatar dilindən (?!) savayı başqa bir dil bilmirdi. O səninlə hansı dildə danışıb ki, sən onu anlamısan?
Sonra cəlladı çağırıb hiyləgər ərəbin boynunun vurulmasını əmr etdi” (А.Бушков «Чингисхан – неизвестная Азия» Москва 2006 стр.264). Çingiz xanla bağlı başqa bir rəvayətdə isə indiki Əfqanıstan ərazisində onu ziyarətə gələn İslam aləmində qazı Vahideddin Fuşancidən söz açılır. Xan soruşur: “Peyğəmbəriniz Həzrəti Məhəmməd hər şeyi öncədən bilmiş deyirsən, bəs mənim meydana çıxmağım barədə nə deyib?”. Qazı dedi: “Utruku al-turka ma tarakikum” (Türklər sizə toxunmadıqca onlara toxunmayın). Çingiz xan bu sözlərin bilgin söz olmasını söyləmiş.Yaxud Ş.Monteskyö ”İran məktubları” adlı əsərində Səfəvi 1711-ci ildə Səfəvi əyanlarından Özbək adlı birisinin Riki adlı dostunun müşaiyyəti ilə Parisdə səyahətdə olduğu müddətdə (1712-1720) dostlarına yazdığı məktublardan söz açılır.Bu məktublarda Şərq imperiyalarının mədəni-tarixi nailiyyətləri qiymətləndirilsə də Avropa dövlətlərinin çiçəklənməsi fonunda tənəzzülə getmələri açıqlanır.
LXXXI məktub.Moskvadakı İran səfiri Narqumdan Parisə Özbəyə.
Dəyərli Özbək.Dünya xalqlarından kimsə şöhrət və fəthlər sahəsində tatarlardan üstün kimsə olmamışdır.Bu xalqanın əsil fatehləridir və sanki geridə qalanlar onlara xidmət etmək üçün yaradılmışlar.Onlar imperiyaları qürur və dağıdırlar.Bütün zamanlarda o öz qüdrətini göstərmiş və xalqlara cəza verici olmuşlar.Tatarlar iki dəfə Çini istila etmişlər və hələ də itaətdə saxlayırlar.Onlar Böyük Moğol imperiyasının geniş ərazilərində hakimdirlər.Onlar İranın əsil sahibləridir,Krin və Gistaspın taxtında oturan da onlardır.Türk adı altında Avropa,Asiya və Afrikada böyük fəthlər etmişlər.Dünyanın üç qitəsindəhökm edərlər.Əgər uzaq zamanlara nəzər salsaq tatarlardan törəmiş bir sıra xalqlar Roma imperiyasını yıxmışlar.İsgəndərin fəthlərini Çingizxanın fəthləri ilə müqayisə etməkmi olar?Bu müzəffər xalqın böyük qəhrəmanlıqlarını şərəfləndirə biləcək tarixçiləri olmayıb.Neçə ölümsüz anlar yaddaşlarlarda kömülərək unudulub.Tatarların qurduğu dövlətlərin sayını bilmirik.Bu cəngavər xalq yalnız yaşadığı günün şanıyla məşğul olub, özlərinin əbədi məğlubedilməzliklərinə inanıblar.Az da olsa öz keçmiş fəthlərinin yaddaşlarda əbədiləşməsinin qayğısına qalmamışlar…
Moskva Rebuaba 1 4 cü gün 1715 ci il… (Ш.Монтескье “Персидские письма”)
Çingiz xanın monqol adlandırılması XVIII əsrdə yazılmış “Gizli tarix” və “Altan- tobçi” naməlum mənbəli əsərlərdə irəli sürülüb. Digər tərəfdən Makedoniyalı İsgəndəri də 30-dan çox xalq özününkü sayır.
Çingiz xan türk xaqanları içərisində təkrarolunmaz bir fateh idi. Onu Tanrı dünyaya yeni bir düzən vermək üçün göndərmişdi. Səlcuqluların farslaşdırma, Dəşti Qıpçağın ruslaşdırma, Avropada xristianlaşma, Ərəb dünyasında ərəbləşmə, Çində çinləşdirmə siyasəti türkləri “əritməkdə” idi. Türk müşkül duruma düşmüşdü . Yalnız bu yürüşdən sonra dünyada türk varlığı dirçəldi. Farslaşma, xristianlaşma, ərəbləşmə durduruldu.
Çingiz xan Azərbaycanı da işğal etmiş, hələ səlcuqluların əsarəti başa çatmamış Azərbaycan yenidən əsarətə düşmüşdü. Azərbaycanın Orta Asiyadan deyil, aborigen türk əhalisi bu yürüşlərin mərkəzində yer almışdı. Bu, əsas vermir ki, mən bu günkü məfkurəylə Çingiz xanı türklükdən silim, ya da onu düşmən elan edim. Çünki qədim Azərbaycan xalqı üçün bu yürüş türklərin sayca 14-cü yürüşü idi. Yaxud müsəlman olmaması səbəbindən türk olmasını danmaq nadanlıqdır. Türk adına satqınlıq və xəyanətdən qeyri heç bir yaxşı əməli olmayan saxtakar tarixçilərimiz bir daha düşünməlidirlər. Səlcuqluların basqınları zamanı Azərbaycan tar-mar edilmişdi. Bölgədə farslaşma dirçəlmişdi. Yerli türk əhali bu yürüşdən hay və farsların yararlandığını aşkarcasına hiss edirdi.
Əbülqazi “Şəcəreyi – tərakimə” əsərində yazır: “Səlcuqlar türkmən bolub karıntaşlarımız teyib ilgə və xalqa faidəsi tikmədi… Padişah oluncaya qədər biz “türkmənlərin kınıq boyundanıq” – dedilər. Padişah olandan sonra isə “Əfrasiyabın bir oğlu Keyxosrovdan qaçıb türkmənlərin içinə gəlmişdi, biz onun oğullarıyıq, “Əfrasiyabın nəslindən gəlirik” – dedilər. Adlarını da dəyişdilər. Otuz beş nəsildən sonra soylarını Əfrasiyaba dayadılar…”. Bu deyimə əlavə olaraq Alp Ər Tunqanın qərb türklərinin xaqanı olması və sak (Azərbaycanın qədim əhalisi- müəl.) tayfasının rəhbəri olması faktlarla sübut olunub (X.Ədəboğlu “Unudulmuş Turanın çöl çiçəkləri”, Bakı-2006).
9
Bu gün Çingiz xanı türklükdən “xaric” edən Səlcuq övladlarının Əbul Fəzl Allaminin “Əkbərnamə” əsərindəki bəzi məlumatları oxumayıblar. O yazır: “İlahi mərhəmətin zaman ölçüsüylə gecə yarısı Ay işığının parlaq işığına oxşar bir nur Yaradanın hökmüylə yüksəklikdəın çadıra daxil oldu. Seyr edənləri heyrət bürüdü…
…Hamiləlik dövrü başa çatdıqdan sonra Alankvanın üç oğlu doğuldu. Birincisi, Bukun Kanki – bundan kanki nəsli, ikincisi Yusuk Selc – bundan Səlcuqlar, üçüncüsü Buzuncar Kaandır. Bu adamların nəslini nurinlər- “nurdan doğulmuşlar” adlandırırlar və onları moğolların arasında ən seçilmiş nəsil hesab edərlər (səh.68-117). Yəni Səlcuqlular moğolların (Səma oğulları) bir qoludur.
Amma bölgəyə gəldiklərində İran və farsa üstünlük vermələri danılmaz faktlardır. Səlcuq sarayının qapıları türklərin üzünə bağlanmışdı. Onlar vergi verməyə və orduda xidmət etməyə çağırılırdılar. Ərazilərdə türksizləşdirmək siyasəti yürüdürdülər. Bu işdə Səlcuqlunun vəzirləri olmuş, əslən Orta Asiyadan olan fars-tacik qarışığı olan Nizamülmülk və Münşəddin Pərvanə İran dövlətinin yenidən dirçəlməsini arzulayırdılar. Səlcuqlu yürüşünü bir farslaşdırma projesi (layihəsi) olduğunu söyləyənlər bu fakta əsaslanırdılar. Hətta Münşəddin Pərvanə Çingiz xanın yürüşünə böyük ümidlər bəsləmişdi. Bu günün Türkiyəsindən bir Azərbaycan türkü olaraq eyni münasibəti görməkdəyik. Şərqi Anadolunun 12 vilayəti tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqları XVI əsrin əvvəllərində Osmanlı istila edib. Buranın mədəni abidələrindən söz açan əksər aydınlar onları öncə Bizans, sonra İran və ən nəhayət, hay, ya kürdlə bağlamağa cəhd edirlər. Bəs bunudamı fars vəzirlər əmr edir? Bu barədə geniş açıqlama Səfəvi ilə bağlı bölmədə verəcəyəm. Yaxud türkmən deyib hər kəsi Orta Asiya ilə bağlamaq cəhdini, hər birimizi gəlmə etnosa çevirmək niyyətlərini hələ də anlaya bilmirəm. Şəxsən mən türkmən deyiləm. Mənsub olduğum kolanı (kolanlı – Türkiyədə belə adlanır-müəl.) beçeneq tayfasıdır. Türk olmağımız şəksizdir. Bu tayfa Qara dənizin şimal sahillərindən gəlmiş sakların bir qoludur. Həm Anadoluda, həm İran Azərbaycanında, həm də Suriya və İraqda yaşamaqdadırlar. Ərzurum-Ərzincan arasındakı təpəliklər Kolanı təpələri və Kolanı dağı Türkiyədə, Kolanı (Qolan da deyirlər- müəl.) Suriyada, Dərbənd-Şamaxı arasında kolanı təpələrinin eynidir. Bu faktlar tək bir türk tayfasının bu ərazilərdə yaşam tarixinin 5-6 min il olduğunu təsdiqləyir. Amma vur-tut X-XI əsrlərdə bölgəyə gələn türk qardaşımızın bizlərə Əcəm uşağı deməsini anlamaqda çətinlik çəkirəm.
Türkmən olmayan beçeneq, qıpçaq, digər qədim sak tayfaları bütün Azərbaycanda və Anadoluda min illərdir yaşamaqdadır. Türk, türkmən ayrımı da Səlcuqlu dövrünün məhsuludur. Çünki gələnləri yerli türklərdən fərqləndirmək üçün işlədilirdi. Yeni gələnlərə türkmən deyilirdi. F.Sümər də bunu görərək yazır: “Peçeneq, yıva, bügdüz, dodurğa, kızık və ala-yundlulara mənsub oymaqlara Xəzər arxası türkmənləri arasında heç rast gəlmirik. Bu da şübhəsizdir ki, qədim zamanlardan bəri Oğuz boylarının əhalisi arasında fərqlər var” (“Oğuzlar” Bakı 1992 s.219-220). Anadoluda və Azərbaycanda və ondan qoparılmış ərazilərdə (Hələb, Kərkük, Ərbil və s.) yaşayan qədim türk əhali peçeneqlər, barsillər (xəzərlər), qıpçaqlar (komanlar), sabirlər və onlarla tayfanın heç biri Səlcuqlularla gəlməyib və öz torpaqlarında yaşamaqdadırlar. Onlarla tayfa birliyinin adlarını çəkmək olar ki, Qərb türklərində mövcuddurlar, amma Şərq türkləriylə heç bir bağlılıqları yoxdur. Bu gün də hamıya ucdantutma türkmən demək yanlışı var. Türkmən adı bu gün Azərbaycanda “gəlmə” anlayışında işlənən sözdür.
Sən Orta Asiyadan XI-XII əsrlərdə gəlmisən deyə mən türkmən olmalıyam? Mən Orta Asiyaya türklərin, məhz Azərbaycandan (Anadolu ilə birgə) getməsinə adım kimi əminəm. Bu mövzunu geniş bir şəkildə işləməkdəyəm. Türkün ana və ata vətəni Altay deyil, Azərbaycandır, Anadoludur. Rus-sovet etnoqrafı L.Qumilyov (əslən tatardır–müəl.) “Qədim türklər” əsərində yazır: “Səma oğulları türklər (Göy türk deyənlər də var- müəl.) özlərini Qərb ölkəsindən Qərbdə yaşayan Hunlar evinin nəsli sayırdılar”. (s.103). Əslində burada Xaqanlıq Evindən söz açılır. İlkin Xaqanlıq Evi Midiyada, sonra Albaniyada, daha sonra Qaramanda (Ərməniyyədə) və ən son Xəzər xaqanlığında olmuşdur. Ən son Böyük Xaqan tituluyla Yusif Kubilay, Məlikşah və Şahruxun adları keçir. 1441-ci ildə Osmanlı sultanı II Murad xan yazdığı bir məktubda alim və hökmdar Şahruxu Böyük türk Xaqanı kimi tanıdığını və tabe olduğunu yazmışdı. Amma Osmanlı hökmdarlarına xitabən də olsa bu titula rast gəlinməyib. İkinci bir tərəfdən türkmənlərin tarix səhnəsinə gec çıxmaları baxımından yerli əhalinin bu gün də türkmən kimi tanıdılması bölgədə türk tarixini çaş-baş salmaqdadır. Türkmən adıyla bağlı ilk xatırlama Makedoniyalı İsgəndərin adıyla bağlı bir rəvayətdə keçir: “İsgəndər gəldi. O, 22 kişini görüncə bunların uzunsaçlı, türk qiyafətli olduqlarını görüb kimsədən məlumat almadan “türk manənd” dedi. Bu sözün mənası “türkə bənzəyir” idi” (R.Özdək “Türkün qızıl kitabı” I kitab Bakı 1992 s. 51).
Heç bir mənbədə Makedoniyalı İsgəndərin İran coğrafiyasından kənara çıxması əks olunmayıb. Çox güman ki, onun Suriya ərazilərində görünməsi faktları var. Türklərin öz tarixi mənbələrində isə türkmənlər barədə belə məlumatlar var: “Türkmən” adı qədimdə yox idi. Onların əcdadları İrana gələndə yerli əhali ilə qarşılaşdılar. (Burada adı keçən İran indiki Tacikistan və Əfqanıstanın bir hissəsini əhatə edirdi -müəl.). Xarici görünüşünə görə taciklərə oxşayırdılar. Hər halda onları tacik də saymaq olmazdı, ona görə də türkmən, yəni “türkə bənzəyən, oxşar” adlandırılan xüsusi bir tayfadır və türklərlə qohum deyillər. Deyilənə görə, Oğuz xan dünyanı fəth etdikdən sonra öz doğma yuratına (yurduna) dönüb ali hakimiyyət taxtına oturduqdan sonra Xosrova uyğun bayram keçirmək tapşırığı verərək fərqlənən oğullarını şah hədiyyələri ilə mükafatlandırdı” (Абул Фазл Аллами “Акбарнаме” т. I. стр..62/110. Самара 2003).
Səlcuqların bölgəyə çox qarışıq bir toplumla gəldiyi, əsasən fars dilində danışdıqları məlumdur. O dövrün tükdən dırnağa türk olan böyük şairi, tarixi zərgər dəqiqliyi ilə öz poemalarında şifrələmiş Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə yazır:

“Şan-şöhrəti dünyaya sığmaz idi türklərin,
Ölkəsi ədalətdə güllü yazdı türklərin
Zalımlığın bəllidir, işin-gücün talandır,
Sən ki hindli quldursan, türk olmağın yalandır”.

Bu sözlər də yuxarıda söylənənləri – Sultan Səncər haqqında söylənməsi ilə təsdiqləyir. “Oğuzlar Səlcuq sultanı Səncər tərəfindən dövlət xidmətinə qəbul olunmayaraq rəiyyət (qara camaat) hesab edilirdilər, vergiləri qoyun idi” (F.Sümər “Oğuzlar” Bakı 1992 səh. 127). Buna cavab olaraq oğuzlar onu dəfələrlə məğlub etdilər. Sonra da əsir Səncəri özlərinə şah “seçdilər”. “Əsir – hökmdar” Səncərin durumu tarixin bir istehzası idi. Türkə yuxarıdan aşağı baxmış birisini oğuzlar bu şəkildə cəzalandırdılar.
10
Faruq Sümər yazır: “Səlcuqların öz eldaşlarına qarşı biganə və diqqətsiz qalmaları, onları dövlər xəzinəsindən məhrum etmələri, özlərinə isə təxminən yad bir qövm nəzəri ilə baxmaları türkmənlərə o qədər təsir eləmişdi ki, bu acı xatirələr XVII əsrdə Xarəzm türkmənləri arasında hələ də yaşayırdı. Nəticə etibarilə bu biganəlik və yanlış hərəkət, yəni Səlcuqların həm İranda, həm də Anadoluda öz qövmlərinə qarşı bu davranışları öz dövlətlərinin süqutunda mühüm bir amil olmuşdur” (“Oğuzlar” Bakı 1992 səh. 130-131). Səlcuqların bölgəyə gətirdikləri farslaşma əleyhinə yerli türklərin və gəlmə türklərin birgə mübarizəsi başlandı. Əhməd Yasəvi Anadolunun bir türk yurdu olması üçün başladığı sufi hərəkatı geniş vüsət aldı. Yalnız vergi verib, orduya getməklə işi bitən türklərin farslaşmış saray qapılarınadək olan yolu açılmalıydı. Türkün qılıncıyla əldə olunmuş torpaqlar fars vəzirin istəklərinə boyun əyə bilməzdi. Əxilər hərəkatı Azərbaycandan Anadolunun Səlcuqlulara aid olan ərazilərə köçdü. Əxi Əvran Azərbaycanın Xoy şəhərindən idi (Ənənəvi olaraq Osmanlı zehniyyəti onun Orta Asiyalı olması yanlışını dövlət səviyyəsində də söyləməkdədirlər-müəl.). N.Gəncəvinin də bu əxi təşkilatının üzvü olması məlumdur. Səlcuqlu hakimiyyətinin fars-hay birliyinin oyuncağına çevrilməsi faktı o qədər üzdədir ki, onu görməmək üçün ancaq kor olmaq lazımdır. Hətta onların iş birliyi ilə I Aləddin Keyqubadın oğlu II Qiyasəddin Keyxosrov (Səlcuqlu hökmdarlarının adlarına diqqət yetirsəniz farslara pərəstişin səviyyəsini görərsiniz -müəl.) 1237-ci ildə atasını öldürərək hakimiyyətə yiyələndi. Bölgədə türklərin vəziyyəti daha da ağırlaşdı.Türk öz gələnəklərini unutmuş bir qrupun hakimiyyətini həzm edə bilmirdi.Bnna görə Xorasan türklərindən olan Baba İlyas Xorasani üsyan qaldırdı. Türk varlığına, türk dilinə həqarətlə baxan Sultan Şəms öldürüldü…

Yalnız əxiliyin təsiri altına düşən Mehmet Qaramanoğlu türk dilinin yaşadılmasıyla bağlı fərman verdi. Sultan Osman – Sultan Orxan və bir çox digər sultanlar bu təriqətin təsiri altında olublar. 1727-ci ildə Sultan II Mahmud zamanında bu təriqətə qadağa qoyuldu.
Bu gün ciddi şəkildə tarixlə məşğul olanlar nəinki Səlcuqluların, hətta Osmanlının bir türk dövləti olmasına şübhə ilə yanaşır. Çünki Səlcuqlular dövrü farsçılıq, qısa bir dönəm türkçülük, sonra rumçuluq, ən son isə ərəb-xəlifəliyi kimi xarakterizə olunub. Heç bir türk ordusu qeyri millətlərdən təşkil edilməyib. Bu sahədə Osmanlı təkdir.
Orxan Qazinin (1281-1360) sultanlığına əxilər xeyir-dua vermişdi. Onun hakimiyyəti dövründə məmləkətdə türkün haqqı özünə verilmişdi. İznik, İzmit, Bursa, Bolu, Ankara və Ədirnə kimi strateji şəhərlər fəth edildi. Anadolunun əbədi türk yurdu olmasına görə və səlcuqluları fars təsirindən xilas etdiyinə görə türk dünyası Sultan Orxan Qaziyə borcludur…
11
Böyük Çingiz xan ağlı kəsdiyi gündən öldüyü günə qədər bütün dünyayla savaşdı. Türkün namını bayraq edərək yürüdü. Tanrının cəzası kimi yollarını azmış çarları, şahları, xanları, xəlifələri cəzalandırdı. Bir Tanrının sonuncu türkə də sifarişini çatdırmağa çalışdı. Bu gün genelogiya ilə məşğul olanlar onun törəməsi kimi 16 milyon insanın olduğunu söyləyirlər. İngiltərə kralları onun qanını daşıyır. “Biz hər birimiz Çingiz xanın ruhunu daşıyırıq” (Джoн Мен «Чингисхан. Колесо истории» Москва 2006, стр.389). Bu sözləri ingilislər deyil, İstanbulu fəth etmiş bir millət söyləməlidir. Çünki nə müasir monqol, nə ingilis, nə də qeyrisi türkün ruhunu daşıya bilməz. Bu ruh yalnız türk üçün yaradılıb.
1995-ci ildə Ümumdünya İnformasiya Mərkəzi Çingiz xanı minilliyin adamı elan etdi. Çünki Çingiz xan Avrasiya məkanının sivilizasiyasına təkan verdi. Dinlərin modernləşməsi, incəsənətin, ticarətin çiçəklənməsi məhz bu yürüşlərdən sonra vüsət aldı. Dünya bugünkü simasına görə öncə türklərə, sonra da Çingiz xana borcludur.
Hanı Çingiz xan? O, öldü. Monqollar onun ölmədiyini düşünsələr belə («Монгольская народная сказка») öldü. Özü də bəzilərinin onu hansısa qızın guya zəhərlə, yaxud bıçaqla öldürməsini düşünməsinin əksinə olaraq ov zamanı bir qəza nəticəsində atdan yıxılaraq öldü. “Ən sadiq adamı Tolına dedi: “Sən Ərbuxda ov zamanı bədbəxt hadisə üzündən yıxılanda mənim sağlamlığımın qayğısına qalırdın. Müalicəmi gecikdirməməyimi istəyirdin… Sənə qulaq asmadım, tunqutların zəhərli sözlərinə görə onları cəzalandırmaq istədim (Ən son Çingiz xan tunqutların Yer üzündən silinməsini istəmişdi. Onun əmri qismən yerinə yetirilmişdi. Az bir tunqut toplumu sağ buraxılmışdı.- müəl.)… Nə olur-olsun Əbədi Tanrı onlardan qisas alma şansını mənə verdi və bizim qisasımız tamamlandı… İluxu (İluxu-Burxan) mənə qismət etdiyi çadırları, yeməkləri, qızıl-gümüşü, qab-qacaqların hamısını sənə verirəm” (Рене Груссе «Чингисхан» Москва 2007, стр.229).
Bir gün dünyaya sahiblik edən Çingiz xan tənha qalıb, Tanrı dağında Tanrıya ibadət edərək türkün azğınlaşan, iblisləşən, harınlaşan bu dünyaya hökm edəcəyi günü gözləyir. Ona sahib durmaq üçün bəhsə girişənlər arasında bircə biz yoxuq. Türkün özbəöz bağrından qopan bir Cahan hökmdarını sahibsiz qoymaq türkün şanına yaraşmaz.
Bu gün dünya bir sirr kimi onun məzarını axtarmaqdadır. Türk gələnəyinə uyğun dəfn edilmiş Çingiz xanın məzarını axtaranlardan biri – rus arxeoloq Valeri İvanov Taqanskiy onun vəsiyyətnaməsindən bu sözləri xatırladır: “Mənim məzarım tapılanda Yer üzündə bir nəfər doğulacaq. O, mənim yolumla gedəcək və bütün dünyanı fəth etməyi bacaracaq…”

11258949_829401207136306_1285777817_n

II Fəsil
Sultan Bayezid – Teymur xan düşmənçiliyi
1
Bu günün prizmasından yanaşanda Əmir Teymurun iki böyük günahı var. Birincisi, Qızıl Ordaya, ikincisi isə Osmanlıya qarşı hücum etməsidir. Qızıl Ordanın yıxılması və Toxtamışın siyasi səhnədən çıxması Rusiyanın yaranmasına və xristianlara yıxılmış III Roma ideyasını dirçəltmək şansını verdi. Osmanlıya hücum isə Avropanın toparlanması üçün şərait yaratdı. Lakin əsl dünya hökmdarlarının övladları kimi düşünək. Qərbi Osmanlılar, Mərkəzi Ağqoyunlular və Qaraqoyunlular, Şimali Qızıl Orda, Şərqi Teymuroğulları təsir dairəsinə almışdı. Dünyadakı düzəni idarə edənlər hansısa vassal dövlətlə deyil, meydana çıxmaq, özünü təsdiqləmək üçün bu güclərlə qarşılaşmalı idi. Öncə Qaraqoyunluları məğlub etdiyinə görə Azərbaycan türkü kimi Əmir Teymurumu lənətləməliyəm? Qara Yusif qaçıb İldırım Bayezidə sığınmışdı. Buna görə Əmir Teymuru aşağılayan sözlərmi işlətməliyəm? Əsla! Belə sözlər Əmir Teymura deyil, mənim özümə alçaqlıq gətirər. Türkün böyüyünə iftira eləmək, söyüş söymək qanı, ruhu təmiz olan türkə yaraşmaz. Belələri fars, rum, yəhudi, hay dönməsidir.
Bu böyük hökmdarı məlun, qaniçən, axsaq, it oğlu və sairə üzdəniraq ibarələrlə təhqir edənləri alim, tarixçi adlandırmaq olarmı? Səbəb Əmir Teymurla Rum qeysəri İldırım Bayezid arasında baş vermiş döyüşdür. Hər iki sərkərdənin türk tarixində yeri və izi var. Sultan İldırım Bayezid xaçlı səlibçilərin yürüşünü darmadağın etməsiylə məşhurdur. Bəs bu savaşın baş tutmasında kim maraqlı idi? Tarixi mənbələr sübut edir ki, bu qarşıdurmada Teymur xan bu döyüşün baş tutmaması üçün çalışdığı qədər, Sultan Bayezid baş tutmasına çalışmışdır. (Zəki Vəlidi Toğan. “Ümumtürk tarixinə giriş”). Təhqiramiz məktublara, təhdidlərə cavab olaraq Əmir Teymur bir həmlə ilə Ankara yaxınlığında qələbə qazandı. Əsasən avropalıların göndərdiyi “gözəllərin” İldırım Sultanı bu döyüşə sürükləməsi faktı da mövcuddur. Nigeboluda 104 minlik bir qoşunla (1396-cı il) “Atasını axtaran, it peşində gəzər” kimi, “Kəblə qur” və s. kimi təhqiramiz ifadələrin əks olunduğu məktublar iki böyük türk hökmdarını üzbəüz gətirdi.Castin Marozzi öz əsərində yazır:”Bayezid müsəlman adətlərinə zidd olaraq,Teymurun arvadları barədə də çox sərt sözlər işlədir.Sultanın məktubu belə başlayır:”Onun əvvəlindən söz açsaq,o,bir quldur olaraq qatildir,müqəddəs olan hər şeyi tapdalayır,razılaşma və öhdəlikləri pozur.Öz baxışını xeyirdən şərə yönəldir.”Bundan sonra o,Teymura elə müraciətlər edir ki,sanki tatar hökmdarı onun kiçik vassalıdır.Məktubun son sətirləri lap təhqiramiz səslənir:”Mən bilirəm k bu sözlər səni ərazimizə soxulmağa məcbur edəcək.Sən gəlməsən,yəqin ki,arvadların üç dəfə “Talaq” kəliməsini eşidəcək.” Ərəbşah bu təhqirlərin hökmdara təsirini xatırlayaraq yazır:”Elə ki Teymur cavabı oxudu qəzəblə dedi:”Osmanlıların oğlu dəli olub.Çünki çox danışır və qadınların adını çəkərək əsas məqsədini gizlədir.” Çoxları üçün arvad adı çəkmək (əslində türk gələnəyində-müəl.) cinayət və ölümə layiq təhqirdir…Bayezid öz məqsədini açıq bildirirdi.Onun elçləri tatar düşərgəsində olduğu zaman Teymur onlara ədəblə cavab verdi.Əmr etdi ki,onlara bütün ordunu göstərsinlər”(C.Marozzi “Tamerlan” s.387).Bir faktı nəzərinizə çatdırım ki,Osmanlı sultanlarının katibləri əsasən İsfahandan olan farslar olmuşlar.Onların hər imkanda türklər arasına nifaq salmaq üçün çalışdıqlarını məktubları araşdırmaqla anlamaq asandır.Türkün yeni yürüşündən qorxan xristian dünyası İldırım Bayezidin qarşısında diz çökdüyü bir məqamda ikinci və daha qüdrətli bir türk hökmdarına qarşı duracaq halda deyildi. Əgər bu savaş olmasaydı Avropa bu gün fərqli bir mənzərə ilə qarşımızda olacaqdı. Çünki Əmir Teymura qədər Avropanın birləşmiş səlibçi qüvvələrini Sultan İldırım Bayezid darmadağın etmişdi. Zəif, yalnız hiyləgər Avropa dövlətləri, papalar Osmanlını bir qalxan kimi görürdü. Şərqdən gələn təhlükələrin qarşısını bu qalxanla alaraq toxunulmaz ərazilər əldə etməyə, güclənməyə çalışırdılar. Qərblilər uzun illər bu siyasətdən istifadə etdilər. Osmanlının belə uzunömürlü olması ingilislərin bütün dünyaya hökm edə bilmək iddiası ortaya çıxanacan oldu. Dünyanın hökmdarlığı şəksiz türklərin əlində idi. Məhz buna görə də xristianlar İldırım Bayezidi müharibəyə razı sala bildilər. Əmir Teymur öz vəsiyyətnaməsində bu barədə yazır: “…Ruma göndərdiyim elçi Yıldırım Bayeziddən olduqca köntöy bir cavab gətirdi. Lakin elçi mənim Misir və Şam qoşunlarını məğlub elədiyimi eşidəndən sonra Bəyezidin fikrə cumduğunu və səksəkəyə düşərək tələm-tələsik yürüşə hazırlaşdığını da söylədi… Mosul yoluyla Bağdada tərəf yeridim. Bununla qeysərin mənimlə müharibə eləmək niyyətində olub-olmadığını müəyyənləşdirmək istəyirdim… Sonra Azərbaycana doğru yeridim və xeyli müddət orada mənzil tutdum. Bu arada qulağıma xəbər çatdı ki, qeysər Hələb, Xüms və Diyarbəkir vilayətlərinə qoşun göndərib, mənim əlimdən qaçan və qeysərin qoltuğuna sığınan Qara Yusif Türkmən isə qarətçilərə aşçılıq edir. Xüsusən də iki müqəddəs şəhərə gedən zəvvarların karvanlarına çox böyük zərər yetirir. Bundan əlavə, yanıma o tərəflərdən bir dəstə adam gəlib Qara Yusifin zülmkarlığından şikayətləndi… Özüm Ancuriya yolu ilə qeysərin üstünə qoşun çəkdim. Qeysər dörd yüz minlik atlı və piyada əsgəri ilə mənə qarşı yeridi. Müharibəyə başladım və qeysəri məğlub elədim. Əsgərlərim onu tutub hüzuruma gətirdilər” (“Əmir Teymurun vəsiyyətləri” Bakı 1991 səh. 44-45). O, yuxarıda deyilənlərdən başqa heç bir təhqiramiz ifadə işlətməyib. İndi Azərbaycanı işğal edib deyə, Qara Yusifi cəzalandırıb deyə bir türk böyüyünə küfr etməliydim? Müaviyyə və Yezidin təəssübünü çəkən qardaşlarımız nədən Əmir Teymurun təəssübünü çəkməməlidirlər?
2
130 minlik xaçlı ordusunu darmadağın etmiş böyük hökmdar Sultan Bayezid bir yanlış ucbatından əsir durumuna düşdü. Bu gün bu tarixi yanlışı analiz etmək və nəticələr çıxarmaq əvəzinə, 27 ölkənin fatehi, üç yüz nəfərlik bir bölüklə on minlik bir ordunu dağıtmağı bacarmış bir strateq, dünya tarixini, türk-İslam tarixini, elmi, sənəti yaxşı bilən, türk varlığını assimilyasiyadan qorumağı öz borcu sayan və bütün türk hökmdarları içərisində ən savadlısı Əmir Teymur haqqında hədyanlara yol vermək bizim türklüyümüzə yaraşmaz. Ona öz dövründə İslam alimləri “Qütbəddin”, “Sahiba –Qirani–Əzəm Cənnət məkan” ünvanları verib. Lakin Əmir Teymur öz fəthləriylə, ad-sanıyla deyil, türk olmasıyla fəxr edib: “Biz ki muliki- Turan, əmiri- Türküstanıq. Biz ki, türk oğlu türkük. Biz ki millətlərin ən qədimi və ən ulusu türkün başçısıyıq”. Bu gün Azərbaycan və Osmanlı türkü kimi bu sözə uyğun bir söz söyləmiş başqa bir hökmdarımızın adını çəkə bilmiriksə, heç olmasa “yalançı vətənpərvərliklə” yəhudi-anqlo-sakson dəyirmanına su tökməyək.Hamıya məlumdur ki,Teymur türklüyü ilə,Bayezid isə,rumluların Bayezides ayaması ilə qürurlanıb. Bu gün Türkiyə və Azərbaycan araşdırmaçılarının da dəstək verdikləri yüz minlərlə adamın diri-diri basdıqılması kimi, insan kəllələrindən qüllə düzəldilməsi və s. kimi yalanlar nə İsfahanda, nə Qumda aparılan arxeoloji qazıntılar zamanı bir avropalı və fars-hay yalanı olduğu üçün öz təsdiqini tapmadı. Çünki tarixdə türkün bəşəriyyətə qarşı toplu surətdə qəsd etməsi faktı yoxdur və bu faktları yalançı hay mənbələri, yəhudi salnaməçiləri uydurub. Öz vəsiyyətnaməsində övladlarına: “Millətin dərdlərinə dərman tapmaq vəzifəmizdir. Zəifləri qoruyun və yoxsulları zənginlərin zülmünə salmayın…” – deyən bir hökmdarın ədaləti müzakirə mövzusu ola bilməz. Bu yalanları əsasən o dövrün tarixçisi İbn Ərəbşahın uydurduğu aydınlaşıb. Amma eyni dövrü qələmə alan tarixçi İbn Həldun Əmir Teymur haqqında doğru məlumatlar vermişdır.
3
Bu gün onu öz aləmlərində nadancasına türk siyahısından çıxararaq “türkləşmiş monqol” adlandıranların türk olmasına inanmıram. Əmirin atası Taraqay “yuxuda bir ərəbə oxşar gözəl gəncin ona yanaşıb qılınc verdiyini” – görüb. O deyir: “Mən qılıncı əlimə götürdüm və havada fırladım. Onun parıltısı bütün dünyanı işıqlandırdı…” Əmir Kulyal dedi ki, bu yuxu peyğəmbəridir. Allah sənə dünyaya sahib olacaq bir oğul verəcək. O, hamını İslama dəvət edəcək və pozğunluqlardan azad edəcək…
…Yuxusu çin çıxdı. Sən dünyaya gələn kimi Şeyx Şəmsəddinin yanına apardım. Mən gələndə şeyx Quran oxuyurdu və bu sözlərin üstündə dayandı: “Nədən göydə olan kəslərdən qorxmursunuz? O istəsə Yer sizi udar. Yer artıq silkələnir” (XVII surə, 16-cə ayə). Bu ayətdə “Tamurru” sözünə uyğun olaraq adını Teymur qoyduq” («Тамерлан. Автобиография, уложение». Москва. 2006. стр.73). Bu avtobioqrafik qeydlər Teymur xanın sıradan biri olmadığını və seçilmiş bir türk xanı olduğunu təsdiqləyir. Əmir Teymurun boynunda Qızıl Orda dövlətini tarix səhnəsindən silməyi ilə bağlı bir vəbal var. Aralarında əvvəllər dostluq olan və bir-birilərinə kömək edən bu iki xanın arası Teymurun cığataylara hücumu ilə pozuldu. Əslində isə güclü Ərus xanın taxtdan endirdiyi Toxtamış qardaşları ilə mübarizə aparmaq üçün Əmir Teymura sığınmışdı. Bunu dostcasına qarşılayan Əmir Teymur Toxtamışın xəyanətini bağışlamadı. O, Əmirə sağ ol demək əvəzinə Azərbaycana hücum etdi. Buna qarşılıq Teymur xan Toxtamış xanı məğlub edərək bütün Orda boyunca düşmən axtarmağa başladı və Moskvaya od vurdu (1384-cü il). Hərçənd xristianlar bu türk cahangirinin qəzəbindən “Moskvanı Məryəmin ikonasının xilas etməsi” kimi (tarixçi Habinon) gülünc iddia ortaya qoyurlar (German Vamberi “Əmir Teymur” Bakı. 1991 səh.30). Toxtamış xanın bu səhvi həm Rusiyanın, həm türk dünyasının, həm də dünyanın taleyini fərqli bir məcraya yönəltdi. Gəlin burada düşünək. Görəsən Avropa və digər xristianların orduları kimi Birləşmiş Türk Ordusu yaransaydı necə olardı? Osmanlı – Qaraqoyunlu – Qızıl Orda – Teymur oğullarının birgə gücü qarşısında duracaq güc var idimi? Çingiz xan yürüşünün sorağını eşidib dənizə çıxmayan avropalılar (hollandiyalılar – müəl.), afrikalılar, asiyalılar birgə bu gücə qarşı dura bilərdilərmi? Bu gün də dəyişən heç nə yoxdur. Hansısa ölkəyə hücum etmək istəyən IV Roma (ABŞ) öz xaçlı koalisiya qüvvələrini toplamadan heç bir “cibgir dəstəyə” qarşı da müharibə aparmaq qabiliyyətində deyil. Biz bu oyunu pozacaq bir millətin nümayəndəsiyik. Öz dədələrimizi söyməklə heç nə əldə edə bilməyəcəyik.
4
Əmir Teymur Səlcuqluların və Çingiz xanın buraxdığı səhvi təkrarlamadı. Hayları yaxına buraxmadı. Hayların onu sevməməsinin səbəbi də budur. “Ayın on səkkizinci, cümə gününü (05.10.1403) Əmir həzrətləri ovda keçirdi. Bundan sonra vəhşi heyvanlardan fərqi olmayan erməniləri də ovlamaq, onları da heyvanlar halına gətirmək məqsədiylə yola çıxdı”. (Nizaməddin Şami “Zəfərnamə” Bakı, 1992. s.28). Böyük Teymur sonralar demişdi: “Tarix mənə iki şeyi bağışlamayacaq: 1.Erməniləri (hayları) bir xalq kimi məhv etmək istədiyim üçün. 2.Bir də bu işi görmədiyim üçün…”
Maraqlı burasıdır ki, həmin fəsildə gürcü xristianlarının də adı çəkilir. Amma hayların haqqında söylənən fikirlərə uyğun heç nə deyilmir. Əmir Teymur dinin yüksəlişinə daim diqqət yetirirdi. İslam mədəniyyətinin yüksəlişi uğrunda qılınc çəkirdi. “Pirim mənə yazdı ki, “Allahın və Allahın peyğəmbərinin hökmünə əməl elə, Rəsulillahın zürriyyətlərinə yardım elə. Allahın nemətlərini yeyib, həm də Ona və Onun peyğəmbərinə düşmənçilik edən padişahları Tanrının mülkündən çıxart, Allahın mülkündə ədalətlə iş tut” (“Əmir Teymurun vəsiyyətləri” Bakı, 1991.səh.91). Həqiqətən də İslam dini içərisində təfriqəçilik çoxalmışdı. Xəlifələr var-dövlət içində yaşayan zəngin krallara çevrilmişdi. “Allah-Təala və təqdis hər yüz ilin başında öz elçisi və həbibi Məhəmmədin (s.ə.s) dinini onun ümmətinə yaymaq və dini yeniləşdirmək ixtiyarını kiməsə verər” (“Əmir Teymurun vəsiyyətləri” Bakı, 1991.səh.92). Bu cədvəldə səkkizinci şəxs məhz Sahib Qiranın özüdür: “Səkkizinci yüzillikdə (hicri-müəl.) yetişən din hamisi Əmir Sahib Qirandır ki, dünyanın müxtəlif məmləkətlərində və şəhərlərində şəriəti irəli aparıb seyidlərə, üləmaya hörmət-izzət göstərib. Peyğəmbər (s.ə.s) xanədanın zürriyyətlərinin məsləhəti və iznilə peyğəmbər mülkünə yiyə durub” (“Əmir Teymurun vəsiyyətləri”Bak11991.səh.56).
5
Böyük türk sərkərdələri dünyaya özlərinə məxsus bir Tanrı mülkü kimi baxıblar. Mirzə Şahrux xan mənə dedi: “Mən türk salnamələrində oxumuşam ki, beş böyük çar vardır. Hindistan çarı – dəri (dariy), Anadolu çarı – Qeysər (Sezar), Çində – faqfur (göy oğlu), Türküstanda – Xaqan (böyük çar), İran və Maverannehrdə (İran və Turanda) isə Şahənşah (çarlar çarı) titulları daşıyır. Son dövrlərdən qalma inama görə Hindistandakı hakimiyyət ən son tanınır. İran və Turanın hökmdarıyıqsa Hindistanın birləşməsindən imtina edə bilmərik. Mənim Əmirim deyirdi ki, Hindistanın hökmdarı olsaq, orada öz gəlişimizi möhkəmləndirməliyik. Əks halda öz nəsillərimizi məhv etmiş olarıq. Bizim övladlarımız və nəvələrimiz yadellilərlə qarışaraq azalacaq və hətta öz dillərini də unudacaqlar” (Тамерлан. Автобиография, уложение». Москва. 2006. стр.73). Bu fakt bir daha Əmirin türk millətinin gələcəyini düşünməsinin göstəricisidir. Zəki Vəlidi Toğan belə (“Ümumtürk tarixinə giriş”) bir faktı nəzərdən keçirir: “Əmir Teymur Sultan Bayezidlə görüşərkən bu ərazilərdəki türklərin rumlaşacağından qorxduğunu söyləmiş və onları Orta Asiyaya aparmağı, orada gücləndirməyi təklif etmişdi”. Bunu təsdiq edən başqa bir faktı isə Faruq Sümər “Oğuzlar” əsərində qeyd edir: “Teymurun Yozqatdakı və ona qonşu bölgələrdəki qara tatarların mühüm bir qismini Türküstana aparmasından sonra Şimali Suriyadakı bu bayatların bir bölüyü də dulqədirli oymaqları ilə birlikdə Boz oxda yurd saldı” (s.230). Əmir Teymur haqqında çox əsərlər yazılıb.Bu əsərlərdə onun böyük və kamil sərkərdə olması dönə-dönə qeyd edilib.Onun döyüş taktikası kimi,hətta oynadığı şahmat oyunu da fərqliydi.Xanaların sayı üfüqi 10,şaquli 11 damadan ibarətdi.Castin Marozzi yazır:”Teymurun xarakteri barədə Ərəbşah nə qədər uzaqlara gedirsə, bir o qədər də onun üstün keyfiyyətlərindən vəcdə gəlir.Onu yeddi iqlimin sahibi,yerin və suyun hakimi,kralların və sultanların qənimi adlandırırdı.Bununla yanaşı o quyruğu altda neştər gizlədir.Birdən unutmaq üzrə olduğu nifrəti baş qaldırır və Teymuru ciddi bir məsələyə görə lənətləyir ki,o,Allahın lənətlədiyi Çingiz xanın qanunlarına müraciət etdi.Odur ki,Teymuru imansız hesab etmək lazımdır”(C.Marozzi “Tamerlan”.s.105 Bakı 2012).Ərəb tarixçisi İbn Həldun yazırdı:”O,çox ağıllı,diqqətli təsir gücünə malik,bildiyi və bilmədiyi məsələlər barədə söhbət etməyi bacaran şəxsiyyətdir”(yenə orada-s.105).
İstanbulun alınmasının Əmir Teymurun planlarına daxil olmasını “Ağsaq Teymurun nağılı” təsdiqləyir. Nağılda deyildiyinə görə, guya Əmir Teymur İstanbulu alaraq beş il orada yaşamışdır…
6
Əmir Teymur öldü. Türk adətincə dəfn edildi və bildirmişdi ki, məzarım açılan zaman müharibə başlayacaq. Böyük Əmirin məzarı rus-sovet antropoloqu M.Gerasimovun rəhbərliyi ilə açıldı. Məzarın açılması ilə alman faşistlərinin SSRİ-yə hücumunun eyni günə düşməsi Böyük Teymurun sözlərini təsdiqlədi.
Stalin Əmir Teymurun cəngavərliyinin təbliğ edilməsi yoluyla sovet xalqını alman faşizminə qarşı mübarizəyə hazırlamaq istəyirdi. Əslində kommunistlər nəhayət anladılar ki, tarixi nailiyyətləri olmayan bir millət yaratmaq mümkün deyil. Ona görə də bütün milli dəyərlərin dirçəldilməsinə rəvac verdilər. Bu gün özünü “antikommunist” hesab edən bəzi “komsomolçular” Azərbaycan qəhrəmanlarını az qala kommunizmdə günahlandırırlar. Stalinin bu barədə film çəkilişilə bağlı yaratdığı komissiya 1941-ci ildə Səmərqəndə yollandı. Aylarla davam edən axtarışlardan sonra nəhayət ki, 21 iyun 1941-ci ildə böyük türkün məzarını üzərindəki yazılara uyğun olaraq tapdılar. Bu ekspedisiyanın ən axırıncı vəfat edən üzvü Sosialist Əməyi Qəhrəmanı, kinooperator Malik Kayumovun dediklərinə görə, “məzarın sinə daşını qaldırmaq üçün gətirilmiş qaldırıcı qurğu sıradan çıxdı. Sinə daşını çətinliklə də olsa əl ilə sürüşdürməyə çalışırdıq. Mən fasilə zamanı çayxanaya çay içməyə gedərkən üç ahıl qoca mənə yaxınlaşdı. Onlar məndən “Oğlum, sənin bu qazıntılara aidiyyətın varmı?” – deyə soruşdular. Mənim “Hə” cavabımdan sonra dedilər: “Əmir Teymurun ruhunu narahat etməyin, yoxsa müharibə başlayacaq”. Mən onlardan bunu necə bildiklərini soruşduqda o, əlindəki qalın bir kitabı göstərərək dedi ki, burada yazılıb. Sonra kitabı mənə tərəf uzatdı və mən orada yazılanları oxumağa başladım: “Bu böyük komandanın ruhunu narahat etsəniz, …müharibə başlayacaq”. Sonra o qocalar çayxanadan çıxıb getdilər. Tez durub arxalarınca yüyürsəm də, onlar sanki bir andaca qeyb oldular. Sərdabəyə qayıtdım. Tabutun qapıcığını qaldırdıqda ətrafı əsrarəngiz, bihuşedici qoxu bürüdü…
Hətta skeletindən bu məzarda böyük bir insanın yatdığı bilinirdi. Boyu 1 metr 90 santimetr, başı böyük idi. Sağ ayağında yaralanmanın izi qalmışdı. İş axşama kimi davam elədi. Artıq bu ekspedisiya barədə radioda məlumatlar verilirdi. Onlara qulaq asmaqdan ötrü hardansa yekə bir radioqəbuledici tapdıq. Xarici dilləri bilən Kim dalğaları dəyişəndə birdən rəngi ağardı. Səbəbini soruşduqda o, müharibənin başlandığını söylədi. Biz özümüzü itirmişdik. Tacik şairi Ayni büzüşüb oturmuşdu, kənardan siçana bənzəyirdi. Əmir Teymurun nəşi Moskvaya, operator Malik Kayumov da sənədli çəkilişlər aparmaq üçün cəbhəyə göndərildi. Orada marşal Jukovla görüşən Malik Kayumov bu müharibədə qalib gələ bilməyəcəklərini söyləyir.
Əmirin nəşi əvvəlcə M.Gerasimovun emalatxanasında, sonra isə onun evində saxlanılırdı. O, gecə-gündüz Böyük Əmirin antropoloji cizgilərini hazırlamağa çalışırdı”. Burada M.Gerasimovun özünün bir etirafını diqqətinizə çatdırım. O, əldə etdiyi nəticələrdə Teymur xanın monqoloid deyil, avropoid olduğunu üzə çıxarır. Lakin bu, yazılmış yüzlərlə tarixi əsərlərin alt-üst edilməsi demək olduğuna görə onu antropoloji göstəricələrə monqoloid cizgiləri qatmağa məcbur edirlər (tarixin necə saxtalaşdırıldığına diqqət yetirin-müəl.).
Hərbi operator M.Kayumov ikinci dəfə Jukovla görüşə bilir. 1942-ci ilin yayında cəbhənin bütün istiqamətlərində vəziyyət ağır idi. Jukov onun dediklərini Stalinə çatdıracağına söz verir. M.Gerasimov 1942-ci ilin dekabrında öz işini artıq yekunlaşdırmışdı. Teymur və övladlarının nəşi hərbi təyyarə ilə geri qaytarılır. 20 dekabr 1942-ci ildə onlar böyük ehtiramla yenidən torpağa tapşırılır. Heç gözlənilmədən Sovet Ordusu Stalinqrad ətrafında möhtəşəm bir qələbə qazanır (“Kursk dönüşü” adıyla tarixə düşən yeni qələbələr mərhələsi başlandı). Dəfndən iki gün sonra faşistlərin 17 diviziyası məhv edilmiş və 60 min canlı qüvvəsi əsir alınmışdı. 1943-cü ilin yayında Stalin Əmir Teymurun mavzoleyinin təmirinə bir milyon rubl vəsait ayırdı. O dönəmlərdə aclıq keçirən SSRİ üçün bu pula 16 ədəd tank almaq, yaxud da bir diviziyanın bir ay boyunca hər şeylə təminatını ödəmək olardı. Bu fakt həm də ateist, kommunist diktator Stalinin Əmir Teymuru dərk etməsi demək idi. Böyük Əmir hətta məzardaykən belə öz qüdrətini qoruyub saxladığını bütün dünyaya bəyan etdi. Amma bu gün özünə müsəlman, iraq olsun, türk deyənlər bu böyük və müqəddəs “zata” məlun, alçaq deyir, öz zatlarının adlarına layiq bütün ibarələrlə təhqir edir və “türkləşmiş monqol” adlandırırlar. Amma unudurlar ki, Türk böyüklərindən ondan elmli, Türkün gizli elmlərinə ondan çox can atan, qərarlarını böyük sufi şeyxləri ilə məsləhətləşdikdən sonra verən ikinci bir hökmdarımız olmayıb və olmayacaqdır. Tanrının rəhməti Onun üzərində olsun…

11269892_829401123802981_132713039_n

III Fəsil
Səfəvi – Osmanlı düşmənçiliyi
(Azərbaycan, yoxsa Türkiyə…)
1
Atilla Xaqanın qarşısında diz çöküb yalvaran papalar, Xəzər Xaqanı Yusifin himayəsində dirçələn yəhudilər, Əmir Teymurun “oğlum” müraciətinə sevinən krallar, Sultan Fateh Mehmet Xanın önündə əfv diləyən bizanslılar, Almış Xaqanın qılıncı hesabına dövlətçiliyin nə demək olduğunu anlayan slavyanlar, Toxtamış Xanın kəbindən kənar oğullarının qəhrəmanlığına tarix deyən ruslar, Şah İsmayıladək bölgədə bölücülük, dində təfriqəçilik salan farslar, Babur şah hesabına dünya dövləti halına gələn Hindistan, Hülakü xan hesabına əl buyruqçusuna çevrilən ərəb xəlifələri və qarşısında Çin sədləri duruş gətirməyən, Tanrı (Sakit) okeanından Tarı (Atlantik) okeanınadək at çapan Çingiz xanın öz qılıncıyla düzən verdiyi bu dünya Türkə qarşı birləşərkən biz hələ də məhəlli düşüncəyə, beş-üç fars və yəhudi casusunun sifarişiylə bir-birimizi aşağılamaqdayıq. Bu 501 illik tarixi davanı üzdə “qardaşlıq”, arxada isə məzhəb düşmənçiliyi kimi yürütməkdəyik. Əslində bu sahədə Azərbaycan hər iki anlamda zərərçəkmiş tərəf olsa da nə türklərə, nə Osmanlıya, nə də sünniliyə qarşı ifrat yanaşma sərgiləmir. Azərbaycan daxilində toleriantlıq ilkin olaraq sünni və şiələri bir araya gətirməkdədir. Eyni zamanda Şah İsmayılı hər iki məzhəbdə qəbul edənlər və etməyənlər mövcuddur. Lakin həm mənbələrlə, həm də internet vasitəsiylə izlədiyim bəlgəsellərdə türk araşdırmaçılar həqiqəti əks etdirməyən fikirlər söyləməkdədirlər. Hətta elə fikirlər söyləyirlər ki, həmin adamın professor, doktor olmasını araşdırmaq zorunda qalırsan. Tarixi baxımdan baş vermiş bir yalnış var. Bunu kimin edib-etməməsindən asılı olmayaraq bu fakt var. Sanki Sultan Səlim əlində qılınc başları üstündə dururmuş kimi türkiyəli araşdırmaçılar və eyni vəziyyətdə də azərbaycanlı araşdırmaçılar haqsız duruma düşməkdədilər. Niyə? Çünki sərf etməyən həqiqətlər çoxdur. Yalanın bir olması belə zərərlidir.
1514-cü il 23 avqust. Bu il Çaldıran düzündəki yanlışın 501 ili tamam olur. Birincisi, bu döyüşün olmamasını arzulayanlar bu gündən tarixə boylansınlar. ABŞ supergücdür. Onun qarşısında söz deyəcək ikinci güc Rusiya və Çindir. O dövrün supergücü Osmanlı dövləti idi. Səfəvi, Moğol və Qızıl Orda kimi türk dövlətləri onun qarşısında söz deyə bilərdilər. Amma Sultan Səlimin Asiyada və Misirdə qələbələrindən sonra onun qarşısına çıxa biləcək dövlət qalmadı. Bu gün türk tarixçilərinin yekdil bir qənaətləri var ki, guya Şah İsmayıl Anadoluda şiəliyi və ələviliyi yayırdı. Birincisi, Anadolunun 12 vilayəti Səfəvi torpaqları idi və heç zaman Osmanlının olmamışdı. İkincisi, Azərbaycan türklərinin aborigen xalq kimi bu ərazilərdə yaşama tarixi 10 min ildən artıqdır və bu bölgədə eyni taleli qaramanlılar vardı. Səlcuqluların gəlişiylə türklərə, türk dilinə yuxarıdan aşağı baxılması türk millətini hiddətləndirmişdi. Sadə türk dilli bir hökmdarın meydana çıxmasıyla türklər öz xilaskarlarını gördülər və Şah Xətainin gəlişi türklər arasında bir coşqu yaratdı. Türk tarixində deyilir: “Yavuz Sultan Səlim Anadolu şiələri tərəfindən yaranmış təhlükəni ləğv etdi”. Bunu necə etdiyindən bir kəlmə də yazılmır.Şərqi Anadolu kimin torpaqları idi?Xətai öz torpağında nə edəcəyini,Səlimdənmi soruşmalıydı?Bir az ağıllı olmaq günah deyilsə,ağıllı olaq!Bir daha bildirirəm ki, bu kişilər bir il döyüşdülər, amma nəvələri 501 ildir ki, didişirlər. Bu gün gülünc şəkildə bu yanlışa düzəliş vermək əvəzinə qarşılıqlı ittihamlarla öz yanlışımızı təzələməkdəyik. Osmanlı və Səfəvi mənbələrinə görə bu hökmdarlar kimlərdir?
2
Sultan Yavuz Səlim – taxta çıxanadək atasını, qardaşlarını, hakimiyyətə təhlükə yarada biləcək altı qohumunu boğaraq öldürüb, hakimiyyətdə olarkən on iki Sədrəzəmi və altı vəzirini edam etdirib. Onun dövründə belə bir qarğış vardı:”Səni görüm Yavuza vəzir olasan.” 40 min şiə-ələvi əhalini qətlə yetirib və öz yurdlarından didərgin salıb. Həyatı boyunca türk və müsəlmanlarla döyüşüb.Şiə,ələvi,xristian oğuzları sıxışdırarıb.Sufilərin dörd mömin xəlifədən sonra lənətlədikləri xəlifəlik məqamını İstanbula gətirib. Əvvəllərdən Anadoluda gözləri olan hay və kürd xalqlarının bu yerlərdə yerləşmələrinə dəstək verib. Anası və arvadı yəhudidir. (Polşa yəhudisi-müəl.). Saray əyanları əsasən türk olmayanlardı. Fars dilinin saray dili kimi saxlanmasına tərəfdar olub. Farsca divanı var. Şiə və sünni ayrımçılığının qabardılması onun adıyla bağlıdır. Ondan əvvəlki heç bir Sultan şiələri “din düşmənləri” elan etməmişdi. Sultan oğludur. Şahqulu ələvi üsyanını yatırıb…
Şah İsmayıl Xətai taxta çıxanadək Ağqoyunlu hökmdarları olan ana qohumları onun atasını öldürüb, özünü isə öldürmək üçün arayıblar. Atasının müridləri onu gizlədə bilib. Qardaşı İbrahimlə birgə öncə Ərdəbildə bir məsciddə, sonra isə Rüstəm bəy Qaramanlı, Mənsur bəy Qıpçaq, Hüseyn bəy Lələ Rəştə və Gilana aparılıb. 13 yaşında Ərdəbilə gəldi. Tez bir zamanda Ərzincanda müşavirə keçirərək gələcək planları müəyyən etdilər. 1501-ci ildə Təbrizdə taxta oturdu. Qurduğu dövlətin 74 əmirindən 69-u türk idi. Qardaşı İbrahim Sultan Səlimə əsir düşənədək öz yanında ordu başçılarından biri idi. Saray dili birmənalı olaraq türk diliydi. Türkcə və farsca divanı var. Əxilərdən gələn səfəvi təriqətinə mənsub idi. Onu 30 min sünnünün ölümündə günahlandırırlar. Bir neçə hökmdarın başını kəsdi. Urmiya yaxınlığında gizlicə yurd salmış kürdlərin üsyanını yatırıb və onların başçısı Şirsərimi edam etdirib…
Bu, iki böyük hökmdar haqqında Türkiyə və Azərbaycan mənbələrində qeyd olunan məlumatların qısa xülasəsidir. Azərbaycan tarixçilərinin əsasən Osmanlı mənbələrinə istinada üstünlük vermələrini qeyd etməliyəm. Əslində isə dövrün fars-türk qarşılıqlı nifrəti bu əsərlərə çöküb. Səlcuqlardan qalma “İran, fars təəssübü”, artıq türkçülüyün xəstəliyi kimi imdad diləməkdədir. Ya bu xəstəlik müalicə edilməli, ya kəsilib atılmalı, ya da bu “qardaşlıq” oyununa son verilməlidir. Nə dünyanı, nə də özümüzü aldatmayaq.
Osmanlı-Səfəvi düşmənçiliyinin kökü Səlcuqluların türkə Firdovsi nifrətiylə silahlanmış əyanlarından və Nizamülmülkdən qalma mirasa bağlıdır. Bu xəttin sındırılması üçün dəfələrlə mübarizə gedib və sonda dünyaları fəth edən türklər bu gizli ələ “məğlub” olublar. Bu gün gözümüzün qarşısında Şərqi Avropada Ukrayna-Rusiya arasında davam edən qarşıdurmaya, müharibəyə diqqət yetirək. Qərb yüz illərdir ki, bu iki slavyan xalqını düşmən etməyin yollarını arayırdı. Nəhayət ki, çox “ucuz” təbliğatla bu saxta slavyan qardaşlığını ifrat düşmənçiliyə çevirdi. Hər iki ölkənin ziyalıları və şovinist imperiya uşağı olan ruslar özləri də bilmədən bu tələyə düşdülər. Burada uduş, əlbəttə, nə Ukraynaya, nə də Rusiyaya aid olmayacaq. Amma əsrlərlə özlərini ayrılmaz, xilaskar qardaş kimi tanıdan bu millətlər artıq öz tarixlərinin heç zaman unudulmayacaq düşmənçilik dövrlərini yaşamaqdadırlar.
Eyni ssenarinin həyata keşçirilməsini önləmək üçün sadalayacağım tarixi faktları saxtalaşdıran mənbələr qadağan edilməlidir.
3
Bəli, 1514-cü ildə Çaldıranda bir yanlışlıq baş verdi. Bunu kimin başlamasından asılı olmayaraq biz qətiyyən bu yanlışın girovuna çevrilməməliyik. Əslində Sultan Səlimin rolunun şişirdilməsi bir dostluq “qayçısı” kimi türklərin əlindədir. Sanki Səlim xan Vyananın aşılmayan divarlarını aşıb, açılmayan qapılarını açıb, Avropaya İslam dinini yayıbr. Bəs, əslində nə baş verib? Ümumiyyətlə, Səfəvi dövlətinə qarşı olunan altı hücum Osmanlının adıyla bağlıdır. Sultan Səlim 1514 cü il,Sultan Süleyman 1534,1535,1548 ci illər və III Murad 1578 ci ildə Azərbaycana dağıdıcı hücumlar etmişlər.236 illik Səfəvi hakimiyyəti boyunca edilən bu hücumların dağıntıları dövləti tam zəiflətmişdir.

Türk milləti 11-ci əsrdən öz yüksəliş dövrünə qədəm qoymuşdu. Lakin türk başçılarının ayrı millətlərə etibar etmələri, fars dilinə üstünlük vermələri, hətta Osmanlıda yeniçərlərin serb və başqa xristianlarla əvəzlənməsi, alınan vergilrəin artırılması XV-XVI əsrlərdə türk toplumları içərisində etirazlara səbəb olmuşdu. Türk milləti özünün qurduğu dövlətlərdə öz dilinə, öz əməyinin meyvəsinə həsrət qalmışdı. Məhz buna görə də Şah İsmayıl Xətainin meydana çıxmasını bütün türklər coşquyla qarşıladı. Bu coşqu Osmanlı vəliəhdi Sultan Səlimin qəzəbinə, həsədinə səbəb oldu. Şah İsmayıl özünün “mənəvi atalığı” saydığı II Bəyazidin öldürülməsi xəbərinə görə Sultan Səlim taxta keçəndən sonra bir sıra dövlətlərdən təbrikə gəlsələr də, onu təbrik etməyə getməmişdi. Bu da Sultan Səlimi qəzəbləndirən daha bir səbəb sayılır. O dövrün tarixçilərinin eyni əsərdə özlərini təkzib edən fikirlər söyləmələri müəllifin yalan danışdığını təsdiqləyir. Şah İsmayılı “yol kəsən, quldur, qorxaq, qaniçən, oğru və s.” ağlasığmaz ibarələrlə təhqir edən o dövrün tarixçilərindən Mehmet Solakzadə bir əhvalatı qələmə alıb: “Şeytan Qulu (Şah qulu – II Bayezid dövründə baş verən ələvi üsyanının rəhbəri olub-müəl.) dedikləri müfsid bir döyüşdə həlak olanda arxasınca gedənlər bir məzhəb sizə tabe olub Əcəm diyarına (Səfəvi dövlətinə-müəl.) çəkilib gedib… O uğursuz qövm canavar sürüsü kimi çatdıqları əyalətlərin altını üstünə çevirib qarət və talan edərək Təbrizə gəldilər. Onlar yolda şaha məxsus bir karvana rast gəldilər. Karvanı talan, adamlarını isə həlak etdilər. Bütün mallarını götürdülər. Hətta böyük şeyxlərdən olan Şeyx İbrahim Şəbüstəri həzrətləri də bir oğlu ilə o karvanda idi. Həccin şərif niyyətilə səfərə getməkdə idi. Rəvayət edilir ki, Şeyx oğlunun o mərhəmətsiz məlunların qətlə apardıqlarını gördükdə ahu-zar edir. Məlunlardan özünü oğlundan qabaq qətlə yetirmələrini rica edir. Amma o qəddarlar və xainlər bəlkə də işgəncə və əziyyət üçün əvvəlcə şeyxin oğlunu qətl etdilər. Şeyx bu haləti gördükdə “Allah!” deyərək üzü üstə yerə yıxılmışdı. Onu bu halında da şəhid etdilər. Sözün qısası, o azmış qövm yoluna davam edərək Təbrizə gəldikdə Şah İsmayıl ilə görüşdülər. Şah bunları bir-birindən ayırmaq üçün hər bölüyə öz zabitlərindən birisini təyin etdi və ziyafət vermələrini fərman buyurdu. Geniş meydanda iki böyük qazan su ilə doldurularaq altında od qalatdı. Sular qaynadıldı. Görənlər bunun yemək bişirmək üçün hazırlandığını zənn edirdilər. Hamı bu qazanlara baxırdı. Demə bu qazanlardan biri bizim başçılarımız, digəri isə kəndxudalar üçün qaynadılırmış. O yaramazları bişirmək üçün imiş. Qalanlarını əvvəlcədən təyin edilən yaşıl çəmənliyə gətirdilər. Orada düzənlənmiş, könüllər açan naxışlı kölgəliklər altında şah özü də oturdu, onları sorğu-sual edəndən sonra belə dedi: “Atalığım Sultan Bəyazid xanın himayəsi altında neçə zamandan bəri əhli-əyallarınızla asudə hal ikən nə üçün onun itaətindən boyun qaçırıb əleyhinə çıxdınız?” Sərdarları olan namussuz və fəsadçı, arsız suala belə cavab verdi: “Bəyazid xan çox qoca və zəifdi, xəstəliyə düçar olub, qocalığının afətini almış, işlərin tədbirindən uzaq idi. Dövlətinin üzənglərini vəzirlərinə təslim etməklə məmləkətə ixtilaf vaqe oldu. Rəiyyət ayaqlar altında payimal oldu. Zülmlərinə tab gətirməyib getməyi qərara aldıq və şah həzrətlərinin dərgahına üz sürtmək və onun gözəlliyini görmək sonsuz arzumuz idi”- dedi. Şah İsmayıl yenə sual etdi: “Bəs məmləkəti talan edib onu xaraba qoymaq kimə və nəyə lazım idi?” Bu suala belə cavab verdilər: “Çəkdiyimiz zülmlərin intiqamını almaq üçün. Ayrıca tərəfdarlarımızın yanımızda çoxalması üçün qarət və talana əl atdıq”. Şah İsmayıl dedi: “Bu cavab qəbuledilməzdir. Sultan Bəyazidlə aramızda atalıq və oğulluq ittifaqı olduğunu bildirdiniz. Onun məmləkətinə xəsarət verib, bu tərəfə böyük xəyanət olduğunu nə üçün xoş mülahizə etmədiniz? Fərz edək ki, bu xüsusda günahınız yox imiş. Bizim karvanımıza və tacirlərimizə basqın etməyin səbəbi nədir? Tüccara təcavüz və basqın etmək, yol kəsmək əməlidir. Sənin etdiyinin sözünə mütabiq və sözlərin də bir-birinə müvafiq deyil”. Məlunların başçısı Şah İsmayılın bu sözünə cavab verməyib cinayətini etiraf etdi. Bundan sonra Şah İsmayıl dedi: “Yaxşı, bəs bu papaq ki, başındadır, kimin izni ilə geyindin?” Sərdar cavab verdi: “Qazilər əlamətidir”. Şah İsmayıl: “Belə papağı qoymaq padşahların izni ilə bağlıdır. Nə zaman qazi oldun? Müsəlmanların günahsız qanını tökmək qazavatmıdır? – deyərək sərdarlarından birinə xitabən: “Papaqdan xoşun gəlirsə, qalx, bu pis murdarın başından götür, öz başına qoy!”. Onların hər ikisini o qazanların içinə atdılar. Başqa zabitlərini də qətl edib, günahlarının cəzalarını verdilər” (Mehmet Solakzadə “Tarix” Bakı 1992 səh. 24). XVI əsrin tanınmış tarixçisi, əsər boyu kafir, dinsiz, quldur, yolkəsən və s. adlarla təhqir edən müəllifin misal gətirdiyi bu əhvalat Şah İsmayılın əsl nümunəvi simasını, türk dövləti saydığı Osmanlı düşmənini öz düşməni kimi cəzalandırır. Amma bu gün də baş vermiş Şahqulu üsyanını Şah İsmayılın adıyla bağlamaqda davam edirlər. Sultan Səlimdən Azərbaycan türklərinə qarşı buna uyğun bircə əhvalat tapmaq mümkün deyil. Sultan II Bəyazid Şah İsmayılın orduyla Osmanlı torpaqlarından keçərək Dülqədir ölkəsinə getməsinə icazə vermişdi. Müdrik bir Sultan hər halda Sultan Səlimdən daha uzaqgörən və səriştəli idi. Yəni o zamankı və indiki tarixçilərin uydurduğu kimi nə İslam dininə, nə də Osmanlıya qarşı bir təhlükə gözlənmirdi. Sadəcə Osmanlının türk (qədim) və türkmən (sonradan səlcuqlularda birgə gələnlər-müəl.) əhalisi Osmanlı imperiyası yıxılanadək türk ruhunu bu dövlətin ruhuna qata bilmədi. Türk xalqı xəyallarının yeni şahda təcəssüm etdiyini düşünməkdəydi. Sultan Səlimin Şah İsmayıla nifrət etməsi məhz bu qısqanclıqdan doğurdu. Xüsusən xəlifələrin və daha sonra Nizamülmülk tərəfindən əxz edilən bir taktika vardı. Buna qarşı çıxanları dini düşmən elan edərək öz savaşına haqq qazandırmaq taktikasını ilkin olaraq Xəlifə Yezid işlətmişdi. Peyğəmbər (s.ə.s) övladlarını kafir elan etmişdi. Xalq Yezidi müqəddəs, İmam Hüseyni (ə) və onun övladlarını kafir bilirdilər. Həzrəti Zeynəb (ə) və İmam Zeynalabidin (ə) ətrafdakılara çətinliklə kafir olmadıqlarını izah etməyə məcbur olub. Sultan Səlim xan da bu taktikadan Səfəvilərə qarşı istifadə etdi. Osmanlı tarixçiləri hadisələri elə təqdim edirlər ki, guya şiəlik yenicə yaranmış bir məzhəbdir. Nə İdrisilər, nə Fatimilər adlı şiə dövlətləri olmuşdur. Nə Anadoluda, nə də Azərbaycan və Xorasanda şiə çoxluğu vardı. Guya bütün İslam dünyasını Şah İsmayıl sünni və şiə adlı iki qütbə böldü. Özü sünni olan Şah İsmayıl özündən doqquz əsr öncə qərarlaşan şiəliyi …yaratmışdı. Hətta anasını sünni olduğuna görə öldürüb kəlləsində şərab içmişdir. Sünniləri bişirib orduya yedirirmiş və daha nələr, nələr… La hövla vəla qüvvətən İllah – billah…
Ən əsası budur ki, bunları uyduranları türk saymağa adamın dili gəlmir… Biz bu gün belə dezinformasiyaların ağrısını çəkməkdəyik. İsgəndər Pala “Şah və Sultan”, Riha Çamuroğlu “İsmayıl” adlı əsərlərı hansı məqsədlə yazdıqlarını qoy özləri izah etsinlər. Bir adama bunca “çamur” atmaqmı olar? “Allah sizi islah etsin!”.
4
Əhaliyə rafizi damğası vurulmaqla “Təkkə və Həmid vilayətlərindən Rumeli yaxasına sürüldülər. Sufi adı ilə heç kimsənin Anadoluya keçməsinə və yolların zəbt olunmasına dair əmrlər verildi” (Mehmet Solakzadə “Tarix” Bakı 1992 səh. 20). Bundan sonra Anadolunun türk əhalisinin müxtəlif vasitələrlə köçürülməsi, xüsusən Qaraman və Azərbaycan əsilli türklərə qarşı düşmən münasibəti heç də dinlə bağlı deyildi. Hətta sünnü Azərbaycanlı türklər də bu ərazilərdən qaçaraq Azərbaycana gəlirdilər. Şimalı Azərbaycan ərazilərində apardığım araşdırmalara görə, Quba-Qusar bölgəsinə XVI əsrdə Ərzurumdan (Həsənqala bölgəsindən) yüzlərlə sünnü ailə köçməyə məcbur olub. Qarabağa yüzlərlə ailə Diyarbəkirdən, Ərcisdən, Hakkaridən, Ərzincandan, Mingöldən və s.-dən köçərək Ağdam, Çuxur-Səd (İrəvan), Cəbrayıl, Qubadlı, Şirvan tərəflərdə məskunlaşmağa məcbur olublar. Bu fakt Şah İsmayılın 30 min sünnünü və hətta sünnü olduğuna görə öz anası Aləmşah bəyimi öldürməsi fikirlərini yalanlayır. Yaxud guya Abdulqadir Ceylani həzrətlərinin məzarının dağıdılması kimi böhtanlar yağdırılır. Əbdülqadir Ceylani həzrətləri Azərbaycan türkü idi. Təbriz yaxınlığındakı Ceylan qəsəbəsindən Bağdada getmişdi. Bizdə faktlar var ki, əhli-sünnə olan bir çox şair, aşıq saraya toplaşmışdı. Bu, sadəcə atılan əsassız iftiralardan biridir. Yaxud Şah İsmayılı xoşlamayan İran farslarının yazdıqları heç bir əsərdə sünnüləri zorla şiələşdirməyə cəhd edilməsi faktı yoxdur. Abdul-Aziz ibn Salih Al-Mahmud, Al-Bardi, Qazi-Əhməd Qumi və başqalarının əsərlərində də belə faktları tapa bilmədik. Həmin dövrləri əks etdirən Selaniki Mustafa Əfəndi, Hoca Sadəddin Əfəndi,Mehmet Solakzadənin əsərlərində də bu faktlar əks olunmayıb. Bu müəlliflər anti-səfəvi mövqeləri olan müəlliflərdir. Çünki, məhz bu müəlliflərin yaydığı din düşmənçiliyi hələ də qalmaqdadır. Xristiana “din ayrı qardaş” deyənlərin, haylara “sadiqi-milli” ünvanı verənlərin, şiələrin simasında din düşməni obrazını yaratmaları faktı isə ortadadır. “Qarşılarına (səfəvi elçilərinin-müəl.) Rumeli bəylərbəyi Şəmsi Əhməd Paşa çıxdı, Şahqulu xan yanındakı qızılbaşlara dedi: “Vallahi bu ləşkərin arayış, nümayiş və təmtəraqlı geyimi bir toy-düyün xalqına bənzəyir!”. “Bəli, Çaldırandan Taclı xanımı gəlin gətirən əsgərlərdir” (Selaniki Mustafa Əfəndi “Tarixi-Selaniki” Bakı 1992 səh.8). Çaldıran döyüşündə qızılbaş əmirlərinin arvadları əsir düşür. Əsirlərin arasında Bağdad valisi Xülafa bəyin qızı və Şah İsmayılın arvadı Taclı xanım da vardı. Vidin sancaqbəyi Mısih bəyin əsir aldığı Taclı xanım qazi əsgər Cəfər Çələbiyə verildi. Bu faktı araşdırarkən düşündüm ki, bəs görəsən Şah İsmayıl, Sultan Səlimin xatununu əsir alsaydı, nə edərdi? Şah İsmayıl Şeybani xanı məğlub edərkən onun ailəsini əsir alır. “Ağqoyunlu sultanı və döyüşçülər dostların və düşmənlərinin şərəfinə, namusuna hörmət bəsləyirdilər. Onlar düşmənin qadınlarını, uşaqlarını əsir götürər, amma incitməzdilər” (Фазлуллах ибн Рузбихан Хинджи «Тарих-и алам-арайи амини» Баку 1987 стр.40).
Abdul-Fazl-Allami “Əkbərnamə” əsərində bir hadisəni belə təsvir edir: “Şah İsmayıl Səfəvi müdrikcəsinə özbəklərə (Şeybani xana) Mərvdə qalib gəldikdən sonra onu (Babur şahın bacısı Xanzadə bəyimi, Babur şahdan beş yaş böyük bacısı- müəl.) böyük bir ehtiramla, qızılbaşların müşayiətilə Cənnət məkanın yanına göndərdi…”. Bundan nəticə çıxarmağı türklərin və türklüyün öhdəsinə buraxıram…
Anadolunun türksüzləşdirilməsinə başlayan Osmanlı Sultanı məhz Səlimdir. Hazırda etnik qrupların haqsız, saxta soyqırım və “özgürlük” iddialarına qarşı mübarizədə tənha qalan Türkiyə aydınları bilməlidirlər ki, bütün bunlar Yavuz Səlimin öz qövmünə bəxş etdiyi bəlalardır. Osmanlı tarixçsi Hoca Sadəddin Əfəndinin “Tac üt-tavarih” əsərində Sultan Səlimin Qızılbaşlardan narazı kürdlərdən istifadə etməsi,onları Diyarbəkrə yönləndirməsi əks olunub. Müəllifin yazdıqlarından cəmi doqquz gün Təbrizdə qala bilən Sultan Səlim əsas zərbəni Anadolu türklərinə vurdu. Qeyri türklərin Anadoluya yerləşməsinin memarı Sultan Sılim olmasını bu əsər təsdiqləyir. Həmin dövrə ən dəqiq qiymət verən “Koroğlu” dastanıdır. Heç yerdə məzhəb adı çəkməyən türk xalqının bu azadlıq epopeyasında əsas hədəf Osmanlı paşaları, Səfəvilərdən isə yalnız Şah Abbasdır. Çünki Şah Abbas türklüyə arxa çevirmiş, farslaşmaya meyl etmiş, Osmanlılara bənzəməyə çalışmış, vəzirini də yad millətdən seçmişdir. Vəzirin hay olması (bəzi mənbələrdə isə gürcü olması deyilir-müəl.) səbəbiylə alban türklərinə məxsus bəzi kilsələri ibadət üçün haylara vermiş və İsfahan yaxınlığında Culfa adlı yaşayış məntəqəsi salaraq hayların İrana ayaq açmasına rəvac vermişdir. Ona görə də həm Anadolu türkləri, həm də Azərbaycan türkləri bu şahı nifrətlə anırlar. Bu fakt “Koroğlu” dastanında əks olunub. Çünki, xalqın gözü tərəzidir…
5
Şah İsmayıl müxtəlif bəhanələrlə bu müharibədən qaçmaq istəsə də Sultan Səlim israrla müharibənin olmasına çalışırdı. Şah İsmayıl qardaş qırğınına yol verməmək üçün Sultana yaraşmayan, hədyanlarla dolu məktublarına cavab da vermədi. Sultan Yavuz Səlimin məktubu: “Ey iyrənc düşüncəli Əcəm İsmayıl Bahadur! (Allah səni islah etsin!) Qəbul edilməsi şərt olan bu məktubum vasil olunca məlumun ola ki, islamın pərdəsini yırtaraq Seyyidül – ənam Aleyhissalam həzrətlərinin sünnəsini yıxmağa qalxdığın barədə xəbər hər yerə yayılmışdır. Zəfər üzərə yaradılmış mayanı haçansa fitnə və fəsad dairəsindən və zaman səhifəsindən kəskin qılıncını və xəncərini izhar elə. Onu qırmaq bütün padişahlara, ulu ömürlü və iqtidarı çox olan bütün xaqanlara vacib olmuşdur. Bu xüsusda üləmaların öndə gələnləri fətva vermişlər. Ona əsasən ancaq Həzrəti Məhəmmədin dinini ehya və Rəsulullah Həzrətlərinin şəriətini imza üçün hesabsız əsgər və düşmən ovlayan ləşkər ilə sənin qəsdinə, Şərq diyarına təvəccüh etdim. Dəryadan keçirildiyi sırada gözəl bir xitab göndərdi…
…İndiki halda göylərə yüksələn Azərbaycan ovalarında olan təpələr və dağlar, bütün mansur əsgərlər ilə göylər kimi hilal olmuş ikən səndən nam və nişan peyda olmadı. Nə də vücudundan bir əsər göründü. Bu vəch ilə halını örtüb gizlənirsən ki, vücudun yoxluqla birdir… (xeyli təhqirlərdən sonra yazır). …İndi bu mənanın yox edilməsi üçün zəfər-rəhbər əsgərdən qırx min miqdarı olan ər çıxardılıb, Kayseri və Sivas arasında iqamətə məmur edilmişdir. Əgər zatında qeyrət və cəsarət varsa, əsgərə müqabil olarsan. Əzəldə müqəddər nə isə, varlıq pərdəsində özünü göstərər. İnşəallah – Təala vəssalam”.
Yaxud digər bir Osmanlının fars salnaməçisi “İsfahanlı Xoca Məhəmmədin nəvəsi Xoca Sadəddin əfəndi:
Başına tac aldı çıxdı ol pəlid,
İtdi biidrak ətraki-mürid…
– deyərək Şah İsmayılı gözdən salmaq istəmişdi” (Faruq Sümər “Oğuzlar” Bakı 1992 s.163). Şah İsmayılı yetərincə aşağılayan ifadələr işlədən Faruq Sümər də sonra ciddi etiraflarda bulunaraq yazır: “Gerçəkdən Səfəvi dövlətinin qurulmasında XVI əsrdən etibarən ələlxüsus mənşəcə türk olmayan müəlliflərin çoxunun”Ətraki-biidrak” (idraksız türklər) dediyi kəndli və köçəri türklərin unudulması, onlara əhəmiyyət verilməməsi başlıca amil olmuşdur. Bu hal XVI-XVII əsrlərdə Osmanlı dövlətinin başına Anadoluda çox bəlalar açacaqdır. Səlcuqlular dövründə də bu unutmanın necə acı nəticələr verdiyini daha əvvəllər görmüşdük” (Faruq Sümər “Oğuzlar” Bakı 1992 s.163).
O dövr Şah Xətai isə yazırdı:
“Getdikcə tükənir ərəbin kuhi məskəni
Bağdad içindı hər neçə kim Türkman qopar”…
Yaxud da:”Sən ey türki-pəri peykər”(Ş.İ.Xətai)
Osmanlılar türkü “biidrak, yaramaz, napak” və ən aşağılayıcı ifadələrlə təhqiramiz şəkildə təhqir etdikləri zamanlardan da öncə hələ N.Gəncəvi dövründə türk – gözəllik, qəhrəmanlıq, igidlik kimi gözəl xüsusiyyətlərin sinonimi, türkanəlik – elm dəryası, gizli elmin varisləri mənalarında işlənirdi. Məsələn, İ.Nəsimi bir qəzəlində deyir: “Bu nə adətdir, ey türkü – pərizad”. Yəni, “ey pəridən doğulan gözəl”. Səfəvi sufiləri bu gözəlliyi dünyaya yaya biləcək mahir memarlar, xəttatlar, rəssamlar, şeyxlər, şairlər yetişdirdi. Dünyanın heyrətlə baxdığı Tac Mahal və digər binalar,məhz səfəvilərin əl işləridir.
Bu gün bəziləri çıxıb Tac-Mahalı Osmanlı memarlarının tikdiyini söyləyirlər. Həqiqətdə isə,Şərqin ən mahir ustaları, memarları təbrizlilər olmuşdur. Ona görə də Sultan Səlim Təbrizi istila edərkən ilk növbədə Təbriz ustalarını İstanbula aparmışdı. Bu gün türk deməyə “qorxduqları” üçün Əcəm oğlu, hay (erməni) dedikləri memar Sinanın da Təbrizli olması ehtimalı var. Akra qalası bütünlüklə Təbriz memarlarının əl işidir. Teymur zamanında tikilmiş, günümüzdə də hamını heyrətləndirən Səmərqəndin tarixi abidələri də Təbriz memarlarının şah əsərləridir. Humayun şah, Babur şah və Əkbər şah dönəmlərində təkcə memarlıq deyil, xəttatlıq da, miniatür rəssamlığı da Azərbaycan türklərinin adı ilə bağlıdır. Miniatür rəssamı Mir Səid Əli Təbrizi, Abd as Samad moğol miniatür sənətinin əsasını qoymuşlar. Babur şahın hələ sağ ikən rəsmini çəkən Təbrizli rəssam Kəmaləddin Behzad, yaxud Sultan Əli Məşhədinin əsərləri günümüzədək gəlib çatıb. Səfəvi xəttatlar yazının yüksək texnikasını Moğol ustalarına öyrədirdilər. Humayun şah Kabulda olarkən Təbrizdən ustalar çağırmışdı (1548-ci il). Akra qala divarları və Fatehpur Sikri divarlarının Təbriz ustalarının hansısa bir ritmi naxışlarda gizlətməsini bu gün də yazırlar. “Çingiznamə”, “Baburnamə” və “Əkbərnamə” tarixini qələmə alan Əbül Fazl Allami də səfəvi idi. Tac-Mahal da, məhz təbrizli ustaların əl işidir. İngilis araşdırmaçı Devid Rol “Yer cənnəti”ni araşdırarkən Urmiyə hövzəsinin, Təbriz ustalarının üzərinə gəlib çıxır, fəqət ənənəvi üsulla hər şeyi yəhudilərlə və farslarla bağlamağa çalışır. Hətta Tac-Mahalı iranlı ustalarının tikdiyini qeyd edir. Tac-Mahal təkcə bir eşq abidəsi deyil, həm də Səfəvi sufilərinin gizli elmlərindəki Yer cənnətinin koordinatlarıdır (Девид Рол «Утраченный Завет» Москва 2005). Bir məlumata görə şərəfinə abidə tiklən xanım Mümtaz Mahalın əsil adı Ərcümənd Banudur.Cahan şahın (1627-1658) xanımının Azərbaycan hökmdarları sülaləsindən olduğu söylənilir.Səfəvi-moğol əməkdaşlığı ən yüksək səviyyədə olub. Osmanlıdakı sünnü-şiə məsələlərinə aid nə “Baburnamə”də, nə “Əkbərnamə”də, nə də “Aini-Əkbəri”də bir cümlə də yoxdur. Türk yazarı Rafik Özdek “Türkün qızıl kitabı”nda yazır: “Humayun Təhmasib şahdan yardım alsa da, şiəliyə etibar etmədi və Səfəviləri öz dövlətinin gələcəyini təhdid edən bir təhlükə kimi görürdü. Onun üçün Osmanlı padişahı Qanuni Süleymana “Padişah ata” – deyə xitab edən məktublar yazırdı. Şərqin ona veriləcəyi halda Səfəvi təhlükəsini birlikdə yox edə biləcəklərini yazmışdı” (s.220). Belə bitr məktub olsaydı R.Özdək onu mütləq öz əsərində verərdi. Ya da “Əkbərnamə” əsərində heç olmasa belə bir işarət olardı. Buddizm, xristianlıq, İslam və Sinqh dini görüşlərinin ortaq yönünü arayan Əkbər şahın belə bir məktub yazması inandırıcı deyil. Çünki Humayun şah Səfəvi sarayına sığınmış və hakimiyyətini bərpa etmiş birisiydi. Əkbər şahın ən çox sevdiyi şair Nizami Gəncəvi, rəssam Behzad, musiqidə isə Əbdülqadir Marağinin bəstələri idi. “Aini Əkbəri” isə Əbül Fəzlin yazdığına görə İmam Həsən (ə) və İmam Hüseyn (ə) nəslindən gələn seyidlərdən götürülmüşdü. Moğol tarixi əsərlərində Osmanlı adı epizodik şəkildə çəkilmişdir. “Baburnamə” əsərində və Friştdə Şah İsmayılın Şeybaninin İrana hücumunu önləmək üçün hücum etdiyini və Şahənşah olduğunu yazır. Türk tarixçiləri də Sultan Süleymanın Hindistana müsəlmanlara yardım adıyla dörd səfər düzənləndiyini, Qırmızı dəniz, Ədən və Yəmən qalalarının alındığını yazırlar. Qırmızı dənizin isə Hindistana heç bir dəxli belə yoxdur. Yalnız I Şah Abbas Qəndaharı alıb (XVIII əsr). Şah İsmayılın oğlu I Təhmasibə gəlincə isə (1524 – 1576-cı illər) Şerxan Sura qarşı qoşun çəkərək Moğol şahı Humayunun taxtını bərpa eləmişdi. Bu faktlar Moğol tarixində əks olunub. Yıxılmış bir xanədanı zəbt etmək əvəzinə Humayunun taxtını bərpa etməsi, özünə qaytarması türkün türkə qardaşlıq köməyidir və bu, xoşluqla yad edilmişdir…
Başqa bir informasiyada isə R.Özdək yazır: “Hüseyn Baykaranın oğlu Bədiüzzaman Mirzə Səfəvi hökmdarı Şah İsmayılın yanına qaçdı və altı il onun yanında yaşadı. Bundan sonra isə ayrılıb Yavuz Sultan Səlimin qonağı oldu. Onun babası bir zamanlar Səlimin babasını əsir almışdı. Amma Yavuz ona hörmət göstərdi və “Böyük Türk Xaqanı”- deyərək yanında oturtdu (Rafik Özdək “Türkün qızıl kitabı” Bakı 1993 s.175).
Əslində isə,“Baburnamə” və “Əkbərnamə” əsərlərini şərh edən əcnəbi araşdırmaçılar yekdilliklə Sultan Səlimin Bədiüzzaman Mirzəni əsir apardığını və əsirlikdə vəba xəstəliyindən öldüyünü, yoxa çıxdığını yazırlar (“Əkbərnamə” II c. şərhlər s.238). Maraqlı burasıdır ki, məqam düşüncə Səfəvi xanədanına “qara yıxmaq” işinə ara verməyən türk araşdırmaçı, yazar və tarixçilər eyni qətiyyəti nə haylara, nə yunanlara və s. qarşı göstərmirlər. Sanki Osmanlının bircə düşməni torpaqlarını zəbt etdiyi (Şərqi Anadolu) Səfəvi dövləti olub. Məsələ gün kimi aydındır. Mövcud olmuş düşmənçiliyi köhnəlməyə qoymamaq strategiyası ortadadır. Biz nə qədər qaçmağa çalışsaq da, qardaşlarımız heç əl çəkənə oxşamırlar.
Bir rəvayətdə deyilir ki, bir it leşi ətrafa üfunət yayırmış. Hamı burnunu tutub ötdüyü və baxmadığı bu mənzərəyə İsa (ə) peyğəmbərin baxdığını görürlər. Səbəbini soruşduqda :“Bu itin nə gözəl dişləri var” – deyə cavab verir. Bunca yaxşılıqlar dururkən pislik aramağımıza dəyərmi? Məgər min illik İrandakı türk hakimiyyətinin “o it dişi qədər” də olsa heç gözəlliyi olmayıbmı? Yaxud bircə Səfəvi, Qacar, Əfşar və s. olan şahlardan “sünnüdür” – deyə kiməsə qarşı bircə fərman, yaxud fətva göstərə bilərsinizmi? Bu xəlifəlik azarından qurtulmaq zamanıdır…
…Bir fakta da toxunmaq istərdim. Bir xristian səyyahın (Polşalı səyyah Yan Tadeuş Kruşinski “Xristian səyyahın tarixi” Bakı 1993 s.17) yazdığı və heç bir mənbəyə əsaslanmadığı bu sözləri Türkiyəli qardaşlarımız tez-tez dilə gətirirlər: “Şah İsmayıl Sərab mahalının Mənqutay adlanan bir yerində çox şərab içdiyindən ölmüşdür”. Bundan başqa heç bir müsəlman, yaxud xristian mənbələrində verilməyən bu “fakt” çox güman ki, fars dilinə çevirən Əbdülrəzzad Məftun Dünbulinin “əl gəzdirməsi ilə” əmələ gəlib.
T.Kruşinski əsərin bir yerində yazır: “Bir-birilərilə ittifaqda olan sünni sahibkarları Şah İsmayıl cəzalandırmır, ortaya nifaq düşdükdə belə onların hakimiyyət binası dağıdılmırdı…Şah Abbas zamanına qədər vəzifə verməkdə, vəzifədən kənar etməkdə və başqa işlərdə padişahlar müstəqil idilər. Ondan sonra padişahlar öz işçi və əyyanlarının təsiri altına düşdülər…” (s.19-20). Bu, fars təsirinin başlanması ilə bağlı idi. I Şah Abbas fars və erməniləri özünə ən yaxın, sadiq təbəə heab etməklə Osmanlını yamsılayırdı. Həcc səfərinə böyük miqdarda pul verməklə getmək olardı. Qızılın xaricə axmasının qarşısını almaq məqsədiylə yalnız İmamların qəbrini ziyarətə icazə vardı. Farslaşma siyasəti nəinki xalq arasında, hətta sarayda da qarşıdurma yaratmışdı. Bu faktlara geniş yer verən T.Kruşinski, məhz Şah Abbas dövründə haylara verdiyi üz hesabına tam XII əsrdə yazdığı xəbərlər rus tarixçisi S.Solovyovun da kitabında oxşar şəkildə verilib. Nə yazıq ki, hayların gələcək xəyanətləri nə Osmanlı, nə də Səfəvilər tərəfindən nəzərə alınmayıb (Bu barədə növbəti kitabımda məlumat verəcəyəm-müəl.). M.K.Atatürkün: “Tarixi yazmaq, tarix yaratmaq qədər vacibdir” – fikri ilə razılaşmamaq mümkün deyil. Biz qılınclarımızla qazandığımız möhtəşəm zəfərlərimizi yazmamağımız ucbatından bu gün düşdüyümüz vəziyyətə bax. Qanıyla, sümükləriylə imperatorluqlar quran türk millətinin tarixini kağıza köçürməyi bacarmadılar. Bu gün dövləti və tarixi heç bir nailiyyəti olmayan hayların saxta mənbələrinə istinad edirik. Avropalının kafircəsinə, məqsədli şəkildə uydurduğu “tarix nağıllarını” almanların, fransızların, farsların, rusların və çinlilərin yalanları arasından belə olsa dartaraq çıxarmalıyıq.
Təvəkkül ibn İsmayıl ibn Bəzzat “Səffat əs Səfa” əsərində Şeyx Səfini türkün piri, müridlər özlərini qızılbaş, osmanlılar isə “sur-sər” (farsca) deyirdilər.
6
Şah İsmayıl Xətai aldığı təhqiramiz, heç bir diplomatik etiketə sığmayan Sultan Səlimin məktublarına Topqapı muzeyində saxlanılan məktubunda belə yazırdı: “Şərəfli məktubunuz yetişdi. Onların məzmunu ədavət bildirsə də cürət və mətanət ifadə etdiyi üçün bizə ləzzət verdi. Lakin bilmədim ki, bu düşmənçiliyin başlanğıcı və mənşəyi nə ilə əlaqədardır. Sizin cənnətlik atanızın zamanında Əlaüdövlə üzərinə gedərkən Sizin sərhədləri keçib getməli olduq. Ancaq aramızda dostluq və ittifaqdan başqa bir şey olmadı. Siz həzrət də ki, o zaman Trabzon valisi idiniz, aramızda birlik əlaqəsi göstərirdik. İndilikdə ədavətin səbəbi məlum olmur. Əgər məhz hakimiyyət davası üçün buralara gəlmişsinizsə, qoy belə olsun. Ancaq igəşgənlik özü o yerə çatdırar ki, köhnə xanimanın bünövrəsi bərbad olar. Bizim o tərəflərə gəlməməyimizin iki səbəbi vardı. Birincisi budur ki, o diyarın sakinlərinin əksəri bizim yüksək nəsəbli babalarımızın müridləridir. İkincisi də sizin müqəddəs yürüşlü xanədanınıza olan məhəbbətim idi. İstəməzdim ki, Teymur zamanındakına bənzər bir çaxnaşma gözlənilməz halda o məmləkətdə baş qaldırsın. Bunu indilikdə də istəmirəm. Vəziyyətin belə hal almasından da incimirəm. Hökmdarlar arasında ədavət olması köhnə adətdir. Dedikləri kimi anlasaq məmləkət gəlinini qanla suvarılmış qılıncından öpənlər möhkəm quca bilər! Lakin nalayiq sözlərin mənası yoxdur. Bunlar ola bilsin ki, bərşikəs münşirlərin və tiryaki mühərrirlərin nəşədən beyinləri quruduğu bir vaxtda yazılmış, eləcə də göndərilmişdir. Elə düşünürük ki, sizin qarşınıza çıxmaqda yubanmamız əsassız olmamışdır…
…Ancaq heç kəsin sözünə uymadan məsələnin əsli barədə düşünülməlidir. Çünki axırıncı peşimanlıq fayda verməz. Əgər iş hərbə çəkərsə, təxir olunmasın. Lakin uzaqgörənlik yoluyla hərəkət edilsin…”.
Birincisi, qoy Şah İsmayılı top atəşinə tutanlar Topqapıda saxlanan bu məktubları oxusunlar. Bir araşdırmaçı kimi Sultan Səlimin türkə nifrətlə dolu məktublarını sonadək oxuya bilmədim. İkincisi, Sultan Səlim İslamın keşiyində xristian serb voyevodalarıylamı dururdu? Çünki o, əski yeniçərlərə etibar etmirdi. Çaldıran savaşı öncəsi gecəylə bölgəyə serbləri nə üçün gətirməsi türk tarixçilərinə yaxşı bəllidir. Yəhudi vəkili ilə məsləhətləşərək “sabah gec olacağı” səbəbiylə bütün topları və cinahları serblərə tapşırdı. Çünki həm Osmanlıların, həm də Səfəvilərin güclü xəfiyyə sistemləri vardı. Hər iki tərəf yeniçərlərin Şah İsmayıla atəş açmayacağını və onun tərəfinə keçəcəklərini öyrənmişdilər. İran mənbələrinə görə, məhz bu baxımdan sərkərdələr Ustaclı və Rumlu hücuma gecə başlamağı məsləhət görürlər. Lakin Qızılbaş Şamlı Durmuş xan və Şah İsmayıl bu təklifin əleyhinə çıxdılar. Şah İsmayıl dedi: “Mən karvan basan, ya quldur deyiləm, qoy Allahın bildiyi kimi olsun”. Əslində gecə hücumu Osmanlı ordusunun məğlubiyyətinə səbəb olardı. Çünki çoxsaylı toplar gündüz olduğu kimi həlledici rolundan məhrum buraxılacaq və serb-yeniçərlər isə gəlib yetişə bilməyəcəkdi. Çünki, yenə türkiyəli qardaşlarımızın gizlədiyi bir fakt da mövcuddur. Mərkəzdə mövqe tutan türk yeniçərlər topların qarşısından çəkilməmiş və onlar da öz qardaşları ilə döyüşmək istəmədiklərini bildirmişlər. Bunu görən Sultan Səlim serb topçulara atəş əmrini vermiş, ilkin olaraq xeyli yeniçəri öldürtmüşdü.
Osmanlı ordusunun sağ qolunun Anadolu, sol qolunun Rumeli əsgərlərindən ibarət olması taktikası bu döyüşdə dəyişdirilmişdi. Elə Səfəvi ordusunu çaşdıran da bu taktiki dəyişiklik və topların çox olması idi. Sayca az olmalarına və toplarının olmamasına baxmayaraq Osmanlı ordusunun sol qolunu təşkil edən rumeli əsgərləri məhv edilmişdi.
7
Nədənsə özünü türk sayan qardaşlarımız Osmanlının türk və türkmənlərə qarşı nifrət dolu münasibətindən söz açmırlar. Məsələn, Rumeli bəylərbəyi Şərabdar Həmzə bəyə göndərilən fərmani-aliyə görə Qoyunlu – Hisari Uzun Həsənin əlindən almağı və türkmən tayfasını o diyardan uzaqlaşdırmağı əmr etmişdi. Bu faktı bəh-bəhlə şərh edən tarixçi Solakzadə əks tədbir görən Uzun Həsəni cahil adlandırır: “Padişahın dövləti sayəsində rahat və asudə olan rəiyyətlər türkmən tayfasından çox əziyyətlər çəkdilər” (M.Solakzadə “Tarix” Bakı. 1992 s.11).
Türk olmayan paşalar, vəzirlər, din xadimləri dövlətin türkləri, onun adət-ənənəsini, dini inanclarını aşağılamağa zorlayırdılar. Sultan Səlim xan dövründə katiblik edən Hafiz Həmdi Çələbinin türklər haqqında yazdığı şeir günümüzə gəlib çıxıb (Mehmet Ali Aynizade “Milliyyetçilik” s.392 – 394):
Türkü öldür baban olsa da,
O iyilik mədəni – Uca Peyğəmbər
“Türkü öldürünüz, qanı halaldır” – demiş.
Türk bilgi sahibi olsa da,
Fətvaya yetkili müfti olsa da,
Əziz dostum bu söz içində deyilən kimi,
Əsla onlara yaxınlaşma…

Türkü öldür baban olsa da,
Türkün adam olacağını zənn etmə,
Bir an olsa dəxi türk ilə oturma
Türk əlindəki şəkər olsa da, onu zəhər say.
Türklərin başını heç üzüntü duymadan kəs,
Türkü öldür baban olsa da…
Ey Kadimi türkə heç olma yakın,
Sözləri çox qiymətli inci belə olsa
Sakın türklərə yaxınlaşma
Üzülmədən başını kəs, qanını tök…

Şeirdən də göründüyü kimi, söhbət sünni və şiələrdən getmir. Burada söhbət türkün məhv edilməsindən gedir. Hətta bütün səhih hədislərdə türkü öyən və ərəblərin “Sən qaralar üçünmü peyğəmbər göndərildin?”- sualına birmənalı və vurğunun üçüncü söz üzərinə düşməsiylə müşayiət olunan bir cavab vermiş Həzrəti Peyğəmbərimizə (s.ə.s) belə şər atmaqdan çəkinmirlər: “Mən qaralar (ərəblər) və qırmızılar (türklər) üçün Peyğəmbər göndərilmişəm”. Bəs bu yalanı nəyə əsaslanaraq söyləyirlər? Məsələ də elə budur. Peyğəmbər (s.ə.s) adından rəvayətlər uydurub öz “Siyasətnamə” əsərində yer ayıran Nizamülmülkün sünnü-şiə taktikası sonra antitürklük vasitəsi kimi işlədilirdi. Əsassız fətvaları əsaslandırmaq Əhli-sünənin gərəkli maddəsi kimi təqdim etmək avam əhalidə əks reaksiya yaratmırdı: “Axı Peyğəmbərimiz (s.ə.s) belə söyləyib”.Hətta qalib gəldikdən sonra da Sultan Səlimin siyasi etiketlərə sığmayan hərəkətləri onun türk gələnəyini bilməməsi və hörmət bəsləməməsi də Hoca Sadəddinin əsərlərində əks olunub.Əsərdə sülh danışığı üçün göndərilən elçlərin həbs edərək Dimitoqada və Kilidəl-Axirdə zindana atdırması,min illər türk yurdu olmuş Anadolunu xəyanətlər yuvasına çevirmiş bir Sultana bəraət qazandıran mənim fikrimcə türk ola bilməz.
Öz əsərinin eyni səhifəsində rafizinin şiə olmadığını yazan Nizamülmülk bütün əsər boyu rafiziliyi şiəlik kimi təqdim edir. Rəvayətlər tərtib edir və Peyğəmbərin (s.ə.s) adından yazır: “Əgər rafizi adlanan dəstəyə rast gəlsən, bil ki, onlar müsəlmançılıqdan əl çəkiblər, onları ələ keçirsən, hamısını öldürməlisən, çünki kafirdirlər” (“Siyasətnamə” s.134). Sonra rafizini şiəylə eyniləşdirir. Əslində Peyğəmbər (s.ə.s) dövründə də səhabələri, hətta ən çox Əlini (ə) söyən, Peyğəmbərin (s.ə.s) soysuzluğuna lağ edən Əbu Cəhl, Əbu Süfyanın yaxınları (qohumları) rafizi adlanırdı. Bu baxımdan həm sünnülər, həm də şiələr içərisində dinin müqəddəslərinə küfr edənlər indi də var və bu şəxslər həmin rafizilərdir. Dörd mömin xəlifəni söymək ələvi-şiə yanlışı olduğu kimi, bir məzhəbə dindən çıxmış damğası vurmaq da bir sünnü yanlışıdır. Əslində keçmişdə olanları müsəlmanlar ibrət almaq, tarixi araşdırmaq üçün deyil, düşmənçilik, bölücülük etmək üçün səbəb kimi əxz edirlər. Şiələrin davasını döydüyü vəlayət İmam Əli (ə) tərəfindən həm Abubəkr (r.a), həm Ömər (r.a), həm də Osman (r.a) dönəmlərində də həyata keçirilib. Bu mömin xəlifələr həmişə İmam Əli (ə) məsləhətinə ehtiyac duyublar. O, dövrdə qurulmuş heyətdə İmam Əli (ə) həmişə üzv olub.
Sadəcə ərəblərə məxsus tayfa düşmənçiliyi məzhəblərə müxtəlif rəvayətlər, hədislər yolu ilə radikallıq qatıb. Belə mənbələrdən biri, məhz Hişam ibn Kəlbinin “Kitabi Mesalibül Arab” əsəridir. Onlarla məqsədli yazılan belə əsərlər İslam birliyini pozmağa yönəlmiş təhlükəli əsərlərdir.
Bir daha İslamiyyətin hər yüz ildən bir yeniləşməsini və yayılmasını təmin etmiş türk sərkərdələrinin, din xadimlərinin haqqında minlərlə kitablar yazsaq belə qurtarmaz. Sadəcə biz keçmişin zərərli üslubunu sıradan çıxarmalıyıq. Çünki indi Türkiyə, həm də Azərbaycan unitar bir dövlətdir. İmperiyanın özü yoxdursa, kommunistlərdən qalma internasionalizm kimə gərəkdir?
Bu gün də eyni üslub qalmaqdadır. Osmanlı nə edibsə doğru, digərlərinin etdikləri isə hamısı nahaqdır. Sanki Osmanlı imperiyası tutduğu ölkələri “sülh göyərçinləri” uçurtmaqla zəbt edib. Bir az məntiqli olmaq və düşünmək olmazmı?”.
…Bu döyüşdə serb-yeniçərlərə üstünlük verilməsinin səbəbi barədə türk tarixçiləri niyə susurlar? O dövrün tarixçisi Mehmet Solakzadə əsərinin bir yerində türk yeniçərlərin narazılığına işarə vurur: “Qış mövsümü yaxınlaşırdı. Qarabağ üzərinə getmək buyruğu veriləndə Araz çayı kənarına gəldikdə dövlət ərkanının təhrikiylə yenə yeniçərlər tayfası padişahın yolu üstündə durdular və silahları üzərinə çarıqlarını dikərək fəlakətdən dəm vurdular” (səh 35). Amma sonrakı dövrlərdəki araşdırmalarda sipahilər barədə heç bir məlumat verilmir.Sanki onlar tarixdə heç olmayıblar.
8
Əslində nə baş vermişdi?
Çaldıran zəfərini Osmanlının böyük tarixi, dini qələbəsi sayan tarixçilər (mən bu tarixi yalan yazanların heç birini türk saymıram-müəl.) çox gözəl bilirlər ki, Sultan Yavuz Səlim Çaldıran savaşından qayıdan kimi məşvərət çağırdı. Üsyan etmiş yeniçərlər onun əfvinə sığınaraq canlarını qurtara bildilər. O, təhqiqat apararaq üsyanın rəhbərlərini üzə çıxardı. İkinci vəzir İsgəndər Paşa, Qazi Əsgər Cəfər Çələbi və ocaqdan Osman ağa divana çağrıldı. Çələbidən “Ordunu üsyana təşviq edənin cəzası nədir?”- deyə soruşdu. Çələbi dedi: “Əgər günahı sabitdirsə, cəzası ölümdür”. Adları çəkilən şəxslər edam edilir. Bu fakt bir daha təsdiqləyir ki, türk xalqı qardaş qırğınını istəmirdi. O dövrü qələmə alan Osmanlı tarixçisi Hoca Sadəddin Əfəndi yazır: ”Sultan Səlim Kağızman və Qarabağ istiqamətinə hərəkət etməyi əmr etdi.Mərənddən ötüb Araz çayına çatdıqda yeniçərilər qiyam edərək Sultanı yolundan döndərdilər. Sultan Səlimin otağınıngülləyə tutulmasını Hafiz Məhəmməd İsfahaniyə danışmış və demişdi ki,bu hərəkət yeniçərilərin ittifaqıyla və divanın nifaqıyla olmuşdur”(Hoca Satettin Efendi “Tac-üt tevarih” IV c.səh.194).
Bu gün bu qardaşlığı düşmənçiliyə çevirmiş hadisəni şişirdənlər qeyri türklərdir. Onlar Türkiyə-Azərbaycan dostluğuna hər vasitəylə ziyan vurmağa çalışırlar. Sanki Çaldıran döyüşü olmasaymış Osmanlı kafirləşəcəkmiş…
Tarixləri ələk-vələk etdikcə bu iki hökmdarın digər yanlışlarını da açmağa çalışarkən daha çox Şah İsmayılın müdafiəçisi kimi görünürəm. Bunun fərqindəyəm. Osmanlı türkləri Xətaini şiəliyi seçməklə türk dünyasını parçaladığını söyləməkdə haqlıdırlar. Lakin ərazilərdə böyük çoxluğun şiə meylli olmasını Babəklə bağlı bölmədə anlatmağa çalışmışam. Şiəliyi Şah İsmayıl yaratmayıb. Nə İdrisilər (Tunis), nə Fatimilər, nə Yəmən şiə dövlətlərini də Xətai yaratmamışdı. Xorasan və Azərbaycan türkləri Peyğəmbər (s.ə.s) ölvadlarına qarşı edilən haqsızlıqlara görə məzlumun yanında yer tutmalarıyla və sufi dərvişlərin sayəsində çoxluq Əli (ə.s) tərəfdarlarına çevrilmişdi. Apardığım fasiləsiz araşdırmalarım zamanı nə Əmir Teymurun, nə də Şərqin digər hökmdarlarının əsərlərində “şiə təhlükəsi” deyilən bir ifadəyə rast gəlməmişəm. Bu təhlükə yalnız Osmanlının XVI əsrə aid tarixi əsərlərində var. Şah İsmayıl niyə şiəliyi seçdi? Bu, olduqca önəmli bir olaydır.
Şah İsmayıl Xətainin öncə sünni olması, sonra şiəliyi qəbul etməsi ilə bağlı məlumatları tarix elmi nə təsdiq, nə də təkzib edir. Şahın şiəliyi dövlət dini elan etməsi məşhur, tarixi bir olayla bağlıdır. Yazılanlara görə, Xətai Hürrün qəbrini açıb. Bu məzarın açılması bir çox məqamlara aydınlıq gətirir. Birincisi, İslam dininə görə ciddi bir tərəddüd olduqda, bu tərəddüdü aradan qaldırmaq üçün müsəlman məzarı açıla bilər. Bəs bu tərəddüd niyə məhz Hürrlə bağlıdır? Nədən Şah İsmayıl Xətainin babasının adı Babəklə və Hürrrəmilərlə yanaşı çəkilir? Hürr bin Riyahi, İbni Ziyad tərəfindən İmam Hüseynin (ə.s) karvanının qabağına göndərilən sərkərdə idi. Lakin vicdanındakı oyanışla o, İmam Hüseynin (ə.s) tərəfinə keçib. Xətainin bu məzarı açmasının səbəbiylə bağlı iki versiya var. Birinci versiyaya görə, Kərbəlanı zəbt etdiyi 1508-ci ildə (Kərbəla hadisəsindən 850 il ötmüşdü – müəl.) Hürrün məzarını tapır. Məzarı dəqiqləşdirmək üçün onu açır və üzərində türbə tikilməsini əmr edir. İkinci versiyaya görə, Hürr bin Yezid bin Naciyə Təmimi Yerbui Riyahinin məzarını sünnülərin, yoxsa şiələrin haqlı olduğunu üzə çıxarmaq üçün açdırır. Hürr (onun öncədən şiə olduğunu səyləyən məxəzlər də var-müəl.) ən son və sonradan İmam Hüseynin (ə.s) yanına keçən bir şəxs olduğuna görə məhz onun seçilməsinə səbəb olub. Əgər Hürr şəhiddirsə, deməli, İmam Hüseyn (ə.s) tərəfdarlarının ən sonuncusu da şəhiddir. Bir çox mənbələrdə verilən bu hadisə barədə deyilir: “Məzar açılınca Hürr Riyahinin qanlı paltarda dəfn olunmuş cəsədinin cürümədiyi aydın olur. Şah İsmayıl Hürrün alnındakı yaraya sarınmış İmam Hüseynə (ə.s) məxsus dəsmalı açıb götürmək istəyir. Bu zaman yaradan qan axaraq məzara tökülür. Başqa dəsmalla bağlasalar da qan dayanmır. Ona görə dəsmaldan kiçik bir parça kəsib götürərək yaranı həmin dəsmalla yenidən bağlayır və Riyahinin məzarı üzərində məqbərə tikdirir. Şah İsmayıl Xətai yazır:

Ey müsəlmanlar, əsiri-zülfü yarəm doğrusu
Bu siyahkarın əlindən biqəraram doğrusu.
…Yoxladım etdim yəqin bietibarəm doğrusu.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-illahi əfv qıl kim, tövbəkarəm, doğrusu.
Sonralar (XVIII əsr) Nadir Şah da dində Osmanlıyla məzhəb ayrımçılığına son qoymaq üçün çalışmış və başqa bir Kərbəla şəhidinin məzarını açaraq meyidin çürümədiyini görmüş və şəhid Həbib ibn Müzahirinin məzarı üzərində məscid tikilməsini əmr etmişdi. Dini müzakirələri isə o gündən bir kənara qoymuşdur. Deməli, bu fakt bir daha Şah İsmayılın Hürrün məzarını özünün məzhəb tərəddüdünə son qoymaq üçün açdığını təsdiqləyir. İmam Hüseynin (ə.s) Hürrün yaralarını sarıyarkən dediyi: “Ya Hürr! Cəddim və mən səndən razıyıq. Sənin adın Har idi, bundan sonra Hürr olsun! Hər iki cahanda da Hürr olasan!” Bu sözlər bir qaranlıq məsələyə işıq salır. Babək üsyanının məqsədi ərəb əsarətindən “azad olmaq, azadlıq”, yəni “Hürr, Hürriyət” idi. Hürr İmam Hüseyn (ə.s) karvanının qabağını kəsən bir sərkərdə idi. Sonra İmamın (ə.s) tərəfinə keçərək şəhid olmasıyla məşhurdur. Bu hadisəyə uyğun olaraq “Hürrəm, yəni “azadam”, “Hürrəmi”, yəni “azadlıq tərəfdarı, iştirakçı” anlamındadır.
Şah İsmayıl Xətainin Şeyx Heydər və Şeyx Cüneydin Babəklə əlaqələndirilməsi də bu faktın, versiyanın doğruluğunu təsdiqləyir. Hürrün məzarının açılması,məhz bu tərəddüd və mübahisəli məsələ ilə əlaqəlidir. Ümumiyyətlə, Osmanlı, həm də İran coğrafiyasında Səfəvi şeyxləri əleyhinə yazanların hamısı farslardır. Onların bu təriqəti görməyə gözləri yoxdur. Bəzi araşdırmaçılar unudurlar ki, fars millətçiliyinin kökü hələ Dara zamanından, Ərəb millətçiliyinin kökü isə VII əsrdən mövcud olmuşdur. Firdovsinin “Şahnamə” əsərində uydurduğu yalanlarda yaxşı hər şey farsların, pislərin ən pisi turanlıların adına yazılıb. Eyni üslubu Nizamülmülk, Pərvanə,Xunci və başqaları da davam etdiriblər. Babək üsyanından sonra türk millətçiliyinin öldürülən türk sərkərdələrin qisasını almaq üçün meydana çıxması anlaşılmaqdadır. Burada məzhəb, din təəssübü “sünnətsiz Afşinin” müsəlmanlığı kimi bir şeydir.
9
Xaqan Uzun Həsən dövrünü yaşamış fars tarixçisi Fəzlullah ibn Ruzbixan Xunci öz əcdadlarından heç nə ilə fərqlənmir. O, Uzun Həsənə Xaqan desə də türklərə olan nifrətini, Sasanilərə qarşı olan sevgisini təkrar-təkrar büruzə verir. O yazır: “Bu ilin hadisələri içində lənətlik iblis Şeyx Heydər Ərdəbillinin samaritlilərin buzova ibadətlərinə bənzər ibadətləri idi. Bu utanmazlıqlarına baxmayaraq bütpərəstlərin (buzova ibadət edənlər) qoşununu Rumdan Şirvana apardı (Фазлуллах ибн Рузбихан Хунджи «Тарих-и алам арайи амини» Bakı 1987 s.76). Müəllif vurduğu ləkələrdən yazır: “Həqiqətən Heydər şərəfli şeyxlər nəslindəndir. Ərdəbil bu müqəddəslərin və imanlıların sığınacaq yeri idi. Bu icmada ilk dəfə üstünlük tuğunu qaldıran (dünyada) və yeganə (vahidi-afak) olan Şeyx Səfi ad-Din İshak (1252-1334-cü illər) Kaxbaran (Qaxbaran) kəndində anadan olmuşdu… Onun həyatı barədə deyilənlərə görə adil hökmdar Ulcaytu Sultan (1305-1316) Sultaniyyə şəhərini (Cənubi Azərbaycanda şəhər- müəl.) təmir etdikdən sonra (1313-cü il) onun çağırışına 400 nəfər bilikli adam, üləma, mistik və mömin ağsaqqallar gəldi. Bu yığıncaqda Şeyx Ala ad-Din Simnani və Şeyx Şərəf al-Haqq vad-Din Darcazani də iştirak edirdi. (Bu yığıncaq barədə Teymur xanın vəsiyyətnaməsindən məlumat vermişəm-müəl.). Sultanın arzusu bu idi ki, Ərdəbil şeyxi öz iştirakıyla bu yığıncağı zinətləndirsin. Şeyx bilirdi ki, əgər ziyarətə və yeməyə getməsə, hökmdar inciyə bilər. Öz yaşını bəhanə edərək öz oğlu Xvac Sədr ad-Dini (1305 – 1393) din xadimi Şeyx İzz ad-Dinin müşayiəti ilə bu yığıncağa yolladı”(s.78). Burada kafir adlandırdığı şeyxlərin əcdadlarını göylərə qaldırır. Ulcaytu Sultanın onu necə gözlədiyini yazır. (Xəlifələrin onun icazəsiylə oturub durmasını yazmışam-müəl.) …Sədr əd-Dini bu dünyanı tərk edərkən yerini və dua xalçasını Şeyx Xvac Əliyə verdi (kutbi – vali). Şeyx Xvac Əli 1429-cu ildə vəfat edərkən onun şöhrəti dünyaya yayılmışdı (s.78).
Əcdadlarını tərifləyərkən Cüneydi pisləyən Xunci Cüneydin Şirvan hücumunu nədən həzm edə bilmədiyi anlaşılır. Çünki regionda farslara, sasanilərə məxsus son sülalə Şirvanşahlar olmuşdur. O yazır: “Orada yerli əhalini ətrafına yığaraq Ali hakimiyyətə – soyu Xosrovla şərəflənən Kəsradan gələn Şirvan hakimi Əmir Xəlilə qarşı (1417 – 1460) üsyan etdi. Əmir ondan nə üçün hidayətin deyil, üsyanın bayrağını qaldırmasının səbəbini soruşdu. Amma şeyx ona qulaq asmadı və Xəlilullahla Qafqazın ətəklərində döyüşə başladı… Axırda qələbə Şirvan bayrağının oldu və Cüneydin başı siniyə yerləşmədiyindən, teştə qoydular, Əmirin qarşısına gətirdilər və Şirvan xalqı asudə nəfəs aldı (s.80).
Müəllifin yazdığı kimi sufilər Şirvan uğrunda çox mübarizə apardılar. Burada türk əhali Kəsra farslarının hakimiyyəti altında idi. Sufizmin beşiyi sayılan Şirvanın əmirlərinin məhv edilmiş Sasanilərin son istinadgahı olmasına qarşı Səfəvilər mübarizə etdilər. Bu əsərdə bəlkə də çoxlarının fərqinə varmadığı bir incə məqam var. Müəllif fars zərdüştlüyünün izini buraxaraq yazır: “Şirvan haqqında danışmaq lazım gələrsə, demək lazımdır ki, kimin sağ və sol tərəfi qılıncla belə zəbt edilmiş olsa da Xosrovun etdiyi kimi qaytarılmalıdır. Əgər Günəş kimi dünyanı gündüz tutsan da,ənam olaraq onu qara hind quluna təhvil verməlisən” (s.80). Bu dualizm öncə Misirin Osiris mifologiyasına, daha sonralar farsların Mitra və atəşpərəstlik ayinlərinə keçmişdi. Fars müəllifi burada İslam dini deyil, onun batil inanclı son Sasani tör-töküntüsünün məhvi düşündürürdü. Məhz bu hadisədən sonra ibadətcə şöhrətli sufi və Səfəviləri kafir adlandırmağa başlayır: “Rumlu axmaqlar (Şeyx Heydər tərəfdarları-müəl.) şeytani fikirləri olan döyüşçülər və yol azmışlar dünya xristianlarına məxsus məbədlər üzərindəki zəngi vuraraq və ona uyanları öz tərəflərinə çəkərək özlərinin “üçlüyünü” xalqa qəbul etdirdilər…
…Onlar (Sufilər-müəl.) aşkarcasına Şeyx Cüneydi “Allah” (İlah), onun oğlunu “Allahın oğlu” (ibn Allah) adlandırırdılar… Onu tərifləyərək deyirdilər: “O, canlı Allahdır, ondan qeyri İlah yoxdur” (s.80). Bu məkrli fars Xunci üçlük dedikdə “Allah, Məhəmməd, Əli” yozumu verməliykən kafir göstərmək üçün öncə musəvilərə bənzətdiyi şeyxləri daha sonra xristianlara bənzətməyə çalışır.
Müəllif daha sonra Böyük hökmdar Uzun Həsənin Cüneydin ölümündən sonra Şeyx Heydərə göstərdiyi qayğıdan, onu gənc ikən Ərdəbil şeyxi etməsindən söz açır. Deməli, Uzun Həsən bu təriqətə Sultan Ulcaytu, Əmir Teymur qədər hörmət bəsləyirmiş. Sadəcə farsların göstərdiyi nifrəti nədən Osmanlıda gördüyümüzü indi anlamaq olar…
Türk tarixində dezinformasiyalar yaymaq işinə farslar min il öncə başlamışdılar. Firdovsinin iki türk sərkərdəsini üzbəüz qoyaraq Kiaksarı (İki ok sar) Key Xosrov, Alp Ər Tunqanı (Əfrasiyab adlandırır, hərfi tərcümədə bu ad da “ən pislərin başçısı” anlamındadır. Firdovsi bu adı da dəyişərək türkə nifrətini bildirib. Növbəti kitabımda bu barədə geniş araşdırma mətni verdiyimə görə indi sadəcə bu məlumatla kifayətlənirəm- müəl.) isə Əfrasiyab edərək İran tarixi yaratmağa çalışıb. Hərçənd N.Gəncəvi bu pisliyin yalanlarını faş eləyib, amma nə yazıq ki, türk tarixçiləri Firdovsi yalanları üzrə “Alp Ər Tunqa dastanı”nı bərpa etməyə çalışıblar. Bu hər iki hökmdar qərb türklərinin (avropoid) lideridir.
Xunci də eyni üsuldan istifadə edir: “Şeyxin ibahat (haramın halal elan edilməsi) və Babəkin hürrəmi dini qanunlarını tətbiq edirdi. Riyakarlıq edərək başlarına sufi papağı, çiyinlərinə dərviş xirqəsi geyinsələr də, həm də zirehlərini geyinər və xəncərlərini itiləyərdilər. Amma o da həqiqətdir ki, təbiətcə bu adam (Şeyx Heydər) çox cəsur adam idi və qılınc, nizə oynatmaqda, ox atmaqda Rüstəm (Zal oğlu Rüstəm – Sak oğlu Rüstəm adıyla tarixə düşən bir türkdür. Firdovsinin bir yalanı da Rüstəm Zalla bağlıdır-müəl.) və Əfrasiyabı (Alp Ər Tunqa) utandırardı” (yenə orada s.82).
Fəzlullah Xunci nifrətlə andığı sufilərin bəzən ən yaxşı əməllərindən məcburən söz açmalı olur. Babək hərəkatından sonra Anadolu və Azərbaycan ərazilərində türk sufilər İslamı türkün ruhuna qatmağa çalışdılar. “Ənəlhəqq” deyən təbrizli Həllaci Məncurdan başlayaraq Əhməd Yasəviyədək davam edən bu pərakəndəlik XIII əsrdən Qızılbaşlar, Əxilər tərəfindən daha geniş ərazilərə yayıldı. Artıq XIV əsrdən etibarən türk dili geniş imkanları olmayan fars dilinə meydan oxumaqdaydı. Şərqin ərəb, fars və s. xalqları şirvanlı İmaməddin Nəsiminin şeirlərini türkcə əzbərləyirdilər.
10
Əslində Çaldıran döyüşü türkün tarixdə buraxdığı yanlışlardan biridir. Bir sıra mənbələrdə bu döyüş zamanı təxminlərə görə 5000 nəfərin öldürüldüyü yazılıb. Yəni bu savaş mahiyyətcə irimiqyaslı itkilər hesabına baş verməyib. Bu günün prizmasında nə Sultan Səlimi, nə də Şah İsmayılı top atəşinə tutmağın böyük mənada elə bir anlamı da qalmayıb. Bu savaşın şişirdilməsi, sünni-şiə qarşıdurması kimi təqdim edilməsi yalnız siyasi məqsəd daşıyır. Özü də bunu edənləri nə Şah, nə də Sultan maraqlandırır. Lap dərinə gedincə, onların tarixi düz-əməlli oxumadıqları üzə çıxar…
Bu faktı göylərə qaldıran türk tarixçi və yazarlarından fərqli olaraq Azərbaycan tarixçi və yazarları birmənalı olaraq, yekdilliklə “qardaş qırğını” adlandlrmaqdadır: “Bu (dini qarşıdurma, məzhəb ayrılığı-müəl.) isə Çaldıran vuruşmasını tarixin ən qanlı qardaş qırğınlarından birinə çevirdi. Yavuz Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşması əslində türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə strateji qələbəsi idi”(“Azərbaycan tarixi” Bakı 1994 səh.407). Bu qardaş qırğınına fətvanı Qərb və yəhudilər vermişdi. Düşmənçilik yaymaqla bölgədən Azərbaycan türklərini sıxışdırıb çıxarmağa başladılar. Ağqoyunlu və Səfəvilərdən üz görməyən kürd və haylar mövcud durumdan yararlanmağa çalışdılar. Ağır zərbə görmüş Türk ruhu ölümcül surətdə yaralanmışdı. Bunu türklər demişkən, Həzrəti Yavuz Səlim etdi. Kürd dəstələri Azərbaycana məxsus və Osmanlı tərkibində olan 12 vilayətdən – Mardin, Harput, Diyarbəkir, Ərbil, Mosul kimi şəhərlərə hücum etməyə başladılar. Əsrlərlə Anadolunun xülyalarıyla yaşayan və marığa yatan haylar isə Qaraman Ərməniyyəsinin mirası olan torpaqlara doğru “sürüşməyə” çalışırdılar. Fıratın sağ və sol sahillərində bir zaman Arsaq türklərindən “kirayə” etdikləri yerlərdən şimala doğru irəliləməyə çalışırdılar. Bir anda Səlcuqlulara içdikləri anda xəyanət edib tatar-monqol türklərinə sığınmağa çalışan haylar yenidən Səlcuq övladlarına üz tutmuşdular.
Öz araşdırmalarında Faruq Sümər Azərbaycan türklərini (Azərbaycanda türkmən tayfası çox azdır-müəl.) və Şah İsmayılı yanlış, məzhəbçi və s. adlarla təqdim etdikdən sonra bir etirafda bulunur: “Ancaq bu həqiqətdir ki, Şərqi Anadolu Səfəvi idarəsində qalsaydı bir müddət sonra orada ancaq türk dilində danışılacaqdı. Osmanlı idarəsi bu bölgədəki köçəri türk ünsürünü belə öz yerində möhkəmləndirməmişdi. Onların bir hissəsi İrana, digəri isə Orta Anadoluya köçmək məcburiyyətində qalmışdı” (Faruq Sümər “Oğuzlar” Bakı 1992 s.165).
Anadolu həmişə türkün olub. Yunanlardan öncə də, sonra da.
11
Osmanlı cahan dövləti idi. 30 xalqı və dinləri birləşdirən bir quruluş türkçü, irqçi ola bilməzdi. Heç zaman buna qeyrət də göstərmədi. Bu barədə Sultan Səlimin dərin bir fikri var: “Biz müsəlman könüllərin birliyini saxlamaq adına özümüzü xarab etmiş bir millətik”. Bu dəyərli fikirlər Osmanlının mahiyyətini açır. Osmanlı tarixdə dövlət qurmamış dörd millətə himayədarlıq edib: Haylara, yəhudilərə, kürdlərə və qaraçılara. Bu gün onların üçündən xəyanət görməkdədirlər.

Bir çoxları Sultan Səlimin xəlifəliyi Osmanlıya gətirməsiylə öyünür. Əslində Çingiz xanın yürüşündən sonra xəlifəlik “YUNESKO” kimi bir quruma çevrilmişdi.
Sultanlardan, əmirlərdən hədiyyələr (mən buna rüşvət deyərdim-müəl.) alıb adlar verirdi. Əslində Osmanlı İmperiyasının Şərqə hücumundan sonra Qərbə yürüşləri zəiflədi. Problemli və xəyanətlərlə dolu Ərəb dünyası Osmanlı hesabına yaşadı. Sultan Səlimin bu böyük ərazilərə sahib çıxmasını heç də gözdən salmaq niyyətim yoxdur. Sadəcə o dövr üçün dünyanın supergücü olan Osmanlı Misiri sözlə də tabe etdirə bilərdi. Mustafa Kamal Atatürkün bu barədə dedikləri də çox önəmlidir: “Bu millətin ulularından Yavuz həzrətləri (924-cü il hicri) Misiri zəbt etdiyi vaxt orada edam etdiyi hökmdarlardan başqa ünvanı xəlifə olan bir zat buldu” (1 kasım 1922-ci il Məclis konuşması).
Yəni bu xəlifəlik Osmanlıya ziyandan başqa heç nə vermədi. Yenə də Böyük Atatürkün sözlərinə diqqət edək: “Həzrəti Səlimin beş əsr sonra Misirdə yapdığını əgər istəsəydi Məlikşah daha o zaman Bağdadda etmiş olardı” (yenə orada-müəl.).
Səfəvi və Osmanlı savaşına dini don geyindirilməsi Sultan Səlim və onu əhatə edənlərin taktikası idi. Çünki bu, guya sünnülüyü bir şiə təhlükəsindən qurtaran şəxsin Misirədək getmək strategiyası idi. Bu günədək türk xalqının bu siyası oyunu anlamaması qəlbimi ağrıdır. 1453-1623-cü illər arasında Osmanlıda vəzir olmuş şəxslərin 48-indən 33-ü türk deyildi. 36 Osmanlı xəlifəsinin 34-nün anası türk deyildi (Bu faktlar Türkiyəyə aid mənbələrdən götürülüb-müəl.). Səlcuqlulardan qalma bu yanlış siyasətin sancısını türk milləti bu gün də çəkməkdədir. Bu ərazilərə gəlmək üçün haylar Osmanlının türk və türkmənlərə qarşı hörmətsizliyindən, bölgədə qədim tarixi olan Qaraman – Ərməniyyəsinin (bu gün də Qaraman tayfasının ərmənək qolu mövcuddur-müəl.) olduğunu bilirdilər. Ərəb xilafətinin və digər müsəlmanların sıxışdırdıqları bu xristian türklər hazırda Yunanıstanda Trakiya türkləri, Gürcüstanda yunan (qrek), Şimali Qafqazda Stavropol, Krasnodar və s. ərazilərdə də yunan (qrek) adıyla tanınan, türk dilində danışan böyük bir toplumdur. Onlar Qaraman – Ərməniyyəsinin əsl sakinləridir və Osmanlı zülmündən qaçıblar. XVI-XVIII əsrlər boyu Anadolunu tam tərk ediblər. Qalan az qisim xristian Qaramanlı-Ərmənlər 1924-cü il mübadiləsində bir səlcuqlu zehniyyətiylə göz yaşları içərisində minillər boyu yaşadıqları torpaqlardan çıxarılaraq Yunanıstana sürüldülər. Üstəlik, Ərmənlərin yadigar qalmış əsərlərinə erməni qıpçaqcası adı qoyaraq indi “ad oğrusu haylara” aid etməyə çalışmaqdadırlar. Haylar bu Osmanlı nadanlığından bicliklə yararlanaraq bir türk tayfasının adını, sonra tarixini, daha sonra isə mövcud olduğu əraziləri oğurlamağa çalışdı. Çünki, Səcuqlu və Osmanlını idarə edənlərin X-XI əsrlərdə gəlmə olduqları baxımından bölgə əhalisinə, 10 min illik yaşam tarixi olan yerli türklərin varlığına qısqanclıqla yanaşırdılar.
Böyük Fateh Sultan Mehmet zamanında İstanbulda yaşayan əhalinin (1477-ci il) siyahıya alınmasını əks etdirən sənədlər Topqapıda mövcuddur:

Müsəlmanlar ……….. 8951 ailə;
Ortodoks-rum …….. 3151 ailə;
Yəhudilər ………….. 1647 ailə;
Kəfəli (müvəqqəti gəlib-gedən) …… 267 ailə;
Erməni (hay)………….. 377 ailə;
Qaraman-erməni …….. 384 ailə;
Cədvəldən göründüyü kimi, artıq haylar erməni adını 1477-ci ildə mənimsəyibmiş, amma hələ qaramanlılarda da saxlanmaqdaymış. Bu gün haylardan bu türk adı geri alınmalıdır. Bununla da onların yalançı tarixləri, ərazi iddiaları sabun köpüyü kimi dağılar. Qaraman – Ərmənlərindən günümüzə gəlib çatan “Danişməndilər dastanı” onların türk olduqlarını təsdiqləyən bir kimlikdir. Bu gün Vatikan papalarının və Qərbin saxtakar tarixçilərinin cızdığı cızıqdan kənara çıxmağa cəsarət etməyən Türkiyə və Azərbaycan tarixçiləri bölgədəki ərmən türklərini – xristian qıpçaqları haylarla səhv salıb və məkrli hay oyununda alətə çevriblər. Azərbaycana tarix quraşdıran ruslar, Osmanlıya tarix quraşdıran almanlar, fransızların hayların boynuna biçdiyi “Erməni tarixi”ni əsl sahiblərindən oğurlayaraq haylara peş-kəş ediblər. Əsl düşmənlər sərbəst buraxılırkən, saxta Osmanlı – Səfəvi, Azərbaycan – Türkiyə düşmənçiliyinə rəvac vermişlər. Bu gün də bölgədə bu zehniyyətin “gəlmə səlcuqlular” ideyasının girovuna çevrilmişik. Azərbaycan türklərinə və onun qədim əhalisi olan sak (skif, alpin, masaget, sakif və s.) türklərinə aid tarixi izləri iranlı-yunan adıyla göz qırpmadan möhürləyən bir Türkiyə zehniyyəti var. Bizans tarixçisi Menandr Protikorun 568-ci ildə yazdığı “Qədimdə sak adlanan türklər sülh təklifi ilə Yusifin yanına elçi göndərdilər”- qeydlərinə baxın. 70 minlik qarışıq – beynəlmiləl bir güclə bölgədə görünən səlcuqluların vəbalını yumaqla türklüyə və onun tarixinə vurduqları zərbənin nəhayət ki, fərqinə varmalıdırlar.
12
Azərbaycanın böyük şairi Əfzələddin Xaqani Məkkəyə getmək üçün Qaraman –Qıpçaq Ərməniyyəsindən keçir və belə bir şeir yazır (XII əsr):

Ərməniyyə torpağına çatan gündən ermənilər,
Ayağının torpağına canlarını nisar edər.

Xüsusilə bu nəsturi məzhəbində olan qonşu,
Hörmətimi çox saxlayar ikinci bir İsa qədər.

Həm də məni İsa kimi dördüncü göy əhli bilib,
Söz açarlar qüdrətimdən, sənətimdən axşam-səhər.

Hanu Ərcis dənizini, xeyli dərdin o dərmanı,
Mənim ilham dənizimin qərq olmuşu hesab edər.

Təəccüblü deyil olsa, buna sən də qəlbən inan,
Şirinləşər ilhamımdan Ərcis bir az içsə əgər…

(Ə.Xaqani “Seçilmiş əsərləri”.Bakı 1985)

Yaxud Azərbaycanın böyük şairi İmadəddin Nəsimi (XIV əsr) də ermənilərə aid qəzəl yazmışdır. (Hər iki şair Sufiliyin beşiyi sayılan Şirvanın Şamaxı şəhərində doğulub. – müəl.):

Dərdmənd etdin məni, ey dərdə dərman, erməni
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.

Nə pəri, nə adəmi bu şəklilə mən görmədim,
Cənnəti hurimsən, yoxsa ki rizvan erməni…

…Xanda bir xaç əhli varsa, qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.

Bir sual etdi Nəsimi sən buti-mehparədən,
Lütfilə söyləşə gər, ey ləli-xəndan, erməni.

(İmadəddin Nəsimi “Seçilmiş əsərləri” Bakı 1985 s.87).

Bir tarixi gerçəklik gəlmə türkmənləri çaş-baş salır. Qaraman-Ərməniyyəsi xristianlığı ilk qəbul etdiyinə görə xaçpərəst görüncə ərməni demək adəti bu gün də Azərbaycanda qalmaqdadır. Haylara türklərin erməni adı verməsi bununla bağlıdır. Altaylarda buddizmi qəbul edən dönük türklərə isə (tabğaçlar – müəl.) tat deyilirdi. Bu siyasət haylara sərf edirdi. Heç zaman dövlət qurmamış haylar böyük bir mirasa sahib olmaq, varislik etmək üçün yalançı tarixlər uydurmağa başladılar. Ərəblərin yürüşlərindən ağır zərbələr yemiş bu hay toplumuna artıq Bizansın əli çatmırdı. Osmanlı sayəsində dincliyə qovuşmuş oldular. Xristianlıq adına ərəblər Qaraman-Ərməniyyəsini və Azərbaycan- Albaniyasını tanıyırdı. Bölgədə yaratdıqları ərazi vahidlərini I-II-III-IV Ərməniyyə adlandırdılar. Ərəb tarixçisi İstəxri yazırdı: “Biz Ərməniyyə, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinəvərin son hüduduna çatır, sonra Hülvan və Şəhrazurun otərəflərinədək uzanır, daha sonra isə Ərməniyyə hüdudlarını əhatə edir”. Eyni faktı Yəqubi, İbn Həvqəl də təsdiqləyir. Yəni, özlərinin dediyi kimi nə hayların, nə Hayastanın tez-tez din dəyişən hay keşişlərinin Fərat çayının yuxarı axarında sığındıqları hansısa kiçik kilsədən qeyri coğrafi ərazili dövlətləri olmayıb. Çayın sol sahilinə kiçik Hayastan, sağ sahilinə isə Böyük Hayastan deyiblər. Bu ad coğrafi nomendir. Böyük Ermənistan, ümumiyyətlə erməni adını hayların ağızlarına almaları türkə təhqirdir.
Hayların “erməni” adını ələ keçirməklə Qaramanlı və Qıpçaq xristianlara məxsus mirasa sahib çıxaraq Qafqazadək yayıldılar. Onlar Üçmüəzzin (haylar səhv olaraq Eçmiədzin deyirlər – müəl.) pravoslav-alban kilsəsinə tor atdılar. Onu ələ keçirdikdən sonra provaslav kilsə hay qriqoryanlığının mərkəzinə çevrildi. Rusiya tarixçi-etnoqrafı V.Veliçkonun bu barədə maraqlı qeydləri mövcuddur: “XVIII əsrin sonunda Üçmüəzzin katalikosunun ümumxalq seçkisinin prinsipinə zidd olaraq bu vəzifəyə Üçmüəzzin ruhaniləri tərəfindən yenicə seçilmiş arxiyepiskop Qukas (Luka) təyin olunmuşdu. Konstantinopol patriarxı Zaxariya buna etiraz etməyə başlamışdı. Qukas ona səmimi məktublar yazmış, həmin vaxt isə Konstantinopol erməni cəmiyyəti Zaxariyanın vəzifədən uzaqlaşdılrılmasını türk hökumətindən xahiş etmişdi. Cənab Yezovun tərifini göyə qaldırdığı Qukasın tələsməsi Ağvan (Alban) – Qanzasar kilsəsi (indiki Ağdərə rayonunun ərazisindədir – müəl.) patriarxı İsraelin Üçmüəzzin taxtı-tacına seçilməsindən əl çəkməsinin vacibliyi ilə izah olunur. Söhbət ayrılmış Ağvan (Alban- türk) patriarxına zərbə vurmaq və teokratik mütləqiyyət qurmaqdan gedirdi. Vəzifədə olan qulluq adamlarının məlumatsızlığı və yaxud satqınlığı üzündən bu məsələdə həm türk, həm də rus hökumətinin mənafeləri düz gəlməsə də həssaslıqla və yekdilliklə onu (Qukası – müəl.) müdafiə edirdilər. Bizim Konstantinopola (İstanbula) göndərdiyimiz elçi Tomara 1801-ci ildə hökumətə hüsn-rəğbətlə çatdırmışdı ki, Qukas “Rusiyanın köməyi ilə öz millətini dirçəltməyə çalışır”. Xarici katolikosun könlü xoş olsun deyə Alban katolikosu həddən artıq sıxışdırılmış, sonra isə Qarabağın və Gəncənin Rusiyaya birləşdirilməsi nəticəsində ləğv olunmuş və bu, heç kəsə bildirilməmişdi. Məlum olmuşdu ki, bizim siyasətçilər, hətta öz ərazilərində Siss və Aktamar patriarxlarının “bütün ermənilərin katalikosu”ndan azad olunmasını müdafiə eləməyi başa düşən türklərdən də az uzaqgörəndirlər” (V.L.Veliçko “Qafqaz” Bakı 1995 s.59-60).
Hayların Rusiyadan aldıqları dəstək sayəsində Alban və Qaraman türklərinin dini irslərinə sahib durmaları, həmçinin Osmanlıdan aldıqları dəstəklə Anadoludakı abidələri öz adlarına çıxması faktları onlarcadır…
Bu gün Qarabağda özlərini Arsaq (adını da düz yaza bilmirlər –Artsax –müəl.) adlandırdıqları (parflar, partlar- müəl.) mirasına göz dikənlərin qarşısında kimsənin danışmaması, arsaqların kimliyi haqqında susmalarını anlayışla qarşılamaq mümkün deyil. Bir gün haylar qalxıb “əsl türk mənəm!” –desə təəccüblənmərəm. Çünki assimilyasiya etdikləri türk-qıpçaq toplumlarının, çinli tayfasının bu gün genetik analizlərlə haylar arasında 49 faiz təşkil etdiyi üzə çıxıb. Haylar cidd-cəhdlə bu faktı gizlətməyə çalılşırlar. Çox güman ki, buna cavab olaraq: “Həpimiz erməniyiz!” – plakatlı bir mitinq yaparıq. Arsaqların türk olmaları məsələsi çox üzdə olan bir məsələdir. Dədə Qorqud “Oğuznamə”sinə görə “Arsaqlar 24 Oğuz boyunun sol qolunu təşkil edən Üçokların Göy Alp (Göy xan) oğlu Bayandur boyundandır. Böyük Arsaqların üç bəyliyi sayılan Kiçik Arsaqlar (Arşakuni) qolu isə 24 Oğuz boyunun sol qoluna mənsub üçokların Dağ Alp (Dağxan) oğlu Salğır (Salvur) boyundan və Qazan xan sülaləsindən hesab olunurlar” (X.Ədəboğlu “Unudulmuş Turanın çöl çiçəkləri” Bakı 2006. səh. 130-131).
13
Hədəf bəlli, düşmən bəlli! Türkdən türkə düşmən düzəldən və bizlərə düşmən olan zatların oyununa gəlməməliyik. Tarix boyu etdiyimiz yanlışları müdafiəsiz buraxmaqla, yalançı təəssübkeşlikdən əl çəkməklə, saxta tərəfkeşlikdən çəkilməklə Türk Birliyi və qardaşlığına nail ola bilərik. Oğuz xaqanın bir duası var: “Uca Tanrı, sən bir namussuz türk yaradacağına bu dünyanı yıx, daha iyi…”.
…Türk dünyasına XV əsrdən başlayan yeni bir parçalanma dalğası yayıldı. Buna yəhudilərin səbəb olması faktı ortadadır. Şərqə 19 xaçlı yürüşünün məqsədlərindən biri də Böyük İsrailin qurulmasıydı. Yəhudilər uzun illər xristianları aldadırdılar ki, Məsih həm də xristianların rəhbəridir. Davudun taxtına oturacaq və dünya hökmranlığına başlayacaqdır. Nəticəsiz yürüşləri görüncə yəhudilərin “Esfir variantı” işə düşdü (Yəhudilər Esfir adlı gözəl qızı fars çarının yatağına salır və Esfirin dayısı Mordoxeyin köməyi ilə 75 min fars məhv edirlər. Bu qanlı hadisələri yəhudilər Purim bayramı kimi qeyd etməkdədirlər- müəl.). Yəni Osmanlı sultanlarına öz “esfirlərini” verməklə, Xəzər xaqanlığında çatdıqları mövqeləri yenidən geri qaytarmaq üçün yeni taktika seçdilər. 1492-ci ildə İspaniyada yəhudilərə qarşı qırğınlar törədildi (əslində belə qırğının olması şübhəlidir-müəl.). Həmin illərdə İspaniya kralı Ferdinand və kraliça İzabella ikisi də yəhudi idi. Qətliamdan qaçan yəhudilər əsasən Misir və Osmanlıya üz tutdular. Romanın, Venesiyanın bacarmadığı işi bu yəhudi qaçqınları gördülər. Onlar İstanbula axışaraq burada məskunlaşdılar. Şahzadə Səlimə yol tapdılar. Çünki Sultan Səlimin arvadı Polşa yəhudisi Helqa xatun idi. Sonralar adını dəyişərək Hafsa Sultan qoydular. Bu tarixlər təsadüfənmi üst-üstə düşür? Əlbəttə, yox! XV əsri türklüyün qızıl əsri adlandırmaq olar. Türk hökmdarlıq bölgüsünə görə Rum Qeysəri, İran Şahənşahı, Hindistan Əmiri titulları türklərin əlindəydi. Üstəlik, hələ xəlifəlik də əlavə olunmuşdu. Güclər birləşsəydi dünyanın müasir mənzərəsi necə olardı? Qərblilər Şah İsmayılla Sultan Səlimin inadla qarşı-qarşıya gəlməsini istəyirdilər. Çünki Əmir Teymurun hücumuyla zadəganlıq sabun köpüyü kimi yox olub getmiş və yeni ictimai formasiya yaranmaqdaydı. Avropa kapitalizmə qədəm qoyurdu. Hələ oturuşmamış meyllərin inkişafı üçün “dinc dövr” vacib idi. Məhz bu işi yəhudilərin əliylə gördülər. Onsuz da Osmanlıya bağlı Şərqə hücum Avropanın inkişafına səbəb oldu. Yaratdıqları “Xəzinələr Birliyi” (Lyubek) Quzey Avropanın 200 şəhərini əhatə edirdi. Onların sərəncamında 200 gəmi vardı. Ticarət yeni mahiyyət kəsb etməyə başlamışdı. “Xəzinələr Birliyi”nin Başçısı Hans Xartvik qaydaları pozanları sərt şəkildə cərimələyirdi. Brüggedə indiki birja tipli Ticarət Mərkəzi açıldı. Sonra belə mərkəzlər bütün Avropanı bürüdü. Avropa düşünməyə başlamışdı. Kilsə xadimləri ən nüfuzlu oliqarxlara və monopolistlərə çevrilməkdəydi. Kilsələr varlanır, krallar isə kasıblayırdı. Məsələn, keşış Yakov Puger I Maksimilianın yerinə keçmək üçün çalışırdı və onun yerinə keçən namizədi o maliyyələşdirmişdi. Ölkələr vergi sistemlərini müəyyən etdilər. 1515- 1525-ci illər ərzində krallıqlar varlanmağa başladı. Lion şəhəri artıq ipək istehsal edən bir şənaye şəhərinə çevrilmişdi. Avropaya vacib olan dinc dövr onların inkişafına təkan verdi. Avropa tarixini oxuyun və əgər Sultan Səlim Şərq əvəzinə Qərbə hücum etmiş olsaydı, indi İngiltərənin şəhərlərində kilsə zəngləri deyil, azan sədaları eşidilərdi. Çünki Böyük fateh Sultan Mehmet Xanın başladığı yürüşləri Sultan II Bəyazid xan davam etdirə bilmədi. Hakimiyyəti boyu qardaşı ilə mübarizə apardı. Qərblilər onun qardaşından qalxan kimi istifadə etdilər. Sultan Mehmet Xanın yürüşləri qarşısında tir-tir əsən Avropanın şovelyelerini İstanbulun fəthi xilas etdi. Çünki Fateh İstanbulu yenidən qurmaqla məşğul oldu. Bu gün qərblilərin və ərəb-fars millətçilərinin sifarişiylə düşmən elan edilmiş ələvi, sufi, şiə təhlükəsi duymadan İstanbulda bu böyük zatın hocası təbrizli Ak Şəmsəddinlə tikdirdiyi ilk bina Yasəvi – Heydəri-Ələvi dərvişləri üçün nəzərdə tutulmuşdu (N.K.Zeybək).
Nə yazıq ki, bu gələnəklərə fars mənşəli katiblərin, din xadimlərinin fətvasıyla Sultan Səlim son qoydu.
Dinc dövr qazanan Avropa 1451-1520-ci illər arası bir zamanda toparlansa da Sultan Süleymanın yürüşləri yuxarıda dediklərimizi bir daha təsdiqləyir. Elə ilk yürüşdə (1521-ci il) Belqrad fəth edilir. 1522-ci ildə Vyana mühasirəyə alınmışdı. 1530-cu ildə Avstriya üzərinə “Alman səfəri” adlanan yürüş zamanı Macarıstanın ərazilərinin böyük hissəsi Osmanlı tabeliyinə keçdi və Avstriya bu hüququ tanıdı. 1526-cı ildə Avstriya-Macarıstan üzərinə yürüş zamanı Osmanlı ordusu Mohaç meydan savaşına cəmi iki saat vaxt sərf etdi. Bu, Avropanın ən qüdrətli dövlətinin Osmanlı qarşısında duruş gətirmə gücünün göstəricisi sayılmalıydı. Hələ toparlanmış Avropa Sultan Süleymana qarşı xaçlı bir donanma çıxartdı. Çünki quruda Osmanlı ilə bacara bilməyəcəklərini anlamışdılar və 1538-ci ildə Osmanlı donanması xaçlıların donanmasını darmadağın etdi.
1535-ci ildə Səfəvilərə qarşı Bağdad yürüşü yenidən Avropanın xilası üçün yönləndirilmiş bir yürüş idi. Almaniya, Venesiya, Lehistan Osmanlıya xərac verməyə məcbur duruma düşmüşdülər.
Osmanlı Şərqə yönlənməklə mövcud reallığı düzgün qiymətləndirə bilmədi. Çünki Şərq Osmanlının liderliyini şəksiz qəbul etmiş durumdaydı.
O zamanlar Osmanlıda bir yəhudi aforizmi yaranmışdı: “Osmanlı elə bir ölkədir ki, orada hətta türklər də yaşayırlar”. Qərbi qorumaq üçün Sultan Yavuz Səlimi Şərqə istiqamətləndirməklə yayılmaqda olan türk qüdrətini bir beynəlmiləlçi imperiya içərisində əritmək planlaşdırılmışdı.
Bizə bu yanlışı sifariş edənlər türk gücünün Şərqdən Qərbə, Cənubdan Şimala yayılmasını istəməyən xristian-yəhudi birliyi idi. Bu gün heç bir araşdırma aparmadan Sultan Səlimi guya “Şərqi və Cənub-Şərqi Anadolunun güvənliyini” saxlayan bir hökmdar kimi təqdim edirlər. Əzəli türk yurdunu yad millətlərin beşiyinə çevirən, xəyanətkar millətləri Anadoluya buraxan tək Sultan-Yavuz Səlimdir.İndi də bu həqiqətləri açıqlaya bilməyən zehniyyətin “qardaşlıq, dostluq” nağıllarına kimsə inanmaz.
Bu gündən tarixə boylanıram. Çoxsaylı türk tarixçilərinin yazdığına inansaq,Sultan Səlim xanın şiə, ələvi, səfəvi təhlükəsindən “azad” etdiyi qədim Anadolu torpaqları, qədim sak torpağı, Sakarya yurdu…
Sultan Səlimin azad etdiyi bu torpaqlarda ulu türk ozanlarının övladları Şah İsmayılın şeirlərini oxuyurlar. Bu iki böyük sərkərdədən bizlərə miras qalmış qədim torpaqlar heç dəyişmədi.
Bu yurdda viran edilmiş torpaqları Sultan Səlim, viran edilmiş könülləri isə Şah İsmayıl fəth etmişdi…
14
1982-ci ildə İsrail öz xəyallarını Yaxın Şərqdə “reallaşdırma” xəritəsi yayıb. Xəritədə İraq üç yerə, Suriya beş yerə, Türkiyə isə yeddi yerə bölünməklə Azərbaycan və İran da torpaq itkilərinə məruz qalmaqla Böyük İsrail və Kürdistan yaradılması göstərilib. Bu gün fəaliyyətlərini daha da genişləndirən bir Dünya Birliyinin qarşısındayıq. İndi bütün Türk dünyasının hər bir üzvünün bircə istəyi olmalıdır. Biz Türkiyə Cümhuriyyətinin dirçəlməsinə və müstəqil siyasət yeridə biləcək qədər qüdrətlənməsinə çalışmalıyıq. Amma Türkiyə öz növbəsində tərəfsiz lider olmaq üçün buraxdığı yanlışlara nəzər salmalıdır. Dostlar arasında gizlinlər saxlanmamalıdır.
Bu bir həqiqətdir ki, Osmanlı imperiyası türk imperiyaları içərisində ən uzunömürlü imperiyadır. Ancaq etiraf olunmalıdır ki, Atatürk olmasaydı, Osmanlı imperiyasından Türkiyə deyil, ən azı İsrail, ən pis halda isə Hayastan doğulacaqdı. Bu gün bu nailiyyəti şübhə altına alan “mason cocuqları”, “hay övladları” peyda olublar. Bircə faktı xatırlamaq yerinə düşər. Qüdrətli Çingiz xan imperiyasından Rusiya və Monqolustan, Bulqar xaqanlığındakı Bolqarıstan və s. qalması faktı gözlərimiz önündədir. Atatürk dünyanın açdığı savaşa qarşı türk ruhunu coşduraraq “yurdtutma” duyğusunu oyatmasaydı, çoxmillətli Osmanlıdan türkün payına bir “heç nə” düşəcəkdi. Anadolunun türk ruhu zaman-zaman 30-dan artıq “millətə millət olmaq dərsi verən qoca” bir imperiyanın xilaskarına qara yaxmağa çalışan “mason uşaqları” indi şexinalar kimi (ağlaya-ağlaya dünyanı dolaşan qara paltarlı yəhudilər- müəl.) dünyanı dolaşacaqdılar…
15
Bizim qəhrəman türk ordusuna bir vəfa borcumuz var. Tarixdə ilk dəfə Osmanlı məzhəbçiliyi, ayrımçılığı bir kənara ataraq, özünün ağır vəziyyətinə baxmayaraq qardaş köməyinə gəldi. Qafqazda öz mübarək qanıyla dastanlar yazdı. İngilis, fransız və rus-erməni quldurlarını darmadağın elədi. Azərbaycanın Milli Ordusunu yaratdı. Bu borcu ödəmək üçün Azərbaycan Demokratik Cümhuriyyəti öz varlığından keçdi. Azərbaycan türkünün Türkiyə sevdasını bildikləri üçün guya “Türkiyəyə kömək üçün gedəcəkləri” adı altında heç bir müqavimət görmədən Azərbaycanı XI Qırmızı Ordu işğal etdi. Azərbaycan parlamentinin son iclasının stenoqramında M.Hacınski deyir: “Onların (rusların) vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir”. Azərbaycanın işğalını M.Atatürk maddi kömək əvəzinə V.Leninlə razılaşmışdı. Bunu Zəki Vəlidi Toğanın Leninlə söhbətindən qələmə aldığı dialoq da təsdiqləyir:
“Bəs sən söz vermişdin ki, Türküstan müstəqil olacaq?
Lenin demişdi:
Sən siyasətlə əxlaqı qarışdırırsan.
Toğan soruşmuşdu:
Məgər əxlaqsız siyasətmi olar?”
Həmin dövr Türkiyənin qurtulması üçün Azərbaycan onsuz da öz varlığından keçməyə hazır idi. Lakin qardaşın qardaşı belə ucuz qiymətə satmasını Qafqaz İslam Ordusuna olan borca verilmiş “qəbz” kimi saxladı. Yüz minlərlə insanımız məhv edildi. Torpaqlarımız Hayastan və Gürcüstana peşkəş edildi. Millətimiz sürgünlərə məruz qaldı. Ölkəmizin var-dövləti ac Rusiyanı doyurmaq üçün tar-mar edildi və 72 il yenidən Rus əsarətində yaşadıq. Dedik: “Təki Türkiyə yaşasın!”
Bu günədək istər ziyalı, istərsə də savadsız türk bir mübahisə düşən kimi 1918-ci ildə bizi xilas etdiklərini dilə gətirirlər. Amma 1920-ci ilin aprelində bizi “satdıqlarını” biz heç zaman dilə gətirməmişik.Biz heç zaman qardaşlığa kölgəsalan tarixi hadisələri qabartmamağa çalışmaqdayıq.Təsəllimiz Böyük Atatürkün öz şəxsi puluyla İrandan 12 km-lik bir torpaq zolağı alaraq Azərbaycan və Naxçıvan ilə Türkiyəni həmsərhəd etməsi oldu.Bu gün onun nə qədər uzaqgörən bir şəxsiyyət olmasını,çoxlarının bilmədiyi bu fakt sübut edir.Atatürk bilirdi ki,məğlubiyyət Anadoluda türk varlığına son qoya bilər,amma Azərbaycan nə vaxtsa yenidən xilas olacaq.Çünki Azərbaycanın sərhədləri bəlli idi.Türkiyənin isə sərhədləri belə müəyyən deyildi…
27 may1918 ci il Batum konfransından qayıdan Nəsib bəy Usubbəyov fövqaladə iclasa belə məlumat vermişdi:”Türkiyə nümayəndə heyyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının hımrəyliyi və birliyidir ki,buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir.”(Bax:AR Dövlət Arxivi,fond970,siyahı 1,iş 1vərəq 46).Bu faktları araşdıran AMEA müxbir üzvü,tarixçi –alim Y.Mahmudov yazir:”Türkyənin hakm siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaratmaq məsələsində fikir ayrılığı mövcud idi.Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa erməni dövləti yaradilmasının əleyhinə idilər və bu məsələdə çibanı kökündən təmizləmək tərəfdarı idilər.Batum konfransında iştirak edən nümayəndə heyətinin başçısı Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Məntəşə və Osmanlı OrdularıQafqaz cəbhəsi komandanı Ferik Mehmet Vehib paşa Azərbaycan hesabına Ermənistan dövləti yaratmaq tərəfdarı idilər.”Azərbaycan Milli hökuməti də Erməni kantonunun yaranmasiyla erməni separatizmindən qurtulacağına ümid bəsləyirdi.Hər halda böyük bir yanlışa rəvac verilmişdi və bu yanlışda Türkiyənin də payı var…Bizim susmağımıza səbəb xalqımızın Türkiyə sevgisidir.Az-çox tarixi olaylardan baş çıxaranlar dünyanın bütün güclərinin birləşərək Türkiyəni yox etmək istədiklərini yaxşı anlayır.
Əslində Azərbaycan bu borca qarşılıq nələrsə etməyə çalışmışdır. İbrətamiz bir hadisəni 70 yaşlı albay R.Apak adlı hərbçi qələmə alıb: “Türklərin hücumları qarşısında geri çəkilən rus ordusu qərargahında bir məktub buraxılmışdı. Orda yazılmışdı: “Ey müsəlman və türk qardaşlarım! Rusların qüvvəsi tükənmiş, Almaniya cəbhəsində çox böyük itkilər vermişlər. Fəqət rusun bir taktikası var. Hər yerdə qüvvələrini zəif buraxaraq, sonradan bir yerə toplayaraq hücuma keçərlər. Əgər siz də bütün cəbhə boyu hücuma keçsəniz, onları yenərsiniz. İnşallah Qarsda görüşərik”. Rəhim Apak bu məktubu albay Süleymanov soyadlı bir Azərbaycan türkünün yazdığını qeyd edir. Türk ordusu taktikanı bildiklərinə görə rusların tələsinə düşmür. R.Apak öz xatiratını belə yekunlaşdırır: “Biz Turana getmək üçün İstanbuldan yola çıxmışdıq, fəqət Turan Süleymanovun şəxsində Malazgirdə gəlmişdi”.
O ağır günlərdə Bakı milyonçusu Z.Tağıyevin təşəbbüsü ilə Türkiyə qaçqınları Azərbaycana gətirilmişdi. Xalq onları sevinclə qarşılayaraq yardımlar göstərirdi. Azərbaycan xalqı bütün vasitələrlə Osmanlı xalqına yardım etməyə çalışırdı. “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” Anadoluya yardımlar göndərirdi. Hələ toparlanmamış Azərbaycan Milli hökuməti bir milyon franklıq yardım göstərmiş, qardaş ölkənin neft məhsulları ilə təminatını öz üzərinə götürmüşdü. Hətta rus işğalından sonra da N.Nərimanov bu yardımları davam etdirmişdi. Çanaqqala savaşına qatılmaq üçün Azərbaycandan yüzlərlə könüllü Türkiyəyə getmişdi. Xalq Osmanlının çətin günündə son tikəsini belə bölməyə hazır idi. Azərbaycan Maltada ingilis əsirliyində olan türkləri dəyişmək üçün öz əlində olan ingilis, fransız əsirlərini Türkiyəyə vermişdi.
“Sənədlərdən anlaşıldığına görə, bu Azərbaycan birliyinin ilk qədəməsi 31 iyul 1920-ci il tarixdə Hasanqalaya gəldi. Yanvarda Türk ordusunun çox böyük ehtiyac duyduğu Səhra topu kamaları (çaxmaqları) da vardı. Bir piyada taborundan və bir süvari alayından ibarət olan bu birlik dərhal Şərq cəbhəsinə göndərildi. 15-ci süvari alayına qoşulan bu birlik 1920-ci ildən başlayaraq 1921-ci ilinn əvvəlinədək Doğu Anadolunun ermənilərdən geri alınmasıyla sona çatan Doğu hərəkatına qoşuldu. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında önəmli xidmətləri oldu…
…Albay Səmədin (Sayqın) komandanlığı altında olan hərbi birliklərdən başqa, milli mübarizənin müxtəlif cəbhələrində xeyli azərbaycanlı zabit və əsgər xidmət etmişdir. Bunlardan önəmli bir qismi İstiqlal savaşından sonra orduda qalmış və müxtəlif üst rütbələrə qədər yüksəliblər. Bunların arasında albay Yusif Xəzərli, topçu albay Mehmed Akpolad, topçu albay Aslan Berkan, albay Salih Aksoy, süvari albay Firudin Daryal, hava qüvvələri generalı Cahangir Berker, hava qüvvələri generalı Hüseyn Turqut ilk anda sayıla biləcək onlarla isimdən bəziləridir…
…Ordu generalı Mahmud Berközü, Jandarma Komutanlığında bulunan ordu generalı Nuri Berközü, bir dönəm Qars millət vəkili olan kurmay albay Hüsamettin Topaçı yad edə bilərik” (Abdulhamit Avşar “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri” Bakı 2007 s.42). Müəllif A.Avşar azərbaycanlıların əksəriyyətinin xəbərsiz olduğu N.Nərimanova məxsus bir məktubu da əsərində qeyd eləyib: “Paşam! Türk millətinin bir gələnəyi vardır. Qardaş qardaşa borc verməz. Qardaş hər durumda qardaşının əlindən tutar… Biz qardaş xalqlarız. Hər zaman və hər şərtdə bir-birimizin əlimizdən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın öz qardaşına etmək istədiyindən başqa bir şey deyildir” (s.43). N.Nərimanov bu məktubu M.K.Atatürkün minnətdarlıq məktubuna cavab olaraq yazmışdır. Bu gün qarşılıqlı şəkildə tariximizdə mövcud olmuş sünni-şiə və s. ayrımçılığı kənara atan bu qardaşlıq ənənəsi dirçəldilməlidir.
İl 1990. 20 Yanvar faciəsi baş verdi. Rus əsarətinə qarşı üsyan etmiş əliyalın bir xalq bəşəriyyətin gözü qarşısında gülləbaran edilmişdi. Bu ağır günlərdə dini-dinimizdən, qanı-qanımızdan olmayan müxtəlif xalqlar çökməkdə olan SSRİ-ni rüsvay edirdilər. İnformasiya blokadasına alınmış xalqın qulağı radiostansiyalarda qardaşı Türkiyənin reaksiyasını gözləməkdəydi. Çökməkdə olan bir imperiya qarşısında Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanı Turqut Özal qorxaqcasına bu qətliamı “SSRİ-nin daxili işi”, “biz bu işə qarışmırıq” bəyanatını verməklə və əlavə olaraq ölkələrimizin sünni və şiə məzhəblərini dilə gətirməsiylə qəlbimizdə bu faciə qədər ağır bir yara açdı.
Tarixən nə Anadoluda, nə də Qafqazda hay adında bir millət olmayıb. Tarixən dövlətləri olmayan bu milləti Osmanlı ən sadiq təbəəsi elan edərək formalaşdırdı. Bu gün həm Türkiyə, həm də Azərbaycan bu xəyanətlər üçün yaradılmış məkrli toplumun yaydığı pislikləri təmizləməklə məşğuldur. XIX əsrdən etibarən Azərbaycan ərazilərinə transfer edilən bu problemin ardınca kürd probleminin ixracına başlanıb. Əhsən belə qardaşlığa! Hayastan – Türkiyə futbol matçındakı bayraq qalmaqalı önünə “Evrovizion” yarışmasında türk bayrağıyla çıxan cütlük də şiə idirlər. Tehranın göbəyində qoşa türk bayraqlarını dalğalandıranlar da şiədirlər. Sadəcə bu qəlblərdə türk sevgisi daha coşqun, daha səmimidir. Amma İranın farslaşdırma zülmünə etiraz dalğasına rəhbərlik edənləri (Mahmudəli Çöhrəqanlı-müəl.) Türkiyəyə buraxmırlar. Azərbaycan türklərinin Milli Oyanış Hərəkatının Babək qalasına möhtəşəm bir yürüşlə yürüdüyü günün şəhərisi (2003-cü il) Abdullah Gül bir qrup hərbçiylə tələm-tələsik İrana rəsmi səfərə yollandı. Əlbəttə,bu səfər 35 milyonluq Azərbaycan türkünün istəklərini ifadə etməyə görə deyildi. Nələrinsə daha ucuz və sərfəli sövdələşmə qiymətinə alınması ilə bağlı idi.
Prof. Türkkan, aşıq Esat Kabaklı və hətta Cumhurbaşqanı R.T.Ərdoğanın da yanğıyla söylədikləri Boraltan adlı körpü əhvalatı var. Könülləri dağlayan və qardaşlığımıza qara bir ləkə sürtən bir rəvayətdi: “Stalin zülmündən qaçaraq Boraltan körpüsünü keçməyə nail olan 146 (Prof. Türkkana görə 407 nəfər- müəl.) nəfər ziyalı Türkiyədən sığınacaq istəyir. Stalin İsmət İnönüdən bu adamları geri verməsini tələb edir. Türkiyə hökuməti bu tələbi yerinə yetirir. Karakolun rəisi bu qərara inanmadığından təkrar Ankarayla əlaqə saxlayır. Ankara qaçqınların təslim edilməsini əmr edir. Azərbaycanlılar türk əsgərlərinin boynuna sarılaraq “bizi öz torpaqlarımızda, öz bayrağımız altında öldürün”-deyirlər. Amma əmr yerinə yetirilir. Təslim edilən azərbaycanlıları kommunist cəlladları elə oradaca güllələyirlər. Karakolun rəisi bu hadisədən təsirlənərək intihar edir. Qədirbilən, məzhəbə, dinə, şivə və ləhcəyə baxmadan səmimi qardaş olanlar bunu əfsanəyə, şeirə, ağıya, türküyə çevirirlər:

Boraltan bir körpüdü,
Aşar, daşar arası.
Yusan Araz suyuyla,
Getməz üzün qarası.

Düşmən bəklər qarşıda,
Önünə qatdı məni.
Can alınan çarşıda,
Qardaşım satdı məni.

Dönüb səsləndim geri,
Mərhəmətsiz birinə.
Məni siz vursaydınız,
Bu kafirin yerinə…

Türkiyənin Cumhüriyyət forosunda Səfəvilər imperiyasını əks etdirən ulduz yoxdur. Yeni işlədikləri türk tarixində 300 illik tarixi olan türk imperiyasını öz aləmlərində tarixdən “siliblər”. Bunlarıdamı rus, fars, ingilis, yəhudi eləyib? Bəlgəsellərə baxıram. Tarixdə XI əsrdən öncə türk izinə rast gələn kimi bir ağızdan iranlı deyə qışqırışan adamlarla necə qardaş olmaq olar? Gərək hər şey fars-tacik projesi olan Səcuqlularlamı başlansın? Azərbaycanın “Əsli-Kərəm” dastanını, “Kitabi Dədə Qorqud” dastanını (VII- IX əsrlər) yaradanda bölgədə səlcuqluların izi-tozu belə yox idi. Bir tarixləri oxuyun. Osmanlıya tarix yazan o üç almanın yalanlarını bir kənara atın. Heç olmasa Osmanlının həqiqi tarixini oxuyun. Türk millətinin, tarixin yaddaşında qalması üçün təkcə Çanaqqala savaşı yetərlidir. Dünyada tək bir türk qalmasa belə Osmanlı, Səfəvi, Qızıl Orda, Xəzər, Dəşti Qıpçaq olmasa belə, tək Çanaqqala zəfəri yaradılmış ən böyük tarix kimi hamımıza yetər. Dünyaya varlığı və ölümüylə meydan oxuyan bu zəfərin sahibi türk millətidir.
Lap elə tariximiz oradan başlasa belə biz dünyanın ən möntəşəm bir milləti olduğumuzu sübut etmiş bir millətik. Ona görə bu gün tarixi həqiqətləri bircə qat aşağı yenən D.Matlok “Ey dünya insanları, hamınız türksünüz”- deyə hayqıran bir əsər yazıb. Biz isə karaimlər yəhudidir, Azərbaycan türkləri şiədir, qaqauz və çuvaşlar xristiandırlar”-deyə yalnız türk ayrımçılığı yaratmaqdayıq. Amma əsl amal isə “Xristian klubu” adlanan Avropa Birliyinə can atmaqdır. Onlarsa bir aforizmdə deyirlər: “Biz türkü öldürənə qədər sevərik”.
17
Azərbaycan böyük təbii ehtiyatları olan ölkədir. Ona görə də “Əsrin müqaviləsi” adıyla tarixi bir müqavilə bağlandı. Azərbaycan Türkiyəni israrla, hətta öz payından kəsməklə belə olsa beynəlxalq layihələrin tərəfdaşı elədi. Türkiyə öz tarixində bəlkə də ən böyük, strateji bir layihənin iştirakçısına çevrildi. Qaz satışı Türkiyəyə ən sərfəli qiymətlərlə, tarifdən aşağı qiymətə təklif olunur. Bunun qarşısında rəsmi Ankara quruca sözlə Qarabağ probleminə dəstək verir və hərdən də sərhədləri açacağını, Hayastanla iqtisadi əlaqələr quracağını söyləyir. Əslində isə uçaqlar uçmaqda, haylar Türkiyəyə axışmaqdadırlar. Üstəlik, türk iş adamları Hayastanda və hətta Qarabağın işğal ərazilərində öz işlərini qurmaqdadırlar. Mənim doğulduğum Ağdərə rayonunun Mehmana kəndində (yunan kəndi idi-müəl.) türkiyəli iş adamı Mehmet Abdullaoğlu mis yataqlarının istismarı ilə məşğuldur. 2005-ci ildə M.Abdullaoğlu digər mis və qurğuşun yataqlarını da satın alıb. ABŞ, Kanada, İsveçrə və Fransa kimi “sümürgəclərlə” birgə torpaqlarımızı işğal etmiş haylarla işbirliyi içərisindədir. Budurmu qardaşlıq?
1993-cü ildə Rus-erməni hərbi birləşmələrinin Azərbaycandan çıxarılması əməliyyatları uğurla davam edirdi. Qarabağın üçdə biri azad edilmişdi. Yaranmış maliyə qıtlığını doldurmaqdan ötrü kredit üçün qardaş Türkiyəyə üz tutanda Cumhurbaşqanı Süleyman Dəmirəl buna etiraz elədi. Rusiya xüsusi xidmət orqanları bu vəziyyətdən istifadə etməyi bacardı. Türkiyənin TGRT telekanalına verdiyi müsahibədə Əbülfəz Elçibəyin səsləndirdiyi bu fikirləri (200 milyon dollarlıq kredit) Süleyman Dəmirəl və Həsən Cəlal Gözəl (YDP Genel Başkanı) də təsdiqləyib. Amma terrorla mübarizədə saç ağartmış qos-qoca bir dövlətin, üstəlik,qardaş bir dövlətin bizə yardım etməməsi bugünkü faciələrə yol açdı. 20 faiz türk torpağı maliyyə yetərsizliyi ucbatından rus-erməni hərbi birləşmələri tərəfindən işğal olundu…
Ötən illərdə Türkiyənin başbakanı R.T.Ərdoğan hayların əsrlərlə bacarmadığı bir işi həyata keçirdi. Hay xaçını Alban – Qaraman Aktamar kilsəsinə asdı. Mən inanıram ki, tarixi bilgilərə maraqlı olan R.T.Ərdoğana əsl həqiqəti açıqlamadıqlarına görə bu yanlışa yol verdi. Bu kilsə Qaraman (Qıpçaq) ermənilərinə və Alban türklərinə məxsusdur. Memarlıq baxımından Alban üslubuyla tikilib. Kilsənin adı da türkcədir. Bu gün Türkiyədə danışılan “Ax, Tamara!” kimi cəfəng rəvayətlər könlündən Tamara keçənlərin uydurmasıdır. Kilsənin adı onun mahiyyətini açır. Mən Aktamarda olmamışam. Sadəcə bilirəm ki, kilsə divarında 12 həvarinin rəsmi cızılıb. Düşən günəş işığı hər saatdan bir bir həvarini işıqlandırır. Adına gəlincə “Ak” –qədim türkcə “işıq, nur”, “tamar” isə “dammaq, düşmək” anlamındadır. Yəni burada nə haylıq, nə də Tamaralıq heç nə yoxdur. Tamara axtaranlar, yaxud hay xaçı qoymaq istəyənlər onu Fıratın orta hövzəsində axtarsınlar. Çünki bu hayların xəyali dövlətlərindən qeyri heç nələri olmayıb. Bunu gözəl anlayan haylar Aktamara yeni tarix düşünməkdədirlər. Buranın adı guya Surpxaçdır və hay çarı Qagik tikdirib. Anlayanda ki, Qagik xristianlıqdan öncə olub, hay cızma-qaraçıları Kapansyan və Pərixanyan burada hayların “müqəddəs məbəd fahişəliyi” ilə məşğul olduqlarını yazıblar.
Türk milləti qəlbən və ruhən qardaşdır. Sadəcə başa qaldırdıqlarımız başçıların yanlışları bizləri bir gün dost, bir gün düşmən etməyə yetər. Yazdıqlarım bir Azərbaycan türkünün düşüncələridir. Qoy türk qardaşlarımız tarixləri qarşılarıına töküb araşdırsınlar, Azərbaycana Osmanlıdan çox hücum edən və zərər verən bir dövlət varmı? Susmağımız heç də elmsizliyimizdən deyil, yanlışları örtmək istəməmizdəndir.Xalq özü artıq hər şeyi dərk edir, ingilis-yəhudi, fars-rus-erməni qəmişlərinin söylədiyi fikirləri ayırd etməlidir. Türklüyü hər şeydən öndə gələnlər Mövlana – Şəms Təbrizi dostluğunu yaxşı anlayırlar. Bu ilahi dostluğu pozmağa yönəlmiş ən iyrənc qeybətləri belə dəf etmiş bu dostluq qoy səmamızın Günəşi olsun!
18
Türkiyə istəsə də, istəməsə də, Türk tarixi və milləti öz liderliyini onun çiyninə qoyub. Bu yükü nə qədər sürətlə və üsullu daşısa,mənzilə bir o qədər tez çatar. Əsrlərin o üzündən Qorqud atanın səsi gəlir: “Axır zamanda xanlıq geri – Qayıya dəgə kimsənə əllərindən almaya axır zaman olub qiyamət qopunca. Bu dedigi Osman nəslidir, işdə sürülüb gedə yürür”(“Kitabi Dədə Qorqud” Bakı 2004. s.19). Bizimlə başlayan dünya bizimlə sonlanacaq. Çünki “biz Tanrıdan gəldik, Tanrıya dönəcəyik..!”.
Deyilənə görə, Çaldıran savaşından bir gün öncə-22 avqust 1514-cü ildə Günəş tutulubmuş. Bu Əbədi Səmanın və Tanrının öz övladlarına küsməsinə bənzəyir. Bu il bu qanlı və yanlış tarixin 501 yaşı tamam olacaq. Bəlkə elə Çaldıran çölündə (bu ideya məşhur jurnalist Xaliq Bahadura məxsusdur-müəl.) elə həmin gün, elə həmin saat birgə ÜmumTürk qurultayı keçirək və Fransanın “soyqırım yalanına” qoyduğu bir qadağa kimi bizim əbədi birliyimizə zərər verən yanlış fikirlərə, müzakirələrə, məzhəb çəkişmələrinə dur deyək!”
Bu qardaşlıq yazısını şair Xətainin aşağıdakı sözlərilə yekunlaşdırıram:
Dost dostun qüsruna qalmaz,
Məhəbbəti əldən salmaz,
Quru güldə qoxu olmaz,
Qönçə gülü bulduq bu gün.

Tanrı Türkü qorusun!

11269565_829401630469597_1689370253_n

IV Fəsil
Sünni – Şiə düşmənçiliyi
1
Xristianlıqda yüzlərlə təriqət mövcuddur. Lakin bu təriqətlər arasında yalnız monofizit xristianlara qarşı mübarizə var. Buna səbəb isə bu təriqətin Tanrıçılığa və İslam dininə yaxın olmasıdır. Bizim isə hər təriqətə xərclənəcək qədər enerjimiz və qeybətə vaxtımız var. Min ildən artıqdır ki, İslam aləmində sünni-şiə qarşıdurması hər an alovlana biləcək barıt çəlləyinə bənzəyir.
İslam aləmi yəhudilərin hədis tələsinə asanlıqla düşdü. Bu gün isə bu uydurma hədisləri bildiklərinə görə aramıza saxta üləmalar, şeyxlər, mollalar, xoca-əfəndilər və s. doldurublar. Bu “qaloqramsız şəxslərin” hər iki cəbhədə hədyanları hesabına yüz illərdir ki, uydurma hədislər əsasında müsəlmanlar bir-birilərinə kafirlər kimi baxmaqdadırlar. “Müsəlman mömin qardaşının eybini örtməli olduğu” halda, hər bir hədisi Peyğəmbər (s.ə.s) göstərişinə əsasən “Qurani-Kərim”lə tutuşdurmaq əvəzinə cahilcəsinə türk millətini də cahiliyyətə sürükləməkdədirlər.
Mən inanc baxımından şiəyəm. Amma bu mənə sünni qardaşlar barədə fətva vermək şansı verməz. Əfsuslar olsun ki, Türkiyədə, hətta prezident R.Ərdoğan səviyyəsində şiələrin, ələvilərin arasında Ömər, Əbubəkr, Osman adlarının uşaqlara verilməməsi, “şiələrin yalançı olması” kimi gülünc iddialar ortaya atılır. Öncə bildirim ki, qardaşımın ilk nəvəsinin adı Ömər, əmim oğlunun adı Bakir və kəndimizdə isə onlarla Osman adlı adam var. Tam mühafizəkar bir şiə kəndinin kolanı (kolanlı adiylaTürkiyədə də yaşayırlar-müəl.) əhalisi bu adlardan istifadə edir. Amma artıq köhnəlmiş ərəb adlarından Türkiyənin heç özündə də istifadə etmirlər. Yaxud İslam dininin hansı bir kitabına görə bu haqq yolla gedən xəlifələrin (xülafa ər-raşidin- müəl.) adlarının övladlara qoyulması məcburidirmi? Yəni bu adı qoymasam da Allahımı adı Ömər olan bir şəxs qədər sevə bilərəm. Kimin kafir, kimin inanclı olmasını yalnız və yalnız Allah müəyyən edə bilər. Avropa xristianlarından və yunan fəlsəfəsindən əxz olunan inkvizisiya müsəlman dininə aid deyil. İslam dinində dinlərarası qardaşlığa (əhli-kitab) yol varsa, məzhəblərarası düşmənçiliyə yol verilə bilməz.
Roma Papasına “Heç Tanrının da oğlu olar?” – deyə tənə edən Atillanın övladlarıyıq və bu gün sünni və şiə adıyla bölünməyə ixtiyarımız yoxdur. Hərənin inancı onun Tanrını tanıma üsuludur. Bu üsulu qiymətləndirmək isə Allahın işidir. Bu gün Allah adından hər hansısa şeyxin, müftinin fətva verməsi kafirlikdən, şirkdən savayı bir şey deyildir. Ensiklopedik bilgilərə görə, sünnilük həmişə sayca üstün cərəyan olmuşdur.
Sünn, sünnə – Peyğəmbər (s) ölümündən sonra təqlid əsasında onun adından yaradılmış və Quranda olmayan şəri qanun, adət, ənənə, qaydalardır. Sünn üçün Quranın dedikləri məcburi deyil. Sünn ilə Quran arasında ehkami ziddiyyətlər mövcuddur.Məzhəb imamlarının dediklərini müdafiə edib tərəfdar olanlar sünni adlanır. Dörd məzhəb imamının görüşləri əsas götürülür.
Şiəlik İslamın birinci əsrinin birinci yarısında meydana gəlmişdir. İlk vaxtlar şiələr müsəlmanlar içərisində xüsusi qrup təşkil edirdilər. Bu qrup Əlinin (ə) tərəfdarlarından ibarət idi. Şiələrin dediyinə görə, vəlayət, xilafət Əlinin (ə) haqqıdır. Peyğəmbərdən (ə) sonra Əlinin (ə) xəlifə olmasını və xilafətin onun övladlarına keçməsinin tərəfdarlarıdır. İbadətlərində imam Əli (ə) və onun tərəfdarı olmuş səhabələrin görüşləri əsas götürülür. Şiəlikdəki əsas cərəyan tərəfdarlarının 12 imam, yəni “Əsna Əşara” müqəddəs sayılır. Bu iki məzhəb arasında düşmənçiliyin kökündə ərəblərin hakimiyyət uğrunda mübarizəsi dayanmaqdadır. Sünnilər Quranla birlikdə, sünnəni tanıyır, xəlifəni isə dini başçı, rəhbər hesab edirlər. Şiələr isə Quranla birlikdə İmam Əli (ə) vəlayətini, 12 imamın rəhbərliyini qəbul edirlər. Bu cüzi fərqlərdən yaradılan düşmənçiliyin vəbalı kimlərin boynundadır..?
2
İnternet əsri olduğundan günümüzü dəyərləndirmək asanlaşıb. Bu gün Azərbaycan və Türkiyə adından deyərdim ki, sünnilər şiələrə qarşı daha aqressivdirlər. Özünü türk sayan birisi cüzi bir yanlışlıq duyan kimi içindəkini çölə tökür. Əlbəttə ki, onların dönmə türklər olduğunu, “həpimiz erməniyiz!” (əslində hayız deməliydilər- müəl.) – deyənlərin övladları olduğunu düşünürəm. Amma bu yanlışı düzəltmək istəyənlərin həddindəın az olduğunu görüncə qorxuram. Türkün gələcəyinin qaranlıq bir dalana, dumanlı bir vadiyə, susuz bir səhraya düşəcəyindən qorxuram. Yeddi türk dövlətinin qeyri-rəsmi şəkildə bir-iki görüşündən başqa irəliyə bir addım belə atılmamasından qorxuram. Türkiyənin Səlcuqlu və Osmanlı imperiyasından genetik miras olan beynəlmiləlçi ruhundan qorxuram.
Türkün şiə, ələvi, xristian və sünni kimi bölünməsi qorxulu deyil. Çünki bütün belə məqamlarda bizi birləşdirə bilən bir məqam öz varlığını qoruyur. Bu, bizim türklüyümüzdür. Biz bunu qorumalı və bunun ətrafında birləşməliyik. Fərqli inanclarla Allaha yürüdüyümüz kimi, fərqli olmayan kimliyimizlə türklüyümüzə yürüməliyik. Məhz bu yolda bizi birləşdirən səbəblər deyil, bizləri ayıran səbəblər qabardılır. Ərəblərdən fərqli olaraq türk millətinin 90 faizi bu din yolunda baş qoymuşlar. Ona görə də bizləri birləşdirən səbəblər daha çox olmalıdır. Birinci səbəb türklüyümüzdür. İkinci səbəb bir olan Allaha, Onun Peyğəmbərinə (s.ə.s) və Onun nazil etdiyi Qurani-Kərimə inanmağımızdır. Üçüncü səbəb isə, Peyğəmbər (s.ə.s) və onun Əhli-Beytinə, dörd mömin xəlifəyə qarşı törədilmiş ərəb xəyanət və cinayətlərdə türk millətinin əlinin olmamasıdır. Öncə Allahın, sonra Peyğəmbər (s.ə.s) və onun Əhli-Beytinin qarşısında türk millətinin alnı açıq, üzü ağdır. Allahın bu xəyanətlərin cəzasını türkün qılıncıyla verməsini ərəb də, fars da və qeyri-müsəlmanlar da yaxşı bilir.
Biz türkləri birləşdirəcək əsas məqamlar bunlarla bitmir. Bu məqamlar yüzlərlədir. Əsas birləşməyə meylimiz olsun. Əfsuslar ki, bizlər birləşmək üçün deyil, ayrılmaq üçün səbəblər axtarışındayıq. Eyni Allaha, eyni Peyğəmbərə (s.ə.s) inanan bir qövmün birlik gətirən səbəblərdən qaçması, ucuz qeybətlər hesabına gedəcəyimiz yolların üfiqlərini görünməz etmişdir.
Bu yaxınlarda Rusiyanın “Rossiya” telekanalında Mariya Sittelə aid bir pritça dinlədim. Onu sizlərə təqdim etməyi özümə borc bildim. Çünki bu, imanlı bir xaçpərəstin bizlərə keçə biləcəyi bir dərsdir: “Bir hamilə qadının bətnində əkiz uşaqlar vardı. Uşaqlardan biri imanlı, o birisi isə imansızdı. Biri o birisindən soruşur ki, sən doğuşdan sonrakı həyata inanırsanmı? İmanlı olan uşaq cavab verir: “Əlbəttə,inanıram. Doğuşdan sonrakı həyata hamı inanır. Biz doğuşdan sonrakı həyata hazırlaşmaq üçün buradayıq”. İmansız deyir: “Bu axmaqlıqdır. Doğuşdan sonra həyat yoxdur. Yox əgər varsa, sən o həyatı təsvir edə bilərsənmi? Doğuşdan sonra həyatmı olar?” İmanlı olan cavab verir: “Dəqiq deyə bilmərəm, amma onu bilirəm ki, orada işıq və sevinc var. Orada yeməyi öz ağzımızla yeyəcəyik”. İmansız deyir: “Bu gülməlidir, bizim qidamız göbək bağıdır. Özü də oradan kimsə qayıtmayıb. Doğuşdan sonra həyat bitir”. İmanlı cavab verir: “Dəqiq bilmirəm həyat necə olacaq, amma bilirəm ki, doğuşdan sonra anamızı görəcəyik. O, bizim qayğımıza qalacaq”. İmansız: “Nə, Ana? Sən Anayadamı inanırsan? O, haradadır?” İmanlı dedi: “O, hər yerdədir, bizim ətrafımızdadır. Onun sayəsində yaşayırıq. Önsuz biz heç kimik”. İmansız dedi: “Axmaqlıqdır. Mən Ana-zad görməmişəm. Deməli, heç belə bir şey də yoxdur”. İmanlı dedi: “Mən səninlə razı deyiləm. Ətrafımızda səssizlik olanda biz onun nəğmə oxuduğunu eşidə bilərik. Bizi sığalladığını hiss edə bilərik. Mənə belə gəlir ki, əsl həyat elə doğuşdan sonra başlayır. Sən buna inanmırsan?
Bəs siz necə, inanırsız?”
Heç bir şərh vermədən, reallığa qayıdıram. Həyatını saqqal uzatmağa sərf etmiş “din adamları” var ki, əlində tutduğu bəzi hədis kitablarından “Peyğəmbərimizin (ə) ayaq üstdə, başqa bir hədis kitabından isə “oturuqlu sidiyə getməsini” anlatmağa çalışırlar. Heç gör dəxli var? Məhz bu səviyyəli adamların hesabına diqqəti özlərindən uzaqlaşdırmaq üçün sünni-şiə-ələvi davasını ortaya atıb fətvalar verirlər. Dindən məzhəblər deyil, savadsız üləmalar çıxmış hesab olunmalıdırlar…
3
Türkiyədə yanlış təriqətlərin, saxtakar üləmaların, fırıldaqçı xoca-əfəndilərin, ateistlərin, yalançı mehdilərin, savadsız tarixçilərin qonşu İran və Rusiyadan çox olması (Türkiyə böyük dövlətlərlə müqayisə olunmalıdır-müəl.) xarici kəşfiyyatın, masonların, bu ölkənin və türkün dirçəlişindən əndişə duyanların əməlllərinin nəticəsidir. Onlar insanımızın başını olduqca gərəksiz mövzularla qatmağa çalışırlar. Məhz məzhəblərarası qısqanclığın alovlandırılması da bu mövzulardan biridir. Bir zamanlar Böyük Azərbaycan filosofu Camaləddin Əfğani hələ XIX əsrdə öncə İslam birliyi ideyasını irəli sürsə də, sonra insan cəmiyyətində fərdlərin varlığını müəyyən edən başlıca amilin milli-irqi birlik olmasını anladı. Onun irəli sürdüyü ideyanı türk dünyası bu günədək tam anlaya bilməməkdədir. Hətta yəhudi-fars tör-töküntüsünün cocuqları bu böyük alimi masonluğa işləməkdə suçlayır, hətta uydurma ad qoyaraq guya onun “Şərq ulduzu” mason Lojasında № 1355-lə qeydiyyatda olduğunu deyir. Bildirmək istərdim ki, bu gün də etnik kimliklərə biganəlik Türkiyəyə ziyan verməkdədir. Tarixi, mədəni irsin araşdırılmasını qeyri türklərə həvalə etmək ən böyük yanlışdır. Məsələn, hay Meral Akayın çəkdiyi “Möhtəşəm yüz il” serialı gözlərimiz önündədir.
Türkiyədə və Azərbaycanda konkret adamlar var ki, ağalarından aldıqları təlimatlar üzrə türkün böyüklərinə, sayğılı liderlərinə hədyanlar yağdıraraq çaşbaşlıq yaratmağa çalışırlar. Böyük Atatürkə, Əmir Teymura, Çingiz xana iftira atan bic “mason qarğaları”, “yəhudi şexinaları”, “hay təəssübkeşləri” olan bu adamlar öz missiyalarını ictimai qınaq gözləmədən hədyan yağdırmaq hesabına məzhəb qarşıdurması, milli özünüdərkin zəiflədilməsi, türklərarası etimadsızlıq yaratmağı bacarmaqdadırlar. Sadəcə Camaləddin Əfğani kimi bir türk filosofuna hədyanlar yağdıranlara cavab vermədən onun ideyasından danışmağım yersiz olardı. Bir zamanlar ingilisləri öz ideyaları ilə lərzəyə salan birisini ingilis casusu, Rusiya müsəlmanlarının birliyi ideyası ilə çarizmi qorxuya salan birisini “rusa satılmış” elan edən nəcabətsizlər onun İngiltərədən, Osmanlıdan, Rusiyadan, ingilislərin təhdidiylə Hindistandan, İrandan çıxarılmasını kafirliyi ilə deyil, elmli, kamil və türkçü bir insan olmasıyla bağlamalı idilər. Qızğıncasına İslam birliyi ideyasının ardınca düşsə də bunun mümkünsüz olmduğunu anladıqdan sonra türkçülüyü əlində bayraq edən Əhməd Ağaoğlu, Mehmet Akif Ərsoy, Yurdaqul, Ziya Göyalp, M.Ə.Rəsulzadə, İ.Qaspıralı və onlarla türkçünün yetişməsində rolu olan birisini “dəstəmazın” nə olduğunu bilməyən dönmə birisi kafir elan edir. Türkiyə reaksiya vermir. Bəs C.Əfğaninin İslam modeli nəydi? O deyirdi: “Getdim Avropaya İslam gördüm, amma müsəlman görmədim, gəldim Asiyaya müsəlman gördüm, amma İslam görmədim”. Bu sözlər bu böyük zatın istəklərini anlamaq üçün yetərlidir. Bu gün dədələrimizin buraxdığı səhvləri təkrarlamağa limitimiz yoxdur. Bu gün bu zındıqlar hesabına şiə-sünni qarşıdurması pik nöqtəsindədir. Sünnülər şiələri, şiələr sünniləri kafir adlandırmaqdan belə çəkinmirlər. Türk sünni ilə şiə türkün birgə olması üçün nələr lazımdır? 14 əsrlik bir qarşıdurmanı qurdalamağa dəyərmi? Nəyə görə eyni bir qövmü məzhəblər bu şəkildə parçalaya bilər? Bu davada haqlı olan varmı?
4
Haqlı olan və haqq olan Qurani-Kərimdir. Parçalanmaya yol verməyəcək qədər mükəmməl işlənmiş səmavi bir kitab əhlinin bölünməyə və müsəlman dediyi qardaşına iftira, təhqir yağdırmağa haqqı yoxdur. Bu son səmavi kitaba dəyişiklik, sapıqlıq ayətləri salmağa müvəffəq olmayan yəhudilər bir milyona yaxın saxta hədislər (bəzi mənbələrə görə üç yüz min hədis-müəl.) uyduraraq yaymağa nail oldular. Peyğəmbərin (s.ə.s) sağlığında bircə hədis olmadığı halda öldüyündən illər sonra yayılan hədislər həvarilərin yazdığı İncil risalələrini xatırladır. Çox güman ki, Peyğəmbər (s.ə.s) sağlığında hədislər qadağan olunduğuna görə yazılmayıb.Həzrəti Abubəkr,həzrəti Aişə və həzrəti Ömər də hədislərə qarşı mübarizə aparmışlar.Lakn bu gün bu zatlara istinadən yayılan hədislərin coxluğu hədis toplayanların qeyri səmimi olmalarını sübut edir.Dinimizdə təfriqələri salanların “silahları” yalnız hədislərdən ibarətdir. Ona görə də dövrün azsaylı din xadimləri bu hədislərin səhihliyini bir daha yoxlaya biləcək bir komissiya qurmalıdırlar. Çünki hər iki məzhəbdə özlərinə uyğun hədis kitabları var və bunlara əks tərəflər şübhəylə yanaşmaqdadırlar. Deməli, məsələ nə İslamda, nə Quranda, nə də məzhəblərdədir. Bütün bu qarşıdurmaların qaynaqlandığı ünvan hədis kitablarındakı saxtakarlıqlardır. Həzrəti Peyğəmbərimiz (s) bir suala cavab verərkən səhabənin bütün yanlışlara yol verə biləcəyini, amma yalana əsla yol verə bilməyəciyini söyləmişdi. İslam dininə dəyən zərbələrin haradan gəldiyini göstərən mənbəni hamı görür. Amma bu həqiqəti deyil, dinimizə yaraşmayan şəkildə şiə, ələvi, yaxud da sünni qardaşlarınızdan hansısa birisinin qəbahətini böyüdərək “fil” düzəldib, sonra bu “fili” qovalamaqla məşğul oluruq. Tarixən bu ocağı “körükləyən” şəxslərin kimliklərini araşdırın. Bu adamların 90 faizi türk olmayanlardır. Türkiyənin cumhurbaşqanı R.T.Ərdoğan Əbu Suud Əfəndini tərifləyir. “Möhtəşəm yüz il” serialında Osmanlı Şeyxül İslamı Əbu Suudun rolu şişirdilir. Çox güman ki, şiə və ələvilərin xristian və musəvilərdən öncə öldürülməsinin gərəkliyi barədə fətva verən, “Qızılbaş saxlayan heyvanın ətini və yeyilməsini haram sayan” fətvasını verən Əbu Suuda heç bir ələvi və şiə müsəlman deyə bilməz. Amma sünni, şiə və ələvilərin yaşadığı bir ölkənin rəhbərinin bu şəxsi tərifləməsi Türkiyəyə çoxmu lazımdır? Yəni bu kürd din adamı Türk Birliyi üçün bu qədərmi gərəklidir?Hay qızı Maral Akayın belə məqamları qabartması bir gizli servis sifarişidir. Bunu anladıq. Bəs ölkə başçısının çıxışını necə yozaq? Bu ağıllamı Türk Birliyi qururuq? 

Kimsə də öz yanlışını etiraf etməz. Kimsə də dəqiq tarixi, etnoqrafik mənbələri oxumaz. Hərə əlində bir hədis kitabı “kalaşnikovlu terrorçular kimi” aramsız atəş açmaqdadır. Bu “cəbhədə” əldə etdiyim bilgiləri sizlərlə bölüşmək istərdim.
5
Sünnilər əsasən şiəliyin yaranmasını sahəbə Salman Farisinin adıyla bağlayırlar. Onlar iddia edirlər ki, Salman farsdır, iranlıdır və Əlinin (ə) tərəfdarıdır. Buradakı Farisi soyadı fars (pars) sözüylə oxşar olduğuna görə bu iddia öz qüvvəsini saxlayır. Ümumiyyətlə, farslar şiəliyə türklərin təhrikiylə qoşulmuşlar. Salman Farisiyə gəlincə isə o, yəhudi əsilli (“Baqara” 62-ci ayə) idi. Onun mənsub olduğu yəhudi icması sünnət olunub oruc tutar, İsaya (ə) Tanrının oğlu deyil, peyğəmbər deyən və sonuncu Peyğəmbəri (s.ə.s) gözləyən bir toplumdan ibarət idi. Bu icma İordan çayının sahilində yaşayırdı. Salman Farisi Peyğəmbərimizin (s.ə.s) yanına gəlsə də icmanın digər üzvlərini Romalılar bu yoldan döndərərək özlərinin sapıq dinlərinə bağladılar. Öncə Peyğəmbərin (s.ə.s), sonra isə Əlinin (ə) yanında olan bir səhabəyə iftira atmaqla rafizilərin Həzrəti Əbubəkr, Həzrəti Ömər haqqında söylədiklərindən nə fərqləri var?
Bir çox sünni mənbələrində isə İmam Hüseynin (ə) arvadının iranlı olmasını İran coğrafiyasında şiəliyin yayılmasının əsas səbəbi sayırlar. Əslində şiəlik hələ İmam Əlinin (ə) sağlığında da vardı. Səhabələrdən Əbuzər Qiffari, Salman Farisi kimi sahəbələr Əli (ə) tərəfdarları – şiə adlanırdılar. Konkret olaraq burada da ərəblərə X-XI əsrədək düşmən gözüylə baxan fars zehniyyətinin şiəlik təriqəti yaratması (oxuyun: Ə.Firdovsini-müəl.) bir mason nağılıdır. Farslar əsasən sünni idilər. Başda “Kutibi – Sittə” olmaqla sünni məzhəbinin ən böyük hədisçiləri iranlılar olmuşlar.
Digər bir tərəfdən isə yadıma İmam Hüseyn (ə) barədə eşitdiyim bir rəvayət düşür: “Hüseyn (ə) öldürüldüyü gün qoca bir ərəb əlindəki əsaya söykənərək Kərbəlaya doğru irəliləyirmiş. Çətinliklə yeriyən bu qocanı görən birisi soruşur: “Sən bu haldaykən hara gedirsən?” Qoca cavab verir: “Elan ediblər ki, Peyğəmbər (s) övladını öldürüblər. Kim ona bir zərbə vursa, cənnətə gedəcək. Mən ölüm ayağındayam, ora gedirəm ki, bəlkə bir zərbə də mən vura bildim”. Bu rəvayət Yezid dövrünün Peyğəmbər (ə) övladlarına olan münasibətini sərgiləyir. Bu gün cənnət şəhidlərinin əfəndisinə böhtan atan adam o qocanın durumundadır.
Əslində İmam Hüseynin (ə) arvadı Azərbaycan türküdür. Adı Şəhrəbanudur. Qədimdə türklərdə Banuçiçək (“Dədə Qorqud”-müəl.),Məhinbanu (Nizami Gəncəvi), Babur şahın kiçik bacısının adı Şəhribanu, qohumunun adı Mehribanu idi. İmam Hüseyn (ə) ən çox etibar etdiyi, ailəsini tapşırdığı şəxs Kərbəla şəhidi Müslüm Azərbaycani olub. Qureyşi tayfasının İslama qədər və sonra məvali adlandırdıqları şairlər Azərbaycandan gələn şəxslər idi. Musa Şexavat Qureyş tayfasının mollasıydı. (Yaqut Həməvi). Abul–Yezqana istinadən “Poeziya və şairlər” (“Aş Şir va –Ş-Şuara”) əsərinin müəllifi İbn Kuteyba ad-Dinavəri yazırdı: “Mədinədə Azərbaycandan olmayan şair yoxdur. İsmayıl ibn Yasar, onun qardaşı Musa Şexavat və Abul Abbas”. “Məhəmmədin (s.ə.s) sağlığında və ilk xəlifələr dövründə Azərbaycandan olan məvalilərə hörmətlə yanaşılırdı, yalnız əməvilərin xəlifəliyi dövründə onları kütləvi şəkildə təhqir etməyə başladılar” (А.Сумбатзаде «Азербайджанцы- этногенез и формирование народа». Баку 1990 стр.107). Ərəblər iddia edirdilər ki, məvalilər (yəni Azərbaycan türkləri- müəl.) şuubizm cərəyanını yaradaraq ərəbləri aşağılayırlar. Qureyşilərin mollası olan Musa Şexavat şuubistlərdən olmaqla yanaşı, həm də şiələrin tərəfdarı idi.
“Məşhəd əlyazması”nda Peyğəmbərin (s.ə.s) dilindən türklərin geneloji olaraq seçilmiş qureyşilər olması Abdu Manafın xələfləri və Haşimin nəslindən olmaları və məvali adlandırılmaları aşkarcasına şərh edilib. “Abna” və “məvali” deyimindən başqa əsl ərəblərə “ərəbülaribə”, İsmayıl (ə) peyğəmbərin nəslinə isə “ərəbə-müstərəbə” deyilirdi. VII-IX əsrlərin bilicisi sayılan Əbu Usman Əmr bin Baxr al-Cahiz al Fateh bin Xaqanın adından yazır: “Ərəblər adnanilər və qəhtanilər olmaqla iki yerə bölünürlər. Bizim (türklərin-müəl.) xəlifələrə – peyğəmbərin xələflərinə qohumluğumuz qəhtanilərin qohumluğundan daha yaxındır. Bizim (türklərin -müəl.) onlarla daha çox qan qohumluğumuz vardır. Çünki xəlifə Qəhtani və Abiri deyil, İsmayıl bin İbrahimin oğludur” (Абу Усман Амр б. Бахр ал-Джахиз «Послание ал-Фатху б. Хакану о достоинствах тюрков и остального халифского войска»).
Peyğəmbərin (s.ə.s) və övladlarının türk əsilli olması bölgədə hakim mövqelərdə olmuş Azərbaycan türkləri tərəfindən bilinirdi və ona görə də onlar Əhli-Beytə edilən xəyanətlərə hər zaman qarşı durmuşlar. Bu barədə növbəti kitabımda geniş məlumatlar olduğuna görə bununla kifayətlənirəm.
…Kuleyninin “Üsuli-Kafi” adlı Hədislər kitabında isə Şəhribanu Cahanşah adlandırılır. O dövrə ən yaxın olması ilə mötəbər sayılacaq mənbə “Əl Kamili fit-tarix” əsərində yazılanlar hesab olunmalıdır: “Mənsurun Məhəmməd ibn Abdullaha yazdığı məktubda deyilir: “Həzrəti Peyğəmbərin (s.ə.s) vəfatından sonra sizin aranızda İmam Səccaddan (ə) üstün şəxs olmayıb. O, bir kəniz övladı idi” (II c.s. 570). Əsərdə buna etiraz edən mənbə yoxdur. Reydə Şəhribanu bibi ziyarətgahını onun adıyla bağlamaq istəsələr də bunun yalnış olması aşkardır.
“Yəni İslamın türklərin iştirakı olmadan yaranması bir ərəb uydurmasıdır. Peyğəmbərin türklərdən olması, ərəblərin məvali dediyi (dönmə – müəl.) Qüreyşlərdən olması faktı tərəfimizdən araşdırılıb. Ərəblərin keçmişdəki və bu günkü xəyanətlərinin kökündə ibtidai ərəb millətçiliyi dayanır. Kufədə yolunu kəsənlərə İmam Hüseynin (ə) belə söyləməsi rəvayətlərdə var: “Deyirəm Məkkədə yaşayım, qoymursunuz. Mədinədə yaşayım, qoymursunuz. Elə isə izn verin cəddim söylədiyi kimi varıb Türküstana gedim..!”. Bu gün Azərbaycanın böyük şəhərlərində İmam övladlarının məzarları var. Quzey Azərbaycanda Bakı, Gəncə, Bərdə və s. şəhərlərdə ziyarətgahlara çevrilən bu məzarlar rəvayəti təsdiqləmirmi?
Onun nuruyla zülmətlərdən çıxmış ümməti Peyğəmbər (s.ə.s) övladlarına bir damla suyu belə çox gördülər. Bu səhnə qarşısında əzilənin, haqqı əlindən alınanın yardımına yalnız türk çata bilərdi və çatdı da…
6
İslamiyyətin parçalanmasında Müaviyyənin və onun cəddinin rolu hər iki məzhəbdə eyni dərcədə qəbul olunur. Hərçənd bəzi sünni qardaşlarımız “həzrəti Müaviyyə”, “həzrəti Yezid” deyə müraciətlər etsə də tarixi həqiqətlər bu şəxslərin İslama vurduğu yaraları hələ də sağalda bilməyib. Bu gün mömin xəlifələrin şəhid edilməsində Müaviyyənin əli olduğu aydındır. Onun ərəblərə xas tayfa düşmənçiliyini İslama daşıması da aydındır. Müaviyyənin vəziri Mənsur bin Səlcun adlı xristian olub. Bu şəxs Müaviyyəyə yaxınlığı ilə tanınıb. O, İslama qarşı səlibçilərin bacarmadığı bir işi bacarmışdı. Onun atası keşiş Yohanna Dəməşqidir. Sünni-şiə qarşıdurmasını dərinləşdirmək üçün Kərbəla hadisəsini onun planladığı barədə məlumatlar var. Xəlifə olduqdan sonra özünü Əhli-Beytdən elan etməsi barədə məlumatlar günümüzə qədər gəlib çatıb. Uzun illər Xilafətdə Müaviyyə Əbu Süfyanın ruhuna dua oxumuşlar. “Xəlifə Mütəzid 897-ci ildə göstəriş verdi ki, məscidlərdə xütbə oxunurkən Müaviyyə Əbu Süfyanın ruhuna dua oxumağı tərk etsinlər. Hətta deyilənə görə o, Müaviyyəyə lənət oxunması göstərişini yazılı surətdə bütün əyalətlərə göndərmək fikrində idi. Onu bu fikirdən vəziri daşındırır. Bu addımın əhalinin narazılığına səbəb olacağını və Əli (ə) övladlarının güclənəcəyini, hakimiyyətə iddialarının artacağını söyləyərək onu niyyətindən döndərdi” (“İslam tarixi” III c. s. 272).Məlum olur ki,tam XIII əsrədək sünni qardaşlarımız Müaviyyəyə salavat çevirmişlər və buna Azərbaycan hökmdarı Cingizxan nəslindən olan Xudabəndə xan son qoydu.
Şiə inancına görə 874-cü ilin yanvarında – Hicri 260-cı il Rəbiül-əvvəl ayının 8-də artıq Həzrəti Mehdi (ə) qeybə çəkilmişdi. Amma Abbasi xəlifələri hələ də qorxu içində idi. Bu fakt bir daha sübut edir ki, Abbasilər hakimiyyət xatirinə Müaviyyəyə də dua etmişlər. Onlar vəziyyətdən asılı olaraq gah şiəliyə, gah da sünniliyə üstünlük verirdilər. Məzhəbləri qızışdıraraq hakimiyyətlərini möhkəmləndirməyə çalışırdılar…
Söylənənlərə görə, Əbu Müslüm Xorasani hələ əsirlikdə olarkən Abbasilərin vasitəçiliyi ilə azad edilmişdi. Əbu Müslüm Xorasanda Mərv şəhərinə ayaq basar-basmaz silahlı hərəkatın açıq mərhələsinə başladı. Qısa hazırlıqdan sonra Hicri 129-cu il Ramazan ayının 25-də (miladi 747, iyun) 60-dan çox kəndin əhalisi Mərv vadisinə toplaşaraq iri tonqallar qaladılar. (Bəzi tədqiqatçılar Əbu Müslüm Xorasaninin türk olmaması ilə bağlı versiyalar irəli sürməkdədirlər. Lakin Abbasilərin Türk qvardiyası həmişə olmuşdur və bunun əsasını da mənşəcə türk olan Əbu Müslüm qoymuşdur.O, əslən Azərbaycan türküdür və atalığı Xorasana əmir təyin olunmasıyla bağlı Xorasanda yaşamışdır. Tarixi mənbələrdə adları qalan türk-islam sərkərdələrindən Xəlifə Əl-Mənsurun hərbi komandanı olan Hammada ət-Türki, Xəlifə Əl-Mehdinin ordu komandanı (775-785) Mübarək ət-Türki və s. hamıya məlumdur. Xəlifə əl-Mütəsimin türk korpusunun (817-818-ci illər) tam sərbəst şəkildə hərbi səfərlər etməsi faktı da ərəb tarixçilərinin əsərlərində əks olunub- müəl.).
Qiyamçılar sünni və şiələrdən, hətta qeyri-müsəlmanlardan təşkil edilmişdi. Onlar qara bayraqlar altında hərəkətə keçdilər. Bir zamanlar Peyğəmbər (s.ə.s) də qara bayraq altında döyüşə yollanmışdı. Abbasilər də bu rəngi sonralar özlərinə simvol seçdilər. Özlərini Məhəmməd (s.ə.s) övladlarının qisasını almaları üçün bu rəngi seçdiklərini bəyan etdilər. Bununla da siyasi cəhətdən Əməvilərin Əbu-Müslümün qeyri-ərəb olması iddiasını alt-üst edərək ərəb təəssübü faktorundan da yararlandılar. Xorasanda ərəbləri iki yerə bölən Əbu-Müslüm bir hissənin dəstəyini qazandı. İkinci hissə isə Nəsr ibn Səyyarın tərəfinə keçdi. Əbu Sələmənin Abbasi hökumətinə tərəfdar olması barədə fikirlər mövcuddur. Amma 40 gün Abbasiləri və Xorasan ordusunu bir-birindən gizli saxlamağı bacararaq ilk müraciəti İmam Əli (ə) övladlarına etməsi onun Əli (ə) tərəfdarlarından olması faktını ortaya qoyur. Əbu Sələmə İmam Əli (ə) nəslindən və Bəni-Haşimin ən nüfuzlu şəxslərindən üç nəfərə məktub yazır. Həmin üç nəfərdən biri İmam Cəfəri Sadiq (ə), ikincisi Məhz ibn Həsən ibn Həsən (ə), üçüncüsü isə İmam Zeynəlabidinin oğlu Ömər (ə) idi. Əbu Sələmə məktubları qasidə verərkən tapşırdı ki,öncə İmam Sadiqin (ə) hüzuruna getsin. Əgər imam razılığını versə, digər iki məktubu cırıb atsın. Razı olmasa, Abdullahın yanına getsin. Abdullah razılıq versə, digər məktubu cırıb atsın. Əgər Abdullahdan da cavab almasan, onda Ömərə müraciət et. Qasid öncə İmam Cəfəri Sadiqin (ə) yanına getdi. İmam (ə) məktubu oxumadan cırıb atdı. Qasid cavab tələb edəndə isə o, “Mənim cavabımı gördün”- dedi. Qasid ikinci məktubu Abdullah Məhzə (ə) təqdim etdi. Abdullah (ə) məktubu oxuyaraq İmam Cəfəri Sadiqin (ə) yanına getdi: “Bu məktubu mənə Əbu Sələmə göndərib, məni xəlifə olmağa çağırır. Məktubu mənə xorasanlı tərəfdarlarımız gətirib”. İmam (ə) onun bu sözlərini eşidincə buyurdu: “Xorasanlılar nə vaxtdan sənin tərəfdarların olublar? Məgər Əbu Müslümi Xorasana sən göndərmisən? Xorasanlılar arasında bir kimsəni tanıyır, bir nəfərin adını bilirsənmi? Tanımadığın adamlar necə sənin tərəfdarın ola bilərlər? Abdullah da İmamın sözlərindən sonra məktuba yox cavabını verdi. Qasid Ömər ibn Əlidən (ə) də yox cavabını alınca geri döndü” (“İslam tarixi” III c. Bakı. 2005 s. 16-18). Bu tarixi olay bir daha sübut edir ki, İmamların məqsədi hakimiyyət deyil, dinin qorunması olmuşdur. Nə radikal şiələrin, nə də sünni qardaşlarımızın söylədikləri kimi Əli (ə) tərəfdarları sırf hakimiyyət uğrunda mübarizə aparmamışlar. Yoxsa ilkin olaraq bu şansı dəyərləndirə və hakimiyyəti ələ keçirə bilərdilər. Bu fakta geniş yer verməm sanki “bələdiyyə seçkilərindən” danışırmışlar kimi İmamların hakimiyyət uğrunda mübarizə aparmalarını dönə-dönə qeyd etmələridir.
7
“Əbül Abbasın nitqindən sonra minbərə qalxan əmisi Davud ibn Əli ondan bir pillə aşağıda dayanaraq dedi: “Qiyamımız ona görə idi ki, haqqımızı əlimizdən almışdılar. Biz öz əmioğlanlarımıza olunan zülmlərdən qəzəblənmişdik. Sizin düşdüyünüz vəziyyəti görəndə yata bilmirdik… Bilin ki, Peyğəmbərdən (s.ə.s) sonra bu minbərə Əmir-ül-möminin Əli ibn Abutalibdən (ə) və Əmir-ül-möminin Abdullah ibn Məhəmməddən (əli ilə Əbül Abbasa işarə edir) savayı xəlifə qalxmayıb. Bilin ki, xilafət artıq bizim əlimizdədir və onu Məryəm oğlu İsaya (ə) təslim etməyincə əldən buraxmayacağıq” (“İslam tarixi” Bakı. 2005 s.22).
“Papadan artıq katolik olmağın” mümküsüzlüyü kimi sünni qardaşlarımızın da Abbasilərdən çox sünni (əhli sünnə) olması mümkünsüzdür. Əslində burada həm sünnilər, həm də şiələr üçün birləşdirici məqamlar var.
Əbül Abbas Mərvanın (əməvi) kəsilmiş başını görəndə səcdə edərək Allaha həmd etmişdi: “Allaha şükür olsun ki, Səndən və Sənin nəslindən intiqamımı aldım. Hüseyn ibn Əlinin (ə) qanının əvəzinə 200 nəfər əməvini qətlə yetirdim. Zeyd ibn Əlinin (ə) intiqamını alaraq, Hişam Əməvinin sümüklərini qəbirdən çıxarıb yandırdım. Qardaşım İbrahimin qanının əvəzinə isə Mərvanı öldürdüm. Daha ölümdən qorxum yoxdur” (yenə orada səh. 23). Bu hadisələr hər iki məzhəbdən olan insanların iştirakıyla baş verib.
Hakimiyyətə keçən kimi Abbasilər öncə Əbu Sələməni xəyanətlə qətlə yetirdilər. Əbu Müslüm sınaqlardan sədaqətli çıxdığına, həm də ondan qorxduqlarına görə ona xeyli sonra öz xəyanətlərini büruzə verdilər. Əbu Müslümün öldürülməsi, Əhli-Beytə münasibət türklər arasında yeni narazılıqların başlanmasına səbəb oldu (755-ci il). Xorasanlı türklər Əbu Müslümün ölümündən iki ay sonra qiyam etdilər. Bir çox tarixi mənbələr bunu sonralar Hürrəmiyə adını almış üsyanın başlanğıcı sayırlar. Hürrəmilərin üsyanının uzun fasilələrlə Xəlifə Mehdi (778-779-cu illər) və Xəlifə Harun ər Rəşid dönəmlərində də davam etməsi “İslam tarixi” ilə bağlı mənbələrdə yer alıb.
Xilafətə qarşı üsyanlar heç də din xadimlərinin təqdim etdiyi kimi İslama qarşı deyildi. Çünki İslam artıq oturuşmuş bir din idi. Sadəcə xəlifələrin və onların əyanlarının özbaşınalığı, mal-dövlət hərisliyi, əsarət, ağır vergilər xalqın etirazına və qiyamlara səbəb olurdu. Məhəmməd ibn Cəfər Dibac və Əbu Sərayinin qaldırdığı qiyamlar şiə təmayüllü idi. Xalqa “Əhli-Beytin hüquqlarının bərpası” adıyla sırınan yalanlar aşkarlandıqca etirazlar çoxalırdı. Xəlifə sarayında da siyasi böhran yaşanırdı. Bağdadda xəlifəni uzaqlaşdırıb əmisi İbrahim ibn Mehdini gətirməyi planlayırdılar.
Sərkərdə Hərsəmə ibn Əyən də bu oyunların qurbanı oldu. Yəqubinin yazdığına görə,Hərsəmənin oğlu Hatəm Ərməniyyə bölgəsinə vali təyin edilmişdi. Atasının başına gələnlərdən xəbər tutunca xilafətə qarşı çıxmağa hazırlaşaraq yerli hakimlərlə və Babəklə əlaqələr yaradır. Hatəm öldürülsə də bu, Babək üsyanının çiçəklənməsinə mane olmur” (“İslam tarixi” II c. s.133). Xalqın xəlifələrə qarşı nifrəti günbəgün artmaqdaydı…
8
Məhz bu hadisələrdən sonra Xəlifə Məmun hicri 201-ci ildə İmam Rzanı (ə) özünə vəliəhd təyin edir. Xəlifəni qorxuya salan üsyan dalğası genişlənirdi. Pərakəndə üsyançıları Xilafətə qarşı mübarizədə Babək (Həsən – müəl.) bir araya gətirə bildi. Azərbaycanın bu xalq qəhrəmanına qarşı xilafətin din xadimləri hər cür böhtanlar yağdırmışlar. Əməvilər kafir, dinsiz elan etdikləri İmam Hüseyn (ə) kimi Abbasilər də Babəki kafir, atəşpərəst, zinakar, quldur və s. adlarla anırdılar. Əslində isə Babək Əhli-Beytə edilən zülümlərə, xalqın əsarətinə və babası Əbu Müslümə xəyanət edənlərə qarşı bütün dövrlərin ən böyük və uzunmüddətli üsyanına rəhbərlik etmiş qəhrəman bir şəxsiyyətdir. “Tarixçilər Babəkin əsil-nəsəbi barədə iki fikir (əslində fikirlər çoxdur-müəl.) söyləmişlər. Birincisinə görə o, Əbu Müslüm Xorasaninin qızı Fatimənin oğlu Mütəhərrin nəslindən imiş. İkincisinə görə Babək Cənubi Azərbaycanın Miməd nahiyəsindəki Bilalabad kəndində yaşayan bir qadınla əslən Mədain şəhərindən olan Abdullah adlı yağsatan bir kişinin izdivacından doğulmuşdur. Atasını erkən itirmiş Babək yerli hakimlərə xidmət edir, çobanlıqla məşğul olurdu (“İslam tarixi” II c. s.132). Bu məlumat müxtəlif mənbələrdə eyni şəkildə verilməkdədir.
Babəkin Əbu Müslümün soyundan gəlməsini Nizamülmülk də təsdiqləyir: “Bir yerə toplananda, məsələ həll edəndə, məşvərət edəndə onların sözü bu olar: Əvvəl Əbu Müslümə, Mehdiyə, Əbu Müslümün qızı Fatimənin oğlu “alim uşaq” adlanan Firuza salavat çəkərlər” (“Siyasətnamə” Bakı 1985 ). Bu fakt Babəkin həm müsəlman, həm də Əbu Müslümün soyundan olmasını təsdiqləyir. Nizamülmülk Babək hərəkatını “batini” adlandırır və İslam dini üzrə bir təriqət başçısı olmasını da təsdiqləyir. Batiniləri Qum, Kaşan, Təbəristan, Səbavar, Mavərannəhr, Qəzvin və Bağdadda qərməti, Kufədə mübarəki, Reydə xələfi, Corcanda müxəmməri, Bəhreyndə cənnabi, şərqdə seyyidi və s. adlarla adlandırırdılar (yenə orada-müəl.). Lakin qərmətilərlə batinilər arasında xeyli fərqlər mövcud idi. Daha sonra Nizamülmülk yazır: “Hürrəmdinlər (Əslində hərəkat Xürrəmi deyil, Hürrəmi adlanır. Tərcümələr vasitəsiylə xürrəmi adı yanlış şəkildə bizlərə gəlib çatıb. “H” və “X” hərflərinin ərəbcə yazılışlarının oxşarlığı bu yanlışa rəvac verib- müəl.) və batinilər bir-birinə yaxındırlar… Bu yoldanazmışlar adamları ovlamaq üçün özlərini Peyğəmbər (s.ə.s) övladlarını sevənlər kimi qələmə verirlər”( “Siyasətnamə” səh.183). Başqa fars mənbələrində isə “alim uşaq” adlı təriqətə rast gəlinir. Əbu Müslümün nəvəsi barədə deyilmiş “kudake dana” adından kudəkiyyə təriqətinin yaranması bildirilir.
9
Apardığım araşdırmalar zamanı hürrəmiliyin daha çox ələviliyə və qədim türk adət-ənənələrinə sadiqliyə bənzədiyinin şahidi oldum. Yəni mənbələr Babəkin kafir olmasını deyil, bir təriqət başçısı olmasını qeyd etməkdədir. Əbu Hənifə Dinəvəri “Əxbar Ət Tival” əsərində yazır: “Fikrimcə, ən dürüst və qəti budur ki, o, (Babək- müəl.) Əbu Müslümün qızı Fatimənin oğlu Mütəhərrin nəslindən əmələ gəlmiş və buna görə də fatimilərə mənsub olan hürrəmilər adı almışlar. Həmin Fatiməni Rəsulullahın (s) qızı ilə qarışdırmamalı” (s.309). Deməli, bir çox mənbələrdə Babəki xalqın gözündən salmaq üçün onun anası haqqında deyilənlər kin və nifrətdən doğan böhtanlardan başqa bir şey deyil. Nizamülmülk hürrəmilərlə bağlı geniş bilgi verir. Sadəcə yanlış bilgilər içərisindən bilgiləri tarixə uyğun sıralamaq vacibdir. Çünki əcdadı Firdovsinin yoluyla gedən Nizamülmülk hadisələri utanmadan saxtalaşdıra bilir. Hürrəmilərə həsr olunan fəsli diqqətinizə çatdırmağıma səbəb Əbu Müslümlə bağlı olan bilgilərdir: “Ondan sonra Harun Ər Rəşidin dövründə bu tayfalardan heç kəs baş qaldırmadı. Məzdəkin arvadı, Fadənin qızı Xorrəmə, iki adamla Mədaindən qaçıb Rey yaxınlığına gəldi və camaatı ərinin məzhəbinə dəvət etməyə başladı. Kafirlərdən bəziləri yenə də onun məzhəbini qəbul etdi. Camaat onlara xorrəmdinlər ləqəbi verdilər…
…Peyğəmbərin (s) hicrətindən 130 il keçdikdən sonra Əbu Cəfər Əl Mənsur Bağdad şəhərində “dəvət sahibi” ləqəbli (Bu ləqəbi Abbasilıəri hakimiyyətə dəvət etdiyi üçün vermişdilər – müəl.) Əbu Müslüm öldürüldükdə Nişabur şəhərinin rəisi Sunbad adlı bir kafir idi. (bu da yalandı. Hicri 131-ci ildə Nahəvənd yaxınlığında, tarixi bir məkanda 110 il əvvəl Sasani ordusunun darmadağın edildiyi yerdə Qəhtəbənin başçılıq etdiyi Xorasan ordusu Əməvilərin ordusunu darmadağın etdi. Bundan sonra hicri 132-ci ildə Qəhtəbə Kufəyə daxil oldu. Bu hərəkatın başında Əbu Müslüm dururdu-müəl.). Onun Əbu Müslümlə qədimdən dostluğu vardı. Əbu Müslüm onu irəli çəkmişdi: “Əbu Müslüm öldürüldükdən sonra o, xüruc etdi. Reyə əmir təyin edilmiş Ubeydə Hənəfini öldürdü, Əbu Müslümdən qalmış xəzinələri ələ keçirdi. Elə ki, gücləndi …Əbu Müslüm tərəfindən vəkil edildiyini irəli sürdü. (Əbu Müslüm hicri 137-ci ildə xəlifə Mənsur tərəfindən qətlə yetirilib- müəl.). İraq və Xorasan əhalisinə deyirdi: “Əbu Müslümü öldürməmişlər, Əbu Müslüm onu öldürmək istərkən Allah-Təalanın adını çəkmiş, ağ göyərçinə dönərək uçub getmişdir. İndi misdən qayrılmış bir qalada Mehdi (12-ci imam – müəl.) və Məzdəklə bir yerdə oturmuşlar. Hər üçü zühur edəcək. Məzdək onun vəziri olacaqdır. Mənə məktub göndərmişlər…” (s.166). Sinbad atəşpərəst-zərdüşti dininə mənsub birisi olaraq çox güman ki, ətrafına daha çox adam yığmağa çalışmış və bunu uydurmuşdur. Eyni vaxtda Xorasanda qiyam edən İshaq adlı türk Abbasilərin yeni valisini məğlub etdi. Xilafətin bir çox yerlərində bu hadisəylə bağlı qiyamlar oldu.
“…Rafizilər Mehdinin, Məzdəkilər Məzdəkin adını eşidincə onun başına toplaşdılar. Dəstəsi günbəgün böyüdü, axırda yüz min adam onun başına toplaşdı… Xorrəmdinlərə deyirdi: “Məzdək şiə idi, mən sizə əmr edirəm, şiələrlə əlbir olunuz, Əbu Müslümün qanını alınız…” (s.166). Burada da Nizamülmülk gələcək düşmənçiliyin bünövrəsini qoyur. Atəşpərəst olan Sinbad şiəliyi təbliğ edir. Azərbaycanın və Xorasanın qədim əhalisi əsasən İmam Əli (ə) və Əhli-Beyt tərəfdarı olması faktını Nizamülmülk özü də təsdiqləyib: “(Məhəmməd Nəxşəbi) Qalxıb Buxaraya getdi… Sünniləri yoldan çıxarır və tədricən şiəliyə gətirirdi… Xorasan əmiri Nəsr də şiəliyi Məhəmməd Nəxşəbidən qəbul etdi” (s.170-171). Yəni bölgədə aparıcı güc olan türklər Əhli-Beyt tərəfdarıydılar və Abbasiləri də “qəsbkar” hesab edirdilər. Müəllif daha sonra yazır: “Hər üç dəstənin könlünü alardı. O, Mənsurun bir neçə sərkərdəsini öldürdü, ordular məğlub etdi, yeddi ildən sonra Cümhur İcli davaya gəldi (“Tarixe Təbəri”də Cövhər bin Mərzar əl Əcəlli yazılıb –müəl.). Cümhur Xuzistan, fars (!!!) qoşunlarını toplayıb İsfahana gəldi, İsfahan könüllülərini onlara qoşub Reyə yollandı. Üç gün Sinbad bərk vuruşdu. Dördüncü gün Cümhur Sinbadı öldürdü… Xorrəmdin və Məzdək məzhəbi qarışdı” (s.166). (Çox güman ki, bu yaramaz fars çoxlu şərab içdiyindən Xorrəmin elə Məzdəkin arvadı olmasını yazmasını unudub. Elə onlar məzdəki idilər və bundan başqa heç bir mənbədə hürrəmilərlə məzdəkilərin yaxınlığı barədə söhbət açılmır. Məhz din və adət-ənənə fərqinə görə Babək Məzdəklə heç zaman birgə hərəkət etməyib.Hətta Afşin öz məhkəməsində Babəkin onlarla birləşməməsini məğlubiyyətin səbəbi kimi dilə gətirib-müəl.). Tarixən şiəliyə qarşı ən kəskin mübarizələr aparan farsların bu gün böyük kəsimi şiədir…
Sadalanan faktlar Nizamülmülkün “Siyasətnamə” əsərindən götürülüb. Sinbad heç də yeddi il müqavimət göstərməyib, elə həmin hicri 137-ci ildə (755-ci il) öldürülüb. Babəkə qədər Əbu Müslümün qisasının alınması üçün onlarla qiyam baş verib. Miladi 767-ci ildə Herat və Sistanda Ustadsız ləqəbli şəxsin rəhbərliyi ilə üsyan qalxdı. Xorasanın bir neçə şəhərini ələ keçirərək Abbasi valilərini qovdular. Beləliklə, Əbu Müslümün qətlindən (755-ci il) başlanan bu hərəkat xəlifələrin basqılarıyla yetərincə dinsizləşdirilib. Onları xalqın gözündən salmaq üçün bu hərəkat yetərincə saxtalaşdırılıb. Bu gün kimin haqlı, kimin haqsız, nəyin doğru, nəyin yalan olduğunu ayırd etmək üçün ciddi araşdırmalara ehtiyac var.
10
Din və məzhəblərin təsnifatı mövzusunda qələmə alınmış qədim və orijinal mənbələrdən sayılan “Təbsürət-ül əvam fi-mərifəti maqalat -il-ənam” kitabında (müəllif Seyyid Mürtəza ibn Dai Həsəni Razi) yazıldığına görə Hürrəmilər İslam məzhəbləri sırasında, Əbu Müslimiyyənin qolu olaraq göstərilir. Müəllif bu təriqət tərəfdarlarının özlərini şiə saydıqlarını yazır, lakin bunun doğru olmadığını söyləyir. Onun fikrincə Müslimiyyə nə şiə, nə də əhli sünnə əqidəsinə tam uyğun gəlmir. “On yeddinci firqə – Əbu Müslimiyyə. Bu firqəni ona görə şiələrə aid edirlər ki , o, (Əbu Müslüm Xorasani -müəl.) qiyam edib Allahın və Ali-Məhəmmədin Bəni-Ümeyyəyə mənsub düşmənlərindən xeyli hissəsini qırmışdı. Bil ki, bu fikir səhvdir. Əbu Müslüm imamətin şiələrin dediyi kimi İlahi göstərişlə yox, sünnülər söylədiyi kimi seçki əsasında deyil, irsən keçməsinə inanırdı. Kitabda yazılanlara görə bu firqə üç dəstəyə bölünmüşdü. Bu dəstələrin hər biri imamətin Bəni Abbas qoluna mənsub olduğuna etiqad bəsləyirdi. Fərq- Abbasi imamlığının hansı qolla, nəsillə ötürülməsində idi. Əbu Müslümiyyənin ikinci dəstəsi haqqında söhbət açan müəllif onları “rəzzamiyyə” adlandırır və yazır: “Onlar deyirlər ki, Məhəmməd ibn Əli (ibn Abdullah ibn Abbas ibn Əbdülmütalib) imaməti öz oğlu İbrahimə vəsiyyət etdi. Əbu Müslüm isə əhalini ona tabe olmağa çağırırdı. Bu əqidənin tərəfdarları gizlində iddia edirdilər ki, Əbu Müslüm dəlil və möcüzələr sahibidir. Bu dəstəyə hürrəmiyyə də deyirlər. Onlar sələflərinin şəhərlərinə səpələniblər. Başçılarının adı Rəzzam idi, buna görə də onları rəzzamiyyə adlandırırdılar…
…Bil ki, bu tayfanı hər yerdə ayrı-ayrı adlarla çağırırlar. İsfahan və ətrafında hürrəmiyyə, Qəzvində məzdəki və sinbadi, Maheyndə mühəmmərə, Azərbaycanda qövliyyə və Mavəraünnəhrdə müğan deyirlər”. Müəllif daha sonra ismaili məzhəbindən söz açır və burada da hürrəmilər barədə məlumat verir: “On səkkizinci firqə – ismaililər. Onları batiniyyə, qərməti, hürrəmiyyə, səbiyyə, babəkiyyə və mühammirə adlandırırlar” (yenə orada s.178-181). Burada Babək haqqında təhqiramiz ifadələrdən də aydın olur ki, babəkiyyə Babək tərəfdarlarından ibarətdir. Şəhristaniyə mənsub “Əl-Miləlu vən-nihəl” kitabında hürrəmilər “ğaliyyə” (ifratçılar) başlığı altında yerləşdirilib. Müəllif ğaliyyə firqəsini şiəliyin adıyla bağlayaraq yazır: “Hər şəhərdə onların öz ləqəbləri var. İsfahanda hürrəmiyyə, kuziyyə, Reydə məzdəkiyyə və sunbaziyyə, Azərbaycanda duquliyyə, başqa bir yerdə mühəmmərə (qırmızılar,yəni qızılbaşlar-müəl.), Mavəraünnəhrdə isə mübəyyəzə (ağlar) deyirlər” (N.Rəhimov “İslam tarixi” II c. Bakı 2005 s. 134-135). Deyilənlərdən aydın olur ki, Babək müsəlman idi. O, firqə, təriqət yaradacaq qədər elmli və qəhrəman birisiydi.
Bu gün dinsiz, kafir və s. kimi uydurmaları xalqa sırıyanlar, hətta Babəki dinsizlikdə ittiham edən napak adamlara sübut üçün oxumadan, tarixi öyrənmədən keçmişə daş atmamalarını tövsiyə edərdim. Bu gün türk milləti “güzgünü” qırmadan onun qarşısına keçməli, özünü tanımalıdır. Millət dünyada tayı-bərabəri olmayan bir üsyançının,milli-azadlıq fədaisinin apardığı mübarizənin miqyasını düzgün dəyərləndirməlidir.
Yazıqlar olsun ki,başı tarixi araşdırmalardan çıxmayan adamlar,ağır bir mövzudan öz tırcümeyi-halları kimi danışmaqdadırlar…
11
Maraqlıdır ki, rus-sovet alimi Y.Belyayev də Babək üsyanını (815-837) və hürrəmi hərəkatını İsmaili firqəsinə aid edir (Y.Belyayev “Müsəlman təriqətləri” Bakı 1991 s.47). Məxəzləri nəzərdən keçirdikdə Xilafətdə antitürk ovqatının güclənməsi, Xilafətin dini yaymaq əvəzinə yürütdüyü soyğunçu işğal siyasətinə qarşı yüksələn bu hərəkatın bütün dünyaya səs salması onlarla üsyanın başlanmasına səbəb olmuşdu. Qüzey Azərbaycanda (Albaniya xristian türkləri-müəl.) xristian əhali pavlikilər hərəkatı yerli işbirlikçi məmurlara və ərəblərə qarşı geniş vüsət almaqdaydı. Hürrəmilərin üsyan etmiş fars mənşəli məzdəkilərlə və Məzyərin başçılığı ilə baş tutan üsyançılarla birgə olmaması onların zərdüştlüyü, məzdəkiliyi ilə bağlı olmuşdur. Babək batil inanc sahibi deyildi. Babası İslam ordusunun komandanı olmuş birisini dinsizlikdə suçlamaq ən azı nadanlıqdır. Babəkin Cavidanın yerinə seçilməsini əsasən onun Cavidanla heç bir qan bağı olmaması səbəbindən daha çox hallandırırlar. Bütün mənbələr belə bir səhnəni təsvir edirlər: “ Şəraba çörək doğranır və bu seçimdə iştirak edənlər bir tikə götürüb yeyırlər”. Əhməd İbn Əcəm Əl Kufi, Əbu Cəfər Məhəmməd İbn Cəzir Ət-Təbəri, Əbu Mənsur Əl Bağdadi, Məhəmməd İbn İshaq ibn ən Nədim, Əbu Tahir Əl Məqdisi və bir çox başqa müəlliflər bu səhnəni kafirlik kimi təqdim etməyə çalışırmışlar.Onların türklərin andlaşma, müqavilə bağlama gələnəyindən xəbərləri yoxdur. Əslində bu fakt Babəkin türk olmasını, həm də Əbu Müslüm Xorasaninin (Əbu Müslüm Xorasana Azərbaycandan getməsi,atalığının Xorasana əmır göndərilməsi ilə bağlı olması barədə tarixi faktlar var-müəl.) türklüyünə şübhələri olanlara əsaslı bir cavabdır. Hələ qədimlərdə saqa türklərinin andlaşmasını Herodot qələmə alıb: “Skiflərdə bütün dostluq, əməkdaşlıq müqavilələri (sözləşmələr) bu cür andlaşma ilə həyata keçirilirdi. Böyük saxsı qaba şərab tökər və sözləşmədə iştirak edənlərin qanı ilə qarışdırılardı. Bunun üçün dərini cızar, ya da bıçaqla kəsərdilər. Sonra cama qılınc, ox, kaman və nizə ucluğu atırdılar. Bundan sonra uzun andlaşma başlayar, sonra isə iştirakçılar və onların hörmət bəslədiyi adamlar bu şərabdan içərdilər” (Геродот «История IV в.» стр. 254/70 Москва 2006). Bu adəti şərq xristianları türklərdən götürmüş və məzmununu bilmədən ibadətlərini çörək və şərabla dualandırırlar. Xristianlar buna liturgiya ayini adı vermişlər. Rus-sovet şərqşünası Y.Belyayev bu ayinin ələvilərdə qaldığını yazır (Mən bu faktı dəqiqləşdirə bilmədim – müəl.): “Mömin müsəlmanların təqibləri və Birinci Dünya Müharibəsinin axırına qədər Suriyada ağalıq etmiş Türkiyə hakimlərinin daim cəza tədbirləri qorxusu ələvilərə gizli təşkilat şəklində yaşamaqdan başqa imkan vermirdi. Ələvilər öz dini ayinlərini icra etmək üçün adətən gecə vaxtı bir binada, yaxud da yaxşı qoruna bilən bir evdə toplaşırdılar. Onların bu cür ayinlərinin məqsədi ibadət etmək idi ki, bu da eynilə xristianların liturgiyasına (xristianların ən əsas ibadət ayininə) bənzəyirdi. Onlar da şərq xristianları kimi belə ibadətləri çörək və şərabla dualandırırdılar” (Y.Belyayev “Müsəlman təriqətləri” Bakı 1991. s.84).
Bunu anlaya bilməyən ərəblərin yazdığı digər bir məsələ qadınların məclislərdə açıq-saçıq iştirak etmələridir. Qadını məzardan çıxararaq (doğulmuş qızları diri-diri basdırırdılar-müəl.), hərəmlərə soxan ərəblər türk cəmiyyətlərində qadının kişilərlə bərabər hüquqlu olduğunu hürrəmilərin qadınları “ümumiləşdirməsi” kimi təqdim edirdilər. Qadına əşya kimi baxan ərəblər , “bir itə yüz qadını tay tutan” sasanilər (Firdovsi) hürrəmilərdə qadın azadlığını anlaya bilməyiblər. Hadisələri qələmə alan tarixçilərin əsasən fars, ərəb olması bunları deməyə əsas verir. “Qadınların hamının malı” kimi xarakterizə edən bu müəlliflərin mövqeyini Saleh İldırım haqlı olaraq belə şərh edir: “Arilərə görə qadın borc, kirayə verilə bilər” (“İran ayn və fərhəng”Mahmud Rza İftixarzadə I c. s. 218, 330). Zərdüştülər qadını şeytani cinsdən sayaraq qınayır, alçaq elan edib yaranmasına təəssüflənərlər… Ahura Məzdə qadına dedi ki, sənin murdar olduğunu bilirəm, səni yaratdım və sənə kömək edirəm, çünki kişi səndən doğulur. Yenə sən məni incidəcəksən, əgər kişini doğmaq üçün başqa bir məxluq tapsaydım səni yaratmazdım” (S.İldırım “Babək Xürrəmdin” Bakı 2005 s. 21).
Bu fakt da Babək hərəkatının türk hərəkatı olduğunu təsdiqləyir. Cavidanın arvadının yığıncaqlarda iştirak etməsini onun aparıcı rolu olmasıyla bağlamaq lazımdır. Dövründə xalqın gözündən salınması üçün atılan böhtanlar, bu gün də Azərbaycan türkünü istəməyənlərin, onun qəhrəmanlıq tarixinə ləkə yaxmağa çalışanların əsas mövzularındandır. Babəkin liderliyi ilə bağlı söylənənlərdə qədim türk gələnəklərinin bərpasını nəzərə almamışlar. Türklərdə xaqanların seçki yolu ilə seçilməsi Xəzərdə, qədim Arattada mövcud olmuşdur. Çox güman ki, Babək də seçki yolu ilə seçilmiş bir liderdir. Saleh İldırım da bu faktı diqqətdən qaçırmayaraq yazır: “Türk xaqanı təbəqə və ya qan mənsubiyyətilə yox, şəxsi ləyaqətə görə seçilirdi. İbn Fazlan bir çörəkçinin xaqan seçilməsi üçün namizəd olduğunu qeyd etmişdi” (S.İldırım “Babək Xürrəmdin” Bakı 2005 s. 19). Xilafətin ilk illərində mömin dörd xəlifə də seçki yoluyla seçilmişdi. Sadəcə Babəki qaralamaq üçün anasına böhtan atanlar, onun “allahlıq” iddiasında olmasını qabardanlar üsyana qarşı apardıqları mübarizəyə dini don geyindirmək məqsədi daşıyırdılar. Dövrün tarixçilərindən Məhəmməd ibn İshaq ibn ən Nədimin “Kitab əl Fihrist” əsərində deyilir: “Ondan üç dəfə içəndən sonra, qadın bir reyhan budağı götürüb Babəkə uzatdı (qədim türklərdə, xüsusən Azərbaycanda, Skifiyada və Dəşti Qıpçaqda yovşan göndərmək adəti vardı-müəl). O da reyhan otunu aldı. Bu, onların toyu demək idi, sonra onlat (onun tərəfdarları) irəli gedib hər ikisinə baş əydilər, bununla da onların evlənməsini təsdiq etdilər” (Ziya Bünyadovun tərcüməsi “Azərbaycan VII-IX əsrlərdə” s. 302).
Başqa bir mənbədə isə Babək hərəkatının inancı ilə bağlı fikirlər var. Əbu Mənsur əl Bağdadi “Kitab əl-Fərq Beyn əl Firaq” əsərində yazır: “Babəkilər dağda bayram gecəsi keçirirlər, yığışıb şərab içir və tütək çalırlar. Həmin gecə kişi və arvadlar bir-birinə qarışırlar. Çıraq və tonqallar söndürüləndən sonra kişilər arvadlarla birgə yatırlar” (yenə orada səh.303). Əski müəlliflərin yazılarında təsvir olunan hadisələrin ağızdan-ağıza eşidilmiş əsassız xəbərlərdən ibarət olması anlaşılır. Əl Bağdadi daha sonra yazır: “Babəkilər öz dinlərinin meydana gəlmələrini Şirvin adlı əmirə (hökmdara) istinad edirlər ki, o da İslamdan əvvəl olmuşdur. Onlar iddia edirlər ki, onun atası zənci, anası isə İran şahlarından birinin qızı idi. Onların iddiasına görə, Məhəmməd (s) və digər peyğəmbərlərə görə Şirvin daha ləyaqətli idi. Onlar dağda müsəlmanlar üçün onları namaza çağıran məscid tikmişdilər. Onlar öz uşaqlarına Quran oxumağı öyrədir, lakin gizlicə namaz qılmır, Ramazan ayında oruc tutmur və kafirlərə qarşı cihadı məcburi hesab etmirlər”(yenə orada s.303). Əl Bağdadi də digər yazarlar kimi öz-özünü təkzib edən məlumatlar verməkdədir. Eyni taktika digər tarixçilərin də əsərlərində mövcuddur. Əbu Tahir əl Məqdisi də öz “Kitabi əl-Bəd və Tarix” əsərində çeşidli böhtanlar yağdırır. Məqdisi Babəkin anasının Azərbaycanın bir kəndindən olan yoxsul taygöz qadın, atasının Abdullah adında Savaddan olan nəbati kimi təqdim edir (s.114/307). Bir çox tarixçilər Babək doğulmadan atasının ölməsini yazırlar və Babəkin qardaşı Abdullah haqqında da məlumatlar verirlər. Əgər Babək doğulmadan atası ölmüşdüsə,onun kiçik qardaşı Abdullahla bağlı heç bir ögeylik sözü yoxdur. Üstəlik, bir çox mənbələrin Babəki Əbu Müslüm Xorasaninin nəslindən sayması və Əbu Müslümün Abbasilərin qaçıb gizləndiyi bir dövrdə Əməvilərin hakimiyyətinə son qoyması faktı danılmazdır. Çünki 719-755-ci illərə aid sikkələrdə Əbu Müslüm Xorasininin (əsl adı Əbdürəhman ibn Müslüm-müəl.) adı da həkk edilirdi. Yəni bu nəslin Abbasilər hakimiyyəti üzərində haqları vardı. Həmçinin Əbu Müslüm qiyamının da qayələrindən ən başlıcası Peyğəmbər (s) övladlarının qisasının alınması olmuşdur. Babəklə bağlı bir çox mənbələrdə də Peyğəmbər (s) övladlarının qəsb olunmuş haqlarından söz açılması heç də təsadüfi deyil. Çünki bir təriqət başçısı olan şəxsin nəslindən olan Babəkin kafir, odpərəst və s. olması, Yezidin İmam Hüseyni (ə) kafir, dinsiz adlandırması kimi bir şeydir. Araşdırmalar zamanı qarşılaşdığım bir məlumatı qeyd etmək yerinə düşər: “Səfəvi sülalə banilərindən biri olan Şeyx Heydər üsyanı olmuşdur. Tarixçi Fəzlullah ibn Ruzbhan Şeyxin üsyanı haqqında belə məlumat verir: “Həmin 893 hicri (miladi 1488-ci il) ilinin hadisələrindən miskin şeytanın, yəni ərdəbilli Şeyx Heydərin üsyanını göstərmək olar. O qalxmaq istəyirdi, lakin məğlub edildi… O, vaxtının çox hissəsini öz əməliyyatı üçün qılınc və nizə hazırlamağa sərf etdi. Rum, Talış və Qaradağdan (IX əsrdə hürrəmilər hərəkatının vətəni -Z.B.) çoxlu adam onun yanına toplaşdı və deyirlər ki, onlar şeyxi özlərinə məbud hesab edir, dua və ümumi namaza fikir verməyib ona qiblə kimi baxırdılar… Şeyx onların arasında ibaha etiqadını və Babəkin qayda-qanunlarını təbliğ edirdi” (Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə Bakı.1989 s. 270).
Ümumiyyətlə, fars və ərəblər türklər barədə məlumatları daim kafirliklə bağlamağa can atıblar. Burada maraqlı olan bir məqam səfəvilərin də qədim türk adət-ənələrini bərpa etmək istəklərinin olmasıdır. Bu da Səfəviləri farslaşma, din parçalama kimi yanlış suçlamalara qarşı ən gözəl bir cavabdır. Sadalanan faktlar bir daha Babəkin atəşpərəstliklə heç bir əlaqəsinin olmamasını göstərir. O, sadəcə ərəb işğalına, sərxoş xəlifələrin türk xalqına verdiyi işgəncələrə qarşı çıxış etmiş bir müsəlman sərkərdəsi idi. Hərçənd bir çoxları xəlifələrə sərxoş deyəndə təhqir kimi yozmağa çalışırlar. Tarixi mənbələrdə Müaviyyədən başlayaraq Abbasilər daxil bütün xəlifələrin şərab içməsi, musiqi məclisləri düzənləməsi və s. kimi onlarla tarixi fakt mövcuddur: “Mütəvəkkilin sarayda əyləndiyi bir xanım müğənni yoxa çıxır. Xəlifə onun İmam Hüseyn (ə) türbəsini ziyarətə getməsini anlayınca qəzəblənir. Deyilənlərə görə,bu xanım Kəbəyə getsəydi, xəlifə Kəbəni yerlə-yeksan edəcəkmiş. O, qəzəbindən İmam Hüseynin (ə) məzarını dağıtmağa əmr edir. Müsəlmanlar bu əmrə qarşı çıxınca bu işi yəhudi Dizyəcə tapşırır. Məzar dağıdılır. Fərat çayından bir qol çəkərək məzarın sular altında qalmasına başlanan iş suların məzara yaxın düşməməsiylə sona yetir. Bu dağıntı ərzində gördüyü möcüzələrə görə yəhudi Dizyəc müsəlman dinini qəbul edir”. “İslam tarixi” əsərindən götürdüyüm bu rəvayəti oxuyunca düşündüm ki, Peyğəmbər (ə) övladlarının möcüzələrini görən yəhudilər, xaçpərəstlər dönüb müsəlman, amma bu möcüzələri görən xəlifələr və müsəlmanlar isə vəhabi olurlar.
Yaxud ikinci rəvayəti diqqətlə oxuyun: “Bir gün Mötəsim şərab məclisində oturmuşdu, qazi Yəhya bin Əksəm də orada idi. Mötəsim məclisdən durub o biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra dışarı çıxıb şərab məclisinə gəldi. Sonra hamama gedib, üç dəfə qüsl etdi, dişarı çıxıb canamaz istədi, iki rükət namaz qıldı, sonra yenə də şərab məclisinə gəldi. Qazi Yəhyaya dedi: “Bu namazı nə üçün qıldığımı bilirsənmi?” Yəhya: “Yox!”. Dedi: “İzzət və cəlal sahibi Allahın əta etdiyi çoxlu nemətlərdən biri üçün idi”. Yəhya dedi: “Əgər böyük rəy sahibi lazım bilirsə desin, biz də şad olaq”. Dedi: “Mən bu saat üç qızın bəkarətini aldım. Bunların hər üçü mənim düşmənlərimin – Biri Rum padşahının, ikincisi Babəkin, üçüncüsü Məzyarın qızı idi” (Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk “Siyasətnamə” Bakı 1987 s. 183). Bu gün “din başçısı” deyə bizlərə soxuşdurulan xəlifə şərab içir, kafir elan etdiyi üç qıza təcavüz edir, zinakarlıqdan sonra iki vədəsiz namaz qılıb, Allaha şükr edir və yenidən şərab məclisinə qayıdır. Bu fakt sünnü-şiə qarşıdurmasının əsasını qoymaq üçün Peyğəmbər (s) adından yalan, saxta hədislər uyduran Nizamülmülkün əsərindən götürülüb. Belə xəlifələrdən bizə qalan bu savaşı sürdürməyə dəyərmi? Allah bizi belə günahlardan qorusun…
12
Yəni üsyançı Babək belə xəlifələrdən daha imanlı idi. Xəlifələrin İslamı aradan qaldırmaq gücündə təsvir etdiyi Babək üsyanı əslində Abbasilərin hakimiyyətini yer üzündən silə bilərdi. Tarixi mənbələrdə Babək dövrü də yetərincə yanlış bilgilərlə anladılıb.Çünki o dövr ərəb-türk düşmənçiliyi yüksək həddəydi.Türk millətinə və türk sərkərdələrinə qarşı törədilən xəyanətlərə qarşı narazılıq həmişə olmuşdur.İbnül Əsir “Tarih-ül Kamil” əsərində artıq oturuşmuş İslam dini xəlifələrinin və ərəblərin türklərə münasibətini diqqətinizə çatdırmaq istərdim:”Xaçlıların Antakya yaxınlarında məşhur yamyamlıqları (adam yemələri) ərəbləri sevindirmişdi.Aclıq çəkən xaçlılar türk şəhidlərinin cəsədlərini məzarlardan çıxarıb kabab edərək yedikləri tarixin daima haşiyət və lənətlə anacağı bir vəhşət xatirəsidir.Bir gün 1500 şəhid cəsədi çıxarılmış və 300 nəfərin mübarək başı kəsilərək Misirdəki xəlifeyi İslamın ehli-salib (səlibçi) ordugahında türklərə qarşı ittifaq razılığına gəlmiş elçilərinə göstərilmişdir…Misir xəlifəsinin elçiləri türklərin bu şəkildə öldürülmələrinə sevindilər…İştə bunlarla sabitdir ki,sünni və şiə ərəblər arasında ortaq olan ulusal və tarixi Türk düşmənliyi əhli-səlibin müsəlman türkə qarşı göstərdiyi dini kin və qərəzdən,nifrətdən heç də az deyildi.Zatən sünni ərəblər arasında əhli-salib ordularına muzdla əsgər yazılanlar belə vardır və hətta bunlar önəmli yekunlar tutmaqdadırlar” (Prof.Dr.İlhanArsel.Arap milletçiliği ve Türkler.Kaynak Yay.269.7.basın şubat 2011 s.280-281).İbn-Əl İbri adıyla məşhur olan Qriqorius Əbulfərəc ibn Əhrun “Tarixi Müxtəsər əd-Düvəl” əsərində (Z.Bünyadovun tərcüməsində s.304) yazırdı: “Onun (Babəkin- müəl.) tərəfdarları nə kişiyə, nə qadına, nə cavana, nə də uşağa rəhm etmirdilər, həm müsəlmanları, həm də zimmiləri öldürürdülər. Onların əliylə qırılanları saydılar – 255.500 nəfər oldu”. “Babək Tusini məğlub edərək yüz əlli minlik ordusunu qovdurdu…” (M.Kolanqatlı “Albaniya tarixi” Bakı 1993 s.195). Babək Azərbaycanın böyük bir hissəsini ərəb işğalından azad etmişdi. Quzey Azərbaycanın da böyük hissəsi Babəkin nəzarəti altında idi. Digər ərazilərə isə xristian alban türklərin pavlikilər üsyançıları nəzarət edirdilər. “…Babək Şimalı Azərbaycanın bir sıra vilayətlərini fəth etsə də onlarla (pavlikilərlə) hesablaşırdı” (Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə Bakı .1989 s. 218). Babək üsyanı zamanı öldürülənlərin sayı Əl Əsirdə və digər bütün mənbələrdə isə 255.500 nəfər olaraq göstərilib. Bu, orta əsrlər üçün çox böyük rəqəmdir. Babəkin məğlub olmasını ən yaxşı qələmə alan isə Əbu Cəfər Məhəmməd ibn Cəzir ət-Təbərinin “Tarixi ər-Rəsul vəlmüluk” əsəridir (Təbəri s.299. yenə orada): “İbn Sunbat Babəki Afşinə satdıqdan sonra bir nəfər adam göndərməsini xahiş etdi. Babək bu adamı tanımadığına görə soruşdu: “Bu adam kimdir?” İbn Sunbat dedi ki, bu adam Xorasandandır. O, xaçpərəstdir və çoxdan bizdədir – bununla usruşanlıya başa saldı ki, nə demək istəyir. Sonra Babək soruşdu: “Nə vaxtdan burada qaldın?” O, cavab verdi: “Filan ildən”. Babək soruşdu: “Necə oldu ki, burada qaldın?” O adam cavabında dedi: “Mən burada evlənmişəm”. Babək dedi: “Sən doğru deyirsən. Bir adamdan soruşanda ki, haralısan, cavab verər: “Arvadımın doğulduğu yerdən” (Bu deyim bu gün də Azərbaycan türkcəsində qalmaqdadır) (s.295).
…Babək soruşdu: “Siz kimsiniz?” Onlardan biri cavab verdi: “Mən Əbu Səidəm”. O biri dedi: “Mən Buzbarayam”. “Yaxşı”- deyib Babək atdan düşdü. İbn Sunbat ona baxırdı. Babək onun üzünə baxıb dedi: “Olmaya sən məni yəhudilərə (ərəblərə) cüzi bir pula satmısan? Əgər sən pul istəyirdinsə məndən istəyəydin, mən sənə ondan çox pul verərdim” (s.296 .Burada bir faktı bir daha təkrar edim ki, Səhl Sunbat Qaraman-Qıpçaq Ərməniyyəsindən idi. Bu şəxsin haylara heç bir dəxli olmadığı, Babəklə eyni dildə danışması ərmənilərin türk olmalarını sübut edir- müəl.).
Babəkin tutulması xəbəri bütün xilafətə yayıldı. “…Lakin hər tərəfi çəpərləmiş gənclər və qadınlar onu görəndə üzlərini sillələməyə başladılar və fəryad-şivən qopardılar ki, səsləri asimana ucaldı. Afşin onlara dedi: “Dünən axşam siz fəryad edirdiniz ki, o sizi əsir etmişdir, bu gün isə onun üçün ağlayırsınız. Allah sizə lənət eləsin!” Onlar isə dedilər: “O, bizə yaxşı baxırdı” (yenə orada. S.296).
İbn Kəsir “Əl Bədiyyə” əsərində yazır ki, Xəlifə Mötəsim iki gün yol getdi ki, bir an əvvəl Babəki görsün, amma Babək onu tanımadı. Deyilənlərə görə,Babək 20 il ərzində 255.500 nəfər öldürmüşdü. Yəhya ibn Müaza, İsa ibn Məhəmməd ibn Əbu Xalidə, Əhməd ibn əl Cüneydə (onu əsir almışdı-müəl.), Süreyk ibn Əli ibn Sədəqə, Məhəmməd ibn Humeyd ət-Tusiyə və İbrahim ibn əl Zeysə qalib gəlmişdi. Babəkin son döyüşündə özü ilə birlikdə 3309 nəfər adam əsir alınmış, onun yanında əsir olan 7600 nəfər müsəlman qadın və uşaq azad edilmişdi. Babəkin 17 oğlu və 23 nəfər qız-gəlini Afşinin əlinə keçmişdi (Təbərinin məlumatları Ziya Bünyadovun tərcüməsində s.299). Maraqlı burasıdır ki, Babəkin üzərinə göndərilən sərkərdələr ərəb sərkərdələridir, onların arasında türk əsgərlər olsa da türk sərkərdələr yoxdur. Bəzi mənbələr, xüsusən Azərbaycanın müasir tarixi Afşini türk sərkərdəsi sayır. Bu, yanlışdır. Afşin Soğdiyalıdır. Soğdların farsdilli olmamasını arxeologiya təsdiqləyib. “Soğdların dövləti və dili təxminən iki min il əvvəl məhv olmuşdur. Bu yaxınlarda dilşünaslar aşkar ediblər ki, Pamir dağlarında, bir neçə qışlaqda yaqnoblar – öz əcdadları soğdların dilini mühafizə etmiş kiçik xalq yaşayır” (A.Kondratov “Sirdən biliyə doğru” Bakı 1975 s.6). Ənənəvi ərəb xəyanətinə uğrayan Afşini qazandığı qələbədən sonra yaşatmaq öz hakimiyyətini təhlükəyə atmağa bərabər idi. Afşini suçlayanlar onu sünnətsiz, atəşpərəst, bütpərəst, firon, qiyamçı, guya Babəkə “kömək etmiş” və s. ittihamlarla ittiham etdilər. Xilafət tarixçiləri evindən tapılan “Zarava” adlı kahinlər kitabı, bütə bənzər fiqurlardan bəhs edirlər. Onun usruşan dilində məktublar yazaraq əcdadlarının taxtını qaytarmaq istəməsi də qeydlər arasındadır. Afşin sadəcə türklərə sığınmışdı. Ona görə də ərəblər fərq qoymadan ona “bəy” deyirdilər. Təbəri (III c. s. 1310-1311) yazır: “Belə müraciət (bəy) Orta Asiya türklərinin müraciətidir. Afşinin məhkəməsində müəyyən olundu ki, özünə ərəblərin “İlah Əl-alihat” sözüylə müraciət etməyə icazə verirmiş”. Babəkin məğlubiyyətindən əvvəl Məzyər asanlıqla məğlub edilir. Ardınca Peyğəmbər (s) soyundan gələn İmam Məhəmməd Təqi (ə) 835-ci ildə şəhid edilir. Babək 838-ci ildə edam edilir və Afşini də edam edirlər. Xəlifə özünə qarşı təhlükə yaradan bütün gücləri neytrallaşdırdı.
13
Babəki hiylə ilə ələ keçirən Afşinin edam olunması hürrəmilər hərəkatının yeni dalğasının başlanması ilə eyni vaxta təsadüf edir. Bunun xalqın Babəkə sevgisindən xəlifənin qorxması səbəbindən həyata keçirilməsi ağlabatandır. Babəki satan Səhl ibn Sunbat onu tanıdı, çünki bundan əvvəl Babəkə əsir düşmüşdü və çoxlu pul verib canını qurtarmaq istəmişdi, ancaq Babək qəbul etməmiş, onun gözü qarşısında anasının, bacısının və arvadının başına pis işlər gətirmiş, çünki bu “İblis” əsir olanlarla, onların arvadları ilə belə rəftar edirdi” (s.114/308).
Mənbələrdən aydın olan bir şey, Xilafət xalqının yollar boyunca kilometrlərlə ərazilərə düzülərək Babəki görməyə axışmasıdır. Maraqlıdır ki, heç bir mənbədə Babəkə qarşı xalq nifrəti nümunəsi qələmə alınmamışdır. Üstəlik,hamı görsün deyə ona hazırlanan filin heç zaman belə bəzədilməməsini Əhməd ibn Əcəm Əl Kufi “Kitab Əl Fütuh” əsərində qələmə alıb.
Hər halda Babək dünyanın gördüyü ən böyük üsyançı idi. Qarşısında imperiyalar diz çökən xilafətin onlarla ordusunu darmadağın elədi. Babək Əhli-Beyt sevdalı bir müsəlman idi. Nizamülmülk şiələri gözdən salmaq üçün daim Babəkin adını çəkir: “Bu yoldan azmışlar(Babək nəzərdə tutulur-müəl.) özlərini peyğəmbər (s) övladlarını sevənlər kimi qələmə verərlər” (“Siyasətnamə” Bakı 1987 s.185).
Babək gerçək bir qəhrəmandı. “İbn Təqriberdi deyir ki, “Babək öz zəmanəsinin qəhrəmanı və xilafəti dəhşətə gətirən bir igid idi” (Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə Bakı 1989 s. 256). Babək Hürrəmini Mötəsimin yanına gətirdilər. Mötəsim əmr etdi ki, Babəkin əllərini və ayaqlarını onun gözü qabağında kəssinlər. Əvvəlcə onun sağ qolunu kəsdi, qan axanda Babək bütün üzünü qana boyadı ki, üzündə zərrə qədər də yer qalmadı. Mötəsim dedi: “Ondan soruşun, nə səbəbə belə etdi?” Babəkdən soruşdular, o da belə cavab verdi: “Xəlifəyə deyin: “Sən əmr etdin məni şaqqalasınlar, mənim edamım üçün sən vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola bilməz ki, məndən axan qanı dayandırmağa sənin hökmün yetməz və nə qədər ki, başım kəsilməyib bu qan axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçıb solsun. Adamlar da elə düşünər ki, guya mən elə əvvəldən ölümdən qorxurammış. Məhz buna görə belə etdim, yoxsa qanımın axdığı üçün etmədim. Mən üzümü qana boyadım ki, üzümün rəngi qaçmış kimi görünməsin”. Onda Mötəsim dedi: “Əgər onun gördüyü və bağışlanmasına imkan verməyən işlər olmasaydı, bu faydalı adamı saxlamaq düzgün olardı”… Onun əl-qolunu kəsdikdən sonra başını kəsdilər. Sonra Babəkin əllərini, ayaqlarını və başını qarnına soxaraq neft tökərək yandırdılar” (Ət Tənuhi “İşvar” s.75). Babəkin qardaşını da şaqqaladılar. Bu qəhrəmanların qışqırtı, ah-nalə etməmələri müəlliflərin heyrətinə səbəb olmuşdu…
Tarixin istehzasına baxın. Babəkə qalib gəldiyinə görə başına tac qoyulan soğdiyalı Afşin az sonra mühakimə edildi. O, bütpərəstlikdə günahlandırılırdı. Ondan nə üçün sünnət olunmadığını soruşanda “qorxduğu üçün sünnət olunmadığını” söyləmişdi. Afşinin mühakiməsi zamanı ortaya çıxan bir faktı Ət Təbəri qələmə alıb. Buradan aydın olur ki, əslində Afşin Məzyərlə razılaşdığı və ona da təklif edilən Xosrov dövrünə uyğun Sasani dövlətini qurmaq istəyinə qarşı, məhz Babək çıxmışdır.
Bu gün özü dəstamaz tanımayan, Babəki kafirlikdə ittiham edən adamların bir az oxumaları məsləhətdir. Çünki bizim inandığımız İlahi kitab da “Oxu!”- deyə əmr
edir…
14
Şiələrin də Əməvilərdən ancaq bu qədər qisas ala biləcəyini düşünərdim. Bu gün İmam Cəfəri Sadiqin (ə) imtina etdiyi bir hakimiyyətin davasını sünni qardaşlarımızla döymək yersizdir. Qoy bizim dini mübahisələrimiz təsəvvüf və irfan üstündə olsun. Qoy hər iki məzhəbin nümayəndələri Allahı kimin daha çox sevməsi üçün yarışsınlar. Bu gün hədislərin dinimizə ziyan verdiyini hər birimiz görürük. Amma hədislərsiz də ötüşmək olar. Bir deyim var: “Yalançının şahidi yanında olar”. Əfsuslar olsun ki, uydurulmuş onlarca hədis,məhz yalançılara şahidlik etməkdədir. İslam aləmi bunun fərqinə varmalıdır. Qoy bizim şahidimiz Qurani-Kərim olsun ki, biz də yalançı durumuna düşməyək.
Məzhəblərarası mübahisə predmetinə çevrilən məsələlərdən biri də Əhli-beytlə bağlıdır. Əslində hər iki məzhəbin bu mövzuda birləşməli olduğunu düşünsək də, reallıqda fərqli mənzərəylə rastlaşmaqdayıq. Bir qrup İmam Əli (ə), İmam Hüseyn (ə), İmam Həsən (ə) və Fatimə anamızı, bir qrup təkcə Hz.Aişəni, başqa bir qrup isə Əhli-beytə digər ev əhlini də əlavə edirlər. Müaviyənin xəlifəliyi dönəmində Müaviyə özünü Əhli-beyt adlandırırdı. İstər keçmişdə, istərsə də indiki anlamda Əhli-beyt geneloji olaraq nəslin davam etməsi deməkdir. Müsəlman olan hər bir kəs bilir ki, Allahın təqdiriylə Peyğəmbərimizin (s.ə.s) oğlu olmamış (kiçik yaşlarında vəfat etmişlər-müəl.), digər qızlarından da nəvələri dünyaya gəlməmişdir. Çox güman ki, İlahi bir nədənlə Peyğəmbər (s.ə.s) soyunun Allah Həzrəti Fatimə və Həzrəti Əli izdivacından doğulan övladlarla davam etməsini istəmişdir. Bu xüsusu hər iki məzhəb qəbul etməkdədir. Bu gün Həzrəti Peyğəmbərimizin (s.ə.s) bizə buraxdığı ikinci əmanətlə bağlı müzakirələrə belə hörmətsizlikdən başqa heç bir ad vermək mümkün deyil. Belə çıxır ki, Məhəmməd (s.ə.s) öz Əhli-beytini bu adamlar qədər müəyyən edə bilmirmiş? Adi bəşəri həqiqəti mübahisə predmetinə çevirmək, deməli kimlərəsə lazımdır. Peyğəmbərimizin (s.ə.s) dediyi: “Mən elmin şəhriyəm, Əli isə onun qapısıdır” – sözləri hər bir məzhəbin qəbul etdiyi bir məqamdır. Amma Əli (ə) haqqında danışılan kimi bu danışan şiədirsə, mütləq sünnülər Əbubəkr(r.a), Ömər(r.a) və Osmanın(r.a) xəlifəliyindən danışmağa başlayırlar. Əlbəttə bu üç şəxs İslam tarixində Əli (ə) ilə bərabər dörd mömin xəlifə kimi anılacaq. Bu gerçəyi nə şiələr, nə də sünnülər dəyişə bilməz. Əlinin (ə) vəlayətinə gəlincə isə fikirlər haçalanır. Burada hər iki tərəfin ən böyük din və elm xadimlərinə bir sual ünvanlayıram: “124 min peyğəmbərdən bizə məlum olanlarından hansı vəlayətlərini səhabələrinə əmanət etdi?”
Sünni qaynaqlarının təsdiq etdiyi hədisdə deyilir: “Sad bin Abu Vakkasın (r.a) dediyinə görə, Təbük Səfərinə gedərkən öz yerinə Mədinədə təyin etdiyi Əli (ə.s) Allahın elçisinin (s.ə.s) yanına gələrək soruşdu: “Nədən məni arvad və uşaqların içərisində qoymaq istəyirsən?” Peyğəmbər (s.ə.s) dedi: “Sənin durumun mənə görə Musanın yanında Harunun durumu kimidir. Məgər bundan narazısan? Sadəcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq” (Сахих аль Бухари «Достоверные предания» Москва 2005 с. 645 hədis: 1618(4416).
Həzrəti Əlinin (ə) bu durumu hər üç xəlifə tərəfindən gözlənməsi faktı həm şiə, həm də sünni mənbələrində göstərilib. Şiələr Allahın Arslanı, qılıncı olan Əlinin (ə) dəfələrlə rəyini soruşduğu, həmçini Qurani Kərimin tərtibi ilə bağlı son rəyi Əli (ə) tərəfindən verildiyi , Həzrəti Ömər və Həzrəti Osmanın ondan məsləhətlər alması fikri sabitdir. Bu da Əli (ə) vilayətinin dini-mənəvi olmasını sübut edir. Xəlifə Osmanın (r.a) qətlindən sonra Əli (ə) xəlifəliyi Ömərin (r.a) oğlu Abdullaha təklif etməsi, onun da bu təklifi qətiyyətlə rədd etməsi həm hədislərdə, həm də tarixi mənbələrdə əks olunub. Hətta o dövrləri əks etdirən “Albaniya tarixi”ndə (M.Kolanqatlı-müəl.) Xəlifə Osmanın (r.a) öldürülməsindən sonra Ömər ibn Xəttabın (r.a) oğlu Abdullah (r.a) xəlifə kimi göstərilmişdir. Bu da yuxarıda söylənənləri bir daha təsdiqləyir. Amma məlumdur ki, Əli (ə) tərəfdarı olanlar, mömin xəlifələr haqqında Peyğəmbərin (s.ə.s) söylədiyi sözləri nə tez unutdular: “Ümmətimin ən mərhəmətlisi Əbubəkr, dində ən sağlam olanı Ömər, ən həyalısı Osman, ən yaxşı hökm verən isə Əlidir”. Bu adları bu gün küfrə alət edən kim olursa-olsun müsəlmanların və İslamın dostu ola bilməz. Çünki bu xəlifələrin özlərinə ailələrindən deyil, dostlardan varis buraxmaları onların Allah dostu olmalarını sübut etmək üçün yetərlidir.
15
Bu gün şiələr arasında cahiliyyətdən öncəki həyatlarını əsas götürərək Həzrəti Aişə, Əbubəkr (r.a) və Ömər (r.a) haqqında hədyanlar danışır və təhqirlərə yol verirlər. Bu hər iki məzhəbdə rafizilik adlandırılır və qınanır. Bu küfrləri şiələrin adına yazmaq ən azı araqarışdıranların işinə bənzəyir. Çünki şiəyə, ələviyə də şər atıb, kafir deyən sünni də rafizidir… İslam uğrunda mübarizələrdə sınanmış səhabələri təhqiramiz sözlərlə anan şəxslərin müsəlman olmaları şübhəlidir. İmam Əli (ə) Həzrəti Osmanla bağlı öz övladını vurması, Həzrəti Ömərin xaricilərin minbərlərindən Həzrəti Əliyə (ə) tənələr etdiyi, lənətlər yağdırdığı, İslam dinini qüvvədən saldıqları bir zamanda üsyana qarşı çıxması faktı tarixin yaddaşındadır. “Bir tayfa doğru yolla gedən xəlifələri, başqaları isə möminlərin əmiri Həzrət Əli başda olmaqla İmam Hüseyni (ə) və Həzrət Abbası (ə) lənətləyirdilər. Bu iki dəstə öz aralarında da çəkişməkdəydilər, onlar odpərəst idilər. Ömər ibn Əbdül-Əziz (r.a) bu müxalifəti aradan qaldıraraq İslam dinini yeniləşdirdi” (“Əmir Teymurun vəsiyyətləri” Bakı. 1991 səh.52). İstər Qurani-Kərimin tərtib olunaraq kitab şəklinə salınmasında, istər ədalətli qərarların verilməsində üç xəlifə daim Əli (ə) ilə məsləhətləşiblər. Yəni tarixi faktlar bu gün söylənənlərin heç də hamısını təsdiqləmir. Həzrəti Aişə ilə bağlı hədyanlar uyduranlar bir yanlışlıq səbəbindən 30 minlik qoşunla Əli (ə) üzərinə yeriməsini və Əlinin (ə) 20 minlik qoşunla onu məğlub etməsini əsas götürürlər. Amma yekunda Əli (ə) böyük bir ehtiramla Həzrəti Aişəni “anam” deyə qarşılayır. Həzrəti Aişə isə: “Kaş ki doğulmasaydım və Əliyə qarşı vuruşmasaydım” – deyə öz peşmançılığını bildirir. Bu, sadəcə Müaviyyənin araları ibliscəsinə qataraq iki mömin şəxsi qarşı-qarşıya gətirməsidir. Həzrəti Aişənin (r.a) öz yanlışını anladığı məlum və bu gün bu xanımlar xanımını, adı Quranda keçən birisini söyən şiə deyil, heç şiənin iti belə ola bilməz.
Türkün elm adamları, tarixçi və şairləri, dastanları dörd xəlifəni mömin olaraq qəbul ediblər. Yalnız nə Müaviyənin, nə də Yəzidin adı heç bir əsərdə anılmamışdır. “Kitabi Dədə Qorqud”da deyilir:
Məhəmmədin sağ yanında namaz qılan
Əbubəkr Siddiq görkli…
Qılıc çaldı, din açdı Şahi – mərdan Əli görkli
Əlinin oğulları, – peyğəmbər nəvələri
Kərbala yazısında yezidilər əlində şəhid oldu
Həsən ilə Hüseyn iki qardaş bilə görkli… (səh. 21)
Şeyx Nizami Gəncəvi, Əlişir Nəvai və bir çoxları bu dörd xəlifəni rəhmətlə anmışlar. Dahi Nizami Gəncəvi yazırdı:
Həm də dörd xəlifə şəhadətiylə,
Yüzlərlə eşq olsun dördünə belə.
(“İsgəndərnamə” səh.21)
yaxud:
Əlinin eşqində sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm.
Hər iki nur ilə nurlanır dimaq,
Əbubəkr bir şamdır, Osman bir çıraq.
(“İsgəndərnamə” səh.28)

Nizami Gəncəvinin “Əlinin eşqində sabitqədəm” olması bütün türklərdə vardı. Bu sevginin səbəblərini açıqlamaq üşün onlarla kitab yazmaq olar. Bu sünnü təriqət imamları Hənəfinin və Şafiinin Əhli-Beytə üstünlük vermələri, onları öz zamanlarında şiə, rafizi adlandırılmaları, hətta Şafiinin əgər şiəlik Əhli-Beyti sevməkdisə, mən “Şiədən də şiəyəm” – deməsini xatırlatmaq yerinə düşər.
Ərəb səyyahı İbn Battuta Böyük Tatariya (indiki Rusiya) ərazisində rastlaşdığı bir əhvalatı öz “Səyahətnamə”sində belə nəql edir: “Uzaqdan bir kilsə gördüm. Monaxı (qamı) tapdım. Kilsə divarlarında əlində qılınc və nizə tutmuş çalmalı (əmmaməli) bir ərəb rəsmi gördüm. Bu rəsmin qarşısında şam yandırılmışdı. Ondan soruşdum: “Bu kimin şəklidir?”. O dedi: “Bu, Peyğəmbər Əlidir”. Ərəb səyyahının bu ərazilərdə təxminən 1335-ci ildə olması və bir qıpçaq məbədinə getməsi aydındır. Maraqlı burasıdır ki, müsəlman olmayan türklərin də arasında Əliyə (ə) qarşı bir sevgi vardı…
Bu yaxınlarda (2014-cü il) televiziyada İranın dini lideri, əslən türk olan İmam Xamneyinin çıxışını dinlədim. O deyirdi: “Əhlü-sünnət müqəddəslərinə küfr edib, həqarət edən şiə – düşmən xidmətçisidir. Şiə və sünni müsəlmanlar arasında nifaq, bölücülük və ayrım yaratmağa çalışan istər şiə olsun, istərsə də sünni olsun bilsinlər ki, İslam düşmənlərinə xidmət edirlər. Bilərəkdən, yaxud bilməyərəkdən, fərq etməz. Şiələr arasında da, Əhli-sünnət arasında da Əhli-sünnət müqəddəslərinə küfr və həqarət etmək üçün vəzifələndirilmiş şəxslər vardır. Bu, şəriətcə haramdır”.
16
Yoxsa bir şiə sapığı həddi olmadığı halda, peyğəmbər səhabələrini söyməklə, bir sünni sapığının çıxıb şiələrin Abdullah bin Sebe adlı bir yəhudinin davamçısı olması kimi bir iftira ilə araları qatacaqdır. Şəxsiyyəti bəlli olmayan bu yəhudinin bəlkə də ardıcılı, nəvəsi elə həmin şəxsin özüdür.
İslam tarixində görkəmli yer tutan islamı qəbul etmiş yəhudilər də yox deyil. Bu yəhudilərin sırasında Abdullah bin Sebenin adı belə yoxdur. Məsələn, Abdullah İbni Səlam, Saləbə bin Said, Esid bin Said, Useyd bin Ubeyd, Salman Farisi və digər yəhudilər Peyğəmbərimizin (s.ə.s) ətrafında olmuş şəxslərdir.
“Bir gün Peyğəmbərimizə (s.ə.s) bir qab yemək gətirilmişdi. Rəsulillah yedi, bir az da artıq qaldı. “Bu vadidən cənnətlik bir kişi gəlir, artığı da o yeyər” – deyə buyurdular. Sad bin Əbi Vakkas abdəst almaq üçün özündən geri qalan qardaşı Umeyrin gəlib onu yeyəcəyini sanmış və “Hər halda gələcək olan adam Umeyr olar” – deyə düşünmüşdü. Fəqət Abdullah İbni Səlam gəlmiş və artıq qalan yeməyi o yemişdi” (Ahmed İbni Hanbeli Müsned. 1458 və 1591-ci hədislər). İbni Səlam müsəlman dinini qəbul etmiş çox elmli bir yəhudi idi.
Bu gün sünni türk ələvi türkdən “övladlarına Aişə, Əbubəkr, Ömər adlarını qoymadıqlarının” səbəbini soruşunca, nədən diqqəti İslam aləmində (həm sünni, həm şiə, həm ələvi-müəl.) bir kimsənin, xüsusən türklərin öz övladlarına Müaviyyə, Yezid, Şimr adları verməməsinə yönəltmırlər? Osmanlı sultanları içərisində yalnız iki nəfər Bayezid (Yezid olmayan deməkdir- müəl.) adı daşıyıb. Bu isimlərdən başqa heç bir sünni bu adı övladına verməyib. Niyə bu məzhəbləri birləşdirən məqamların çoxluğu, “şeytan övladlarının” uydurduğu azlığa məğlub olur? Yaxud Övliya Çələbinin “Səyahətnamə”də yazılandan – Yezidə aid olduğu sanılan məzarı Əmir Teymurun dağıdılaraq 60 fut dərinlikdə qazılıb dənizə tökdürülməsindən, dörd min əsgərə bu ərazini murdarlamağı əmr etməsindən danışmırlar? Əmir Teymurun Əhli-Beyt sevgisi, Peyğəmbər (s.ə.s) övladlarına rəğbətinin sonsuz olması onlarla tarixi əsərdə əks olunub. Əmir Teymur Hələbdə Qazı Aləmuddin Əl-Kufsidən soruşdu: “Həzrəti Əli, Müaviyyə və Yezid haqqında nə düşünürsən?” Qazı cavab verdi: “Hər üçü müctəhiddir”. Bu cavabdan Əmir acıqlandı və dedi: “Haqlı olan Əlidir, Müaviyyə zalimdir, Yezid isə canidir. Siz hələblilər Hüseynin qətlində şamlılar qədər günahkarsınız”. Çoxları, xüsusən sünni qardaşlarımız Əhli-Beytə Əmir Teymurun bu böyük ehtiram və sevgisini oxuyarkən onun şiə olmasını soruşarlar. Əmir Teymur nə sünni, nə də şiə idi. O, əsl müsəlman idi. Allahın qarşısında dayana biləcək qədər kamil və pak bir İslam övladıydı.
Burada Əhli-sünnə olan Əmir Teymurun hər yüz ildən bir Allahın İslamı yaymaq üçün göndərilmiş şəxslərin olmasını əsaslandırdığı (bu şəxslərin əksərən türklər olduğunu görürük- müəl.) bir fikri nəzərinizə çatdırıram: “Yeddinci yüz ilin başında (hicri tarixilə-müəl.) Olcaytu Sultan ibn Ərğun xan (ləqəbi Sultan Məhəmməd Xudabəndə, Çingiz xan nəslindən olan Azərbaycan hökmdarı -müəl.) məlum olan sənədə (1305-ci il-müəl.) böyük qardaşı Qazan xandan sonra səltənətin taxtında əyləşdi. Bir gün onun qulağına xəbər çatdı ki, Məhəmmədin (s.ə.s) dini o qədər gücdən düşüb ki, müsəlmanlar namaz üstündə təşəhhüddən sonra Məhəmmədin (s.ə.s) və övladlarının adına salavat çevirmirlər. Bu söhbətdən agah olan kimi yerindən durub Sultaniyyə (Cənubi Azərbaycanda şəhər-müəl.) cümə məscidinə getdi və İslam alimlərinin oraya toplaşmasını buyurdu. Sonra Sultan onlardan soruşdu: “Namaz üstündə Məhəmmədin (s.ə.s) və törəmələrinin adına salavat çevirməyin nə kimi fəzilətləri var?” Onlar bir ağızdan “Allah təalanın hökmünə görə namaz üstündə Məhəmmədin (s.ə.s) və onun törəmələrinin adına salavat çevirmək lazımdır” – deyə cavab verdilər. Bu vaxt bir dəstə üləma: “İmam Şafii (sünnilər arasında təriqət başçısı- müəl.) demişdir ki, Məhəmməd və övladlarının adına salavat çevirmədən qılınan namaz batil hesab olunur” – öz fikrini bildirdi. Başqa bir dəstə üləma, İmam Əzəm (Əbu Hənifə Noman ibn Sabit-sünni hənəfi təriqətinin başçısı- müəl.) demişdir ki, Məhəmmədin və övladlarının adına salavat çevrilməyən namaz haramdır”. Belə olan halda Sultan üləmalardan soruşdu: “O biri peyğəmbərlərin adlarına salavat çevirəndə nə üçün onların övladlarının, törəmələrinin adlarını yad eləmirlər? Hatəmül Ənbiya olan peyğəmbərlərimizə salavat çevirəndə isə “peyğəmbər övladı” kəlməsini də qoşurlar?” Cəmi üləma bu suala cavab verməyə aciz qaldı, onlar fikrə getdilər. Belə olduqda Sultan söylədi: “Bu suala cavab verərkən ürəyimə iki şey gəlir: birincisi budur ki, düşmənlər Peyğəmbərlərimiz Məhəmmədi (s.ə.s) oğulsuz hesab eləyirlər. Onların fikrincə, Tanrı-Təala Məhəmmədə (s.ə.s) sonsuzluğu layiq görüb. Onu deyənlərin bu dünyadakı nəsli kəsilib. Qalan olubsa da adı-sanı çıxmayıb, onları bir adam tanımayıb. Əslində Peyğəmbərimizin (s.ə.s) züriyyətlərinin sayı o qədər çox olub ki, onların hesabını Allahdan başqa kimsə bilməz. Peyğəmbərimizin (s.ə.s) adına salavat çevirəndən sonra onun övladlarına da xoşluq diləmək gərəkdir. İkinci budur ki, keçmiş peyğəmbərlərdən hamısının dinləri, gördüyü işlər ya yox edilərdi, ya da dəyişdirilərdi. Onların dinlərinin ehkamları əbədi deyildi. Amma İslam dini dəyişdirilməkdən azaddır, qiyamət gününədək bir qaydada saxlanılar. Belə olduğuna görə peyğəmbərin ümmətləri salavat çevirib onun adını zikr eləyən zaman onun övladlarını da yada salmalıdırlar. Məhəmməd (s.ə.s) ümmətlərinə məlum olsun ki, Məhəmməd (s.ə.s) dininin hamiləri, Quranın və hədislərin mənalarını şərh eləyən adamlar, şəriət elminin ləyaqəti hafizləri ənbiyalardan və mürsəllərdən qalan elmin varisləridir…”
Sultan bu sözləri söylədikdən sonra üləmalar və camaat arasından bir uğultu keçdi. Məhəmmədin (s.ə.s) və övladlarının adına salavat çevirdilər. Bu zaman sultan belə söylədi: “Məhəmmədin övladlarından birincisi – Həzrəti Əli (ə), sonuncusu Məhəmməd Mehdi (ə) Axırəzzamandır. Əgər belədirsə, Peyğəmbərimizin (s.ə.s) övladlarının izni və rüsxəti olmadan onun mülkünə əl vurmamalıyıq ki, əl vurmuş olsaq talançılıq etmiş olarıq”. Bu sözlər sultanın ağzından çıxdıqdan sonra cəmi üləma namaza əyləşdi. Namazdan sonra sultan əmr etdi: “Həqiqət belədirsə, Əhli-Beytin adına xütbə oxumaq, üzərində onların adları həkk olunmuş sikkələr buraxmaq lazımdır”. İşi belə görən, Sultanın sözlərini eşidən üləma onun fikrini təsdiqlədi. Allaha iman gətirdilər və “Olcaytu Sultan dinə, şəriətə rəvac verəndir” məzmunda fətva yaydılar” (“Əmir Teymurun vəsiyyətləri” Bakı. 1991 səh. 55-56).
Bu deyilənlər Əhli-sünnədən olan bir böyük hökmdarın haqqında bir başqa cahan hökmdarının yazdıqlarıdır. Yəni mənbəni sünni mənbəsi saymaq olar. Bu gün şiə və ələvilərin Əli (ə) sevgisi qədimdən türklərin qəlbində vardı. Osmanlı sultanları seyidləri vergilərdən azad edirdilər. Əmir Teymur Peyğəmbər (s.ə.s) övladlarının adıyla bağlı məkanlarda, ziyarətgahlarda təmir işləri apartdırardı. Əmir Teymur öz prinsiplərini açıqlayarkən yazırdı: “Öz səltənətimi İslam dini əsasında qurdum, xeyiri və ehsanı əskik olmayan şəriətə bağladım, hörmət, izzət bəslənilməsi zəruri olan Peyğəmbər (s.ə.s) övladlarına və əsabələrinə məhəbbət əsasında qaydaya saldım”. Digər tərəfdən,Əmir Teymur seyidləri birinci dövlət təbəqəsinə aid etmişdi.
17
Gətirdiyim bu sitatlar XIV-XV əsrlərdə İslamın görüntüsünü yarada bilər. Bu gün dərinləşmiş məzhəb fərqlərinin nədən ibarət olması aydın görünür. İmam Əli (ə) və Əhli-Beytdən fiqh götürənlər şiə adlandırıldı. Digər böyük toplum isə İmam Əhməd bin Hənbəli, İmam Malik, İmam Şafi və İmam Əbu Hənifədən öz fiqhini götürdü. Bu gün sünnü çoxluq (vəhabilər də onlara dəstək verir-müəl.) öz fiqhini Əhli-Beytdən olan İmam Əlidən (ə) götürənləri hansı əsaslarla kafir, dindən çıxmış, sebeçi, rafizi və s. adlandırırlar? Peyğəmbərə (s.ə.s) gedən yol, elm şəhərinin qapısı Əlidirmi (ə), yoxsa bu dörd təriqət başçısı olan imammı? Bu yöndə şiəliyi farslara bağlayan qardaşlarımız məzhəb imamlarından ikisinin fars olmasını, hətta İmam Hənəfinin Sasani hökmdarı Yəzdəgirdin nəslindən olmasını oxumayıblarmı? Yaxud Abu Hənifə və Malik bin Ənəs həzrətlərinin İmam Sadiqdən (ə.s) dərs almalarını bilmirlərmi? Onlar əzəmətli üləmalardır, amma Həzrəti Əli (ə) də Allahın Aslanı, Allahın qılıncı deyilmi?
Ümumiyyətlə,sünnilərin daha çox işlətdiyi rafizi və yaxud rəfaviz sözü müxalif deməkdir.Şiəliyi ləkələmək üçün uydurulan bu ləqəb şiəni dinə müxalif kmi göstərmək vasitəsinə çevrilib.Əslində şiələr Əməvi-Abbasi xəlifələrinin anti-islam mahiyyətinə qarşı müxalif olmuşlar və daim basqı altında yaşamışlar.İslami qanunları unudaraq qəsbkar,istilaçı,zalim və kafir olan xəlifələrə qarşı şiələr daim mübarizə aparıblar.Bu xəlifələr öz küfrlərini ört-basdır etmək üçün saxta hədislərə meydan veriblər.Xəlifələr özlərini möminlərin əmiri adlandırmaqla kifayətlənmir,həm də ozlərini Əhli-Beyt adlandırırdılar.Müaviyyə və Əbu Süfyan Əhli-Beyt hesab olunurdu,saxta hədislər Qurana bərabər tutulurdu və buna müxalif olan topluma şiə-rafizi deyənlər vardı…Çünki bir hədisdə deyilirdi:”Bir adam padişahın əmrindən çıxarsa cahiliyyət (imansız) içində ölür” (Müsned-I Ahmed c.1 səh.31).Xəlifələrin sifarişiylə yazılan bu cür hədislər yüzlərcədir və həmişə hökmdarlara sərf etdiyinə görə daim müdafiə olunmuşdur.Aydın olur ki, şiələrin müxalif olduğu şeylər İslam əleyhinə olan şeylərdi.Sünnilər şiələri dini parçalamaqda günahlandırırlar.Deməli din parçalanıb.Bu parçalardan ayrı-ayrılıqda hansı haqlıdır?Hər ikisi özünü əhli-sünnət sayaraq qarşısındakını müxalif sayır.Kimdir haqlı?
Bir gün şiələrin Yezidə, Şümrə lənət oxumalarına qarşı İmam Əl Qazali belə söyləyib: “Bu gün Şümr adında adam yoxdur, nəsli də kəsilib. Amma müsəlman müsəlmana lənət oxumaz”. Çox güman ki, belə cılızlıqları üləmalarımızın elmsizliyi törədir. Ona görə də həm özləri, həm də bizlər əziyyət çəkirik. Əl Bəlazuri Azərbaycanın (Cənubi Azərbaycan) Xəlifə Əbu Talib zamanında (656 – 661) İslamı qəbul etdiyini və Quran oxuduqlarını yazıb.
İslamı qəbul etmiş Albaniya və Atropatenanın qeyri-ərəb əhalisi “məvla” (cəmdə məvali – müəl.) adlandırırdılar. Məvali heç də İslam dinini qəbul etmiş qeyri-ərəblərin hamısına deyilmirdi. Bu söz İslamdan əvvəl “dönmə ərəb” anlamında işlədilirdi. Azərbaycan türklərinin İmam Əliyə (ə) bağlılığını bu faktlarda aramaq yetər.
Ərəb tarixçilərinin əsərlərində də bu yürüşlərin Əmir-Əl Mömünin Osmanın (r.a) zamanında başlanması haqda məlumatlar yetərincədir. “Tarixi Dərbəndnamə” (1898) əsərində deyilir: “Əbdülrəhmanın ölümündən sonra onun din uğrunda apardığı müharibələrdə iştirak etmiş silahdaşlarından biri Əmir Əl Möminin Osmanın (644-656) yanına gəlir. Həzrəti Osman (r.a) ondan soruşur: “Siz o çətin yolları necə keçdiniz? O ölkələri necə fəth etdiniz?” Döyüşçü suala belə cavab verir: “Ey möminlərin başçısı! Oradakı bütün şəhərlər türklərlə qarışıq yaşayan xəzərlər və alanlar adlanan dinsizlər idi”.
Həmin faktı “Übeyd ibn Şəriyyə Əl Curhuminin əxbarı” (VII əsr) əsərində verilmiş məlumatlar Azərbaycan əhalisinin türklərdən ibarət olduğu qeyd edilib: “Azərbaycan qədimdən türklər ölkəsidir və onlarla məskundur”.
Belə faktlar yüzlərlədir. Dünya alimlərinin türklərin gəliş məkanının Altay, tarixin X-XI əsrlər olması yalanlarına Türkiyəli alimlər də bəh-bəhlə qoşulurlar. Guya türklər Səlcuqlularla birgə gəlib. Əslində isə Səlcuqlular türkün inkişafına ən böyük zərbəni vurmuş bir toplum kimi türk tarixinə düşüb. Müasir Türkiyə hələ də “gəlmə”, “türkmən” konsepsiyasını sürdürməkdədir. Səlcuqlarla eyni vaxtda türklərin gəlməsi tam bir yanlışdır və qərblilərin yürütdüyü antitürk siyasətin tərkib hissəsidir. Səlcuqlar gəldiyində Bizans ordusu qıpçaq və beçeneqlərdən təşkil edilmişdi. Yerli türklərin on min ilə dayanan tarixi və mədəniyyəti vardı. Anadoluda yunanlar həmişə azlıqda olan bir toplum olub. Xristian Qaraman Ərməniyyəsinin, xristian qıpçaqların (Bu gün haylar onların tarixi nailiyyətlərini oğurlayaraq ərazi iddiası edir. Özünə hay deyən bu toplumun Anadoluya gəlmələri yalnız XVI əsrlərdən etibarən mümkün olmuşdu. Onlara tarix yazan fransızlar hay millətinin gərəksiz bir toplum olduğunu, məbəd fahişəliyindən qeyri bir nailiyyətinin olmadığını görüncə Qaraman Ərməniyyəsinin və qıpçaqların tarixini onlara uyğunlaşdırdı. Onsuz da Səlcuqluların və Osmanlıların təzyiqləri ilə Qaramanın xristian əhalisi Qafqaza doğru köç etməyə başladı. Onlar hazırda Şimali Qafqazda, Krımda və Gürcüstanda yunan adıyla yaşamaqdadırlar. “Danışməndilər” dastanı, Qıpçaqca İncil və s. onların yadigarlarıdır. Az bir hissə isə Trakyaya sürgün edilən xristianların tarixi haqlarını bərpa etməliyik-müəl.) dağıdılması ərmənilərdən qalan mədəniyyətə hay həyasızlarının sahib çıxmalarına yol verilməməlidir. Bizans imperiyasından öncə yunanların da Pelasqiya (Palasak, Balasaqun və s.-müəl.) adlandırdığı bu ölkə sak adlanan türklərə məxsus olmuşdur. Bir Skandinav salnaməsində deyilir: “Bizim Saksland adlandırdığımız yerlər German dövlətidir. Bu, olduqca güclü dövlətdir. Oradan axan çay Dumibiya (Dunay) adlanır. O, Alp dağlarından başlanır. Bu böyük çaya daha 60 böyük çay axır və dənizə 7 böyük qolla tökülür. Bu çayın arxasındakı yer Trakya adlanırdı. Orada olan şəhər Konstantinopol şəhəridir. Şəhərin əsasını Konunq Konstantin qoymuşdur. Adamlar bu şəhəri Maklaqard adlandırırlar. Trakyada əvvəl Yafətin oğlu Firas yaşamışdır. Türk adlanan xalq əmələ gəlmişdir. Qədim kitablardan məlum olur ki, buradan Svitoda, oradan isə Norveçə, oradan İslandiyaya, sonra isə Qrenlandiyaya köçmüşlər. Trakyanın yanında Hunqarland yerləşir”(Е.А. Мельникова «Древнескандинавские географические сочинения» Москва 1986 стр. 65). Bu barədə geniş araşdırmalarım var. Biz Mərkəzi Asiyadan deyil, buradan Mərkəzi Asiyaya getmişik. Arxeologiya bu faktı təsdiqləməkdədir.
Rusiyalı alim N.U.Marr türklərin vətənlərinin Orta Asiya olmasının yanlış olduğunu ilkin görənlərdəndir: “…Onların (türklərin) kütləvi şəkildə orada yaşadıqlarını və ilk yazılı dəlillərin orada olduğunu bildiyimizə görə türklərin ilk vətəninin Asiya olduğu fikrinin elmiliyi ilə razılaşmaq mümkün deyil” (24; 134-135).Başqa bir saqada (“İnqlinq haqqında saqa”) deyilir: “ Şimal-Şərqdən – Cənub-Qərbə doğru sıra dağlar (Ural) uzanır. O, Böyük İsveçi (Böyük Skifiyanı – İskoçu) başqa ölkələrdən ayırır. Cənuba doğru Türk ölkəsi başlanır. Orada da Odinin torpaqları var…” Snorri Sturulsona görə, “aslar və vanlar qonşu xalqlar idilər. Daim bir-biriylə müharibələr aparırdılar… Aslar türk ölkəsindən çıxaraq Odinin başçılığı ilə Van ölkəsinə qarşı müharibə etdi…”
Homer yazır: “Torpağında gümüş olan uzaq Alib diyarından, Qalidzonlu qoşunları Odi ilə Epistrof gətirmişdi…” (Homer “İliada” Bakı 1986 s.44/835). Gümüş və misiylə məşhur olan ölkə Alban ölkəsi, Odi isə Saqaların xəbər verdiyi Odindir. Bu azacıq faktlar da sübut edir ki, bölgədə yerli xalq yalnız türklərdir və bizə “gəlmə” deyən bütün irandillilər, semit tayfaları, bizanslılar və s. gəlmə xalqlardır. Bu gün bölgənin türkləşməsindən deyil, yeni türk yürüşlərindən bəhs etmək yetərlidir. İslamın gəlişiylə “kafirlik yayar” – deyə yandırılmış kitablar ucbatından bu gün qərb türklərinin tarixi mövcudluğunu təsdiqləmək çətinləşib.
Türkiyə və Azərbaycan tarixçiləri diqqəti bu istiqamətə vermək əvəzinə Vatikanın cızdığı tarixi bilgilər cızığından millimetr kənara çıxmırlar. Hətta X əsrdən öncə türk izi görən Türkiyə tarixçiləri bu izlərin Kür-Araz mədəniyyətiylə bağlı olduğunu bilə-bilə romalı, hay (səhvən erməni deyirik –müəl.), heç olmadıqda isə ərəb, yəhudi adıyla bağlamağa çalışırlar. Bu gün birgə əzmlə hayların mənimsədiyi “erməni” adı və fransızların uydurduğu yalançı “hayastan tarixi” deşifrə edilməlidir. XV əsrdən Anadoluya yol tapan haylar özlərini bu yurdun tarixi sahibləri elan etməkdədirlər.
Nə yazıqlar olsun ki, hər iki ölkənin beyinsiz adamları bu hay həyasızlığını heyranlıqla təsdiqləyirlər.
Bəlkə də bic haylar bu türk sadəlövhlərinə gülürlər…
18
Belə elmsiz yanaşmalardan biri də guya şiələrin on ikinci imam, Sahibi – əz Zaman ideyasını xristianlardan əxz etməsidir. Hazırda, xüsusilə də qardaş Türkiyədə bunun da günahlarını Şah İsmayıl Xətaidə görürlər. Hətta İran şiələri arasında da bu fikrin tərəfdarları var. Dr. Al Bardi (şiədir-müəl.) yazır ki, Şah İsmayıl guya bu adətləri dünya xristianlarından alıb. Guya Aşura ayinləri ilə İsa (ə) və həvarilərin başına gətirilən faciələri qeyd edirlər. Amma elm adamı sayılan bu adam bu ayinlərin Şah İsmayıldan çox-çox öncə keçirilməsi faktlarının mövcudluğundan xəbərsizdir. Xristianlıqda İmam Hüseyn (ə) əhvalatına uyğun hadisə Yəhya (ə) peyğəmbərin başına gəlib. 12 rəqəminə gəlincə isə bu, çox qədim zamanlarda yaradılmış “türk illəri” adlanan müasir təqvimdəki ayların sayı, astrologiyada bürclərin sayı, Azərbaycanda Qam duası (Muqam: mu – dua, ğam – kahin, imam -müəl.) muğamların sayı və s. yalnız türklərin adı ilə bağlıdır. Oğuzun 12 oğlu olub.Yusif (ə) peyğəmbərin 12 qardaşi vardı. Midiya məbədlərində 12 maq durardı. Tarixçi Nizaməddin Şami (XV əsr) “Zəfərnamə” əsərində yazırdı: “Türklərin siçan ilinə təsadüf edən yeddi yüz səksən altıncı ildə Əmir Teymur seçmə süvarilərlə Reyə gəlib qışı orada keçirdi”(N.Şami “Zəfərnamə” Bakı. 1992. səh.5).Əmir Teymurun pirim dediyi Mir Səid Şərif əmirə belə yazırdı: “Səltənətimi on iki təbəqəyə uyğun olaraq müəyyənləşdirdim. Bu on iki təbəqəni dövlət karxanasının on iki ayı, Səltənət göylərinin on iki bürcü gözündə gördüm”(“Əmir Teymurun vəsiyyətləri” Bakı. 1991 səh.58).

İmamların dövrə görə sıralanması 11-lə tamamlanır və 12-cisi Mehdidir. Bu 12 imamla bağlı hədislər tək şiələrə aid deyil.Əslində sünni mənbələrində də bu barədə yetərli məlumatlar var.Dəfələrlə araşdırıldığına görə yalnız mənbələri sadalayacağam:1.Сахих Муслим “Аль-Амарат” ,2.Сахих аль Бухари “Аль Ахкам”.3.Сахих Тирмизи т.2,ст.35,4.Аль-Мустадрак аляс-сахихайн т.4.ст.501,5.Хайсами Маджма аз-заваид т.5.ст.190,6.Муттаки Хинди” Канз аль-уммал” т.3.ст.205,7.Аль Фитан т.6.ст.201,8.Ахмед ибн Ханбали”
“Муснад” т.1.ст.398,9.Хилаят аль-Аулия Абу Наима т.4.ст.333,10.”Тарихи аль хиляфа Дж.Сюти” ст.14,11.Фатх аль Бари т.13.ст.183,Тафсир Ибн Кассир т.2.ст.34 və sair.Peyğəmbərimiz (s.ə.s) Rəbiul-Əvvəl ayının 12-də doğulub. Qədim Saqa məbədlərində 12 maq ayinlərdə və qurbanları qəbul etməkdə iştirak edərdi. “Həqiqətən göyləri və yeri yaradan gündə Allahın kitabında ayların sayı on ikidir” (“Tövbə” surəsi 36-cı ayə). Xəzərlərin 12 ilahə (təbiət hadisəsi və s.) inancını İbn Fazlan qələmə alıb. “Kitabi Dədə Qorqud” 12 boydan ibarətdir. Bu, təsadüfmü? Niyə bəs xristianlıq? Bu mövzu növbəti kitabımda geniş işıqlandırılacağına görə bu gün xristian aləmində toxunulmaz bir mövzu 12 həvari mövzusudur. Araşdırdıqda məlum olur ki, 12 imam mövzusunun 12 həvari ilə heç bir oxşarlığı belə yoxdur. Ümumiyyətlə, İsa (ə) peyğəmbərin əhvalatı adi bir astroloji təbiət hadisəsidir. Sadəcə izahı yüz illərdir qadağan edilib. Bunun qədim türklərin qeyd etdiyi Apa Tur (Bir zamanlar bütün Avropa bunu qeyd edib. Nəsilsayma Bayramı da demək olar-müəl.) bayramı ilə (25 dekabr) bağlı olub. Bu bayram və astroloji hadisələr Azərbaycandan-öncə Misirə, oradan Yunanıstana, Friqiyaya, İrana və Hindistana keçib. Misirdə Qor (Qorus, Gorus) – 25 dekabrda anadan olub. O doğulanda Şərqdə bir ulduz doğub, Qor 30 yaşında Anuk adlı birisindən elm öyrənib. Qorun 12 şagirdi olub. Onlarla bərabər gəzərək möcüzələr göstərib. Xəstələri sağaldıb, suyun üzəriylə gəzib və s. Onu Tanrının oğlu, İlahi od, Tanrının əli, Tanrı nuru və s. adlandırırdılar. Şagirdlərindən Tifon adlı birisinin satqınlığı nəticəsində çarmıxa çəkilib və üç gün sonra dirilib.
Friqiyada Attis 25 dekabrda doğulub, çarmıxa çəkilib və üç gündən sonra dirilib.
Yunanlarda Dionis 25 dekabrda doğulub. Möcüzələr göstərib, suyu şəraba döndərib. Çarlar-çarı, Alfa – Omeqa, Tanrının oğlu və s.adlanıb. Ölümündən 3 gün sonra dirilib. Farslarda Mitra da 25 dekabrda doğulub. 12 şagirdi ilə birgə gəzərək möcüzələr göstərib. Dəfnindən üç gün sonra dirilib. Hindlilərdə Krişna doğulanda Şərqdə bir ulduz parlayıb. Şagirdləri ilə möcüzə göstərib. Ölümündən sonra dirilib. Ümumiyyətlə, qədim dövr mifologiyasında və tarixində Şərq dedikdə birmənalı olaraq Şimali Azərbaycan (Albaniya) ölkəsi başa düşülüb. Hətta Osmanlı dönəmində Quzey Azərbaycana “Şərq diyarı” deyirdilər (Sultan Səlim də öz məktubunda Azərbaycanı Şərq diyarı adlandırır-müəl.) Qədim türklərdə Apa Tur (Nəsilsayma) bayramı 25 dekabra təsadüf edirdi. Sonralar bu bayram bir sıra Avropa ölkələrinə keçərək öz mahiyyətini dəyişmişdir. Bu bayramda ölən və doğulan nəslin hesabatı aparılırdı. Noyabrdan başlayaraq 22-23-24 dekabr günlərində bütün ölənlər yad edilir və yeni doğulanlar sayılaraq bayram başlanırdı. Bu vaxt ərzində sayımı aparanlar xəstələrə baş çəkir, ehtiyacı olanlara yardım edər, digər ailələrin istəkləri arzuları ilə maraqlanardılar. Çox güman ki, “ölüb-dirilmə” bu sayımla bağlıdır. Türklər qədimdən heliobiologiya, astrologiya, numerologiya (uyğur rəqəmlərini bizə ərəb rəqəmi kimi sırıyırlar-müəl.), kallioqrafiya və mistik nücum elmlərində daim üstün olublar. Müasir təqvimin 12 aya, 12 tsiklə bölünməsi Makedoniyalı İsgəndərdən çox-çox öncə türklər tərəfindən edilib. Yunanlar, ərəblər, romalılar illəri “türk illəri” adıyla tanıyırdılar. “Timmət əl kitab” (Bakı 1990) adlı salnamə 1270-ci ildə nəzmə çəkilib və illər “Türk illəri” adıyla təqdim olunur.
Tarixi-Rumi Makedoniyalı İsgəndərin şərəfinə onun ölümündən 12 il sonra tərtib edilib. Buna İsgəndər təqvimi də deyirlər. “Türk illəri” ilə bağlı Ə.Əhmədov yazır: “Türklərin ayları qəməri olsa da, həmin aylarla hesablanan il şəmsi ilidir. Qədim türk münəccimləri 12 ildən ibarət elə bir dövr təyin ediblər ki, həmin dövr bölgüsü indi də Şərq ölkələrinin çoxunda işlənir. Bu dövrün hər bir ilinə ad veriblər” (Ə.Əhmədov “Əsrarül Quran” II k. Bakı 1994 s. 43).
Böyük tsikl də bu sistemə uyğun bürc əsasında hesablanır. Yer kürəsi il ərzində Günəş ətrafında tam bir dövrə vurur. Günəş nəhəng bir ekleptika dairəsini bürclərin hər birini bir ay olmaqla keçər. Bu zaman bürclər Günəşin mənzilləri sayılır. Məhz bu dayanacaqlarda dekabr ayında (25-ci gün) dörd ulduzun olmasını ərəb astrologiyası da təsdiqləyir: Sədi-Bəl, Sədüs- Süud, Sədül-Əxbiya, Sədül-Məlik. Məhz bu ulduzlar xaç şəkilli düzülüş forması alır və Günəşin yüksəlişi bu ulduzların ortasına düşər. Bu gün xristian ikonalarında və xaçlarda Günəşin əks olunması bu astroloji hadisənin kalka edilmiş formasıdır. Yəni xristianlıq günəşə sitayişdən başqa bir şey deyildir.
Qədim Sanq-iqiqa (Şumer adını alman alimi yanlış olaraq işlədib-müəl.) xalqında Ay ili 13 aydan ibarət idi. Çariça təqdim olunan üç gəncdən (ona görə də bu ulduzlar qərb mınbələrində indi də uç çar adlanmaqdadır-müəl.) birini özünə bir illik ər və çar seçirdi. Bu şəxs bir il ərzində əsil çar kimi yaşayardı. Sanq-iqiqa xalqı (Şumerlər-müəl.) hesab edirdilər ki, on üçüncü ay Günəş ölür və yenidən dirilir. Ona görə də köhnə çar öldürülür və ertəsi gün yeni çar seçilirdi…
Yəhudilər maqların bu astroloji elmini Misirdən əxz ediblər. Bu Midiya maqlarının qurduğu bir düzənli sistemi ilahiləşdirmişlər. Musa (ə) öküzə sitayiş etdiyini gördüyü İsraillilərə bir-birilərini öldürmələrini əmr edir. Bu nə deməkdir? Musa (ə) peyğəmbərin doğulduğu zaman Qızıl Buğa dövrü başa çatırdı. Bu dövr e.ə. 3400 – 2150-ci illəri əhatə edirdi. Musa (ə) Qoç dövrünün təmsilçisi idi. Ona görə də simvol kimi qoç buynuzundan istifadə edirdi. Mikalencolonun “Musa” tablosunda və bir çox ikonalarda Musanın quzu buynuzlarına oxşar buynuzlarının olması əks olunub. Məsələnin məğzini anlamadıqlarına görə Musanın (ə) buynuzlu şəkilləri meydana çıxıb (X.Ədəboğlu “Unudulmuş Turanın çöl çiçəkləri” Bakı 2006 s.207). Bu hadisə o dövrlər üçün geniş yayılmış Şumer (Əslində bu ad yanlışdır. Bu ifadəni ilk dəfə Oppers işlədib (1850-ci il). Şumerlər özlərinə Sanq – iqiqa, əhaliyə isə kanqar deyirdilər- müəl.) mifləri iıə bəzədilmiş bu astroloji bilgilər Tövratın əsl mahiyyətindən uzaq bir şəkildə dəyişdirildiyini bildirir. Yəhudilərin özlərinin Musa (ə) peyğəmbəri Midiya maqı adlandırmaları da bu faktları təsdiqləyir. Ümumiyyətlə, Şərqdə Tövratda əks olunan rəvayətlərə uyğun rəvayətlər bol olub. Məsələn, Musa (ə) kimi Sarqonu da səbətə qoyub suya atırlar. Kralın arvadı onu götürüb saxlayır…
Sadəcə Buğa bürcü öz yerini Qoç bürcünə verməsi hadisəsi “Kitabi Dədə Qorqud”da Buğacın Buğanı məğlub etməsi kimi əks olunub. Biz bu hadisədən dastan, yəhudilər, romalılar isə din yaradıblar. Eyni dəsti- xətt İsa (ə) peyğəmbərin təliminə də tətbiq edilib. Onun dövrü Balıqlar dövrünə təsadüf edir. İsanın (ə) simvolu balıqla göstərilir. O, iki balıqla beş min nəfəri yedirir. Növbəti dövr 2150-4300-cü illəri əhatə edən Sutökənlə (Dolça) bağlıdır…
Bu bayramın Avropaya yayılması Atilla Xaqanın adıyla bağlıdır. Öncəki türk axınları ilə daşınan ideya yekun olaraq IV-V əsrlərdə tam məğzi ilə əxz olunmuşdu. Tanrı səma anlamında idi. İfadəli bir şəkildə desək, Səma, bulud və yağışıyla üst dünyaya, bəşəri ruh ilə isə axirət aləminə yayılmışdı. Tanrı – Səmavi ruh, ağa, İlahi Ata hesab olunurdu. Tanrıçılıq dinində təmizlənmə (крешение) su ilə başlanırdı. Ən böyük bayram isə “Tanrı tanıma” (doğuluş) adlanırdı. Bu bayramda gecə ilə gündüz bərabərləşir və inanca görə, Tanrı Yerə enir. Bu bayram katoliklərin mövlud (рождества) bayramıyla üst-üstə düşür. Altayda Tanrıçılar evlərə dirilik rəmzi olan şam (yolka) ağacı aparırdılar.
İkinci belə bayram 25 mart (21 mart-müəl.) ikinci dəfə gecə-gündüzün bərabərləşdiyi – bahar bayramı idi. Şirniyyatlar bişirib yanına boyanmış yumurtalar qoyardılar. Yenisey çayı ətrafında qayaüstü rəsmlərdə üzərinə cam qoyulmuş taxt (altar) xristianlıqdakı potiri xatırladır. Burada uzun qiyafəli ruhanilər əllərində jizel təsvir edilmişdir (А.Бушков «Чингисхан. Неизвестная Азия» Москва 2007 стр.136). Hazırda mart ayında Novruz (Nevr – qədim türk tayfasıdır. Qərb qolundan, hazırda Norveç tərəfə sıxışdırıldıqları məlumdur. “Uz” isə türkcə yarışmaq, çatmaq və ötüb keçmək anlamında işlənən sözdür. Bu bayramda Nevrlər qurd dərisi geyinər, tonqollar qalayar və şənlənərdilər. Bu gün fin-oğuz tayfalarında bu adətlərin izləri qalır. Bu barədə geniş araşdırmalarım var və Novruzun türk bayramı olması şəksizdir. Hərçənd bu bayrama qarşı da mübarizə aparılmış və bu gün çağdaş Türkiyədə bu siyasət davam etdirilir-müəl.) bayramını türklər və onlardan öyrənmiş millətlər qeyd etməkdədirlər.
Bu gün qazaxlarda noyabrdan başlamaqla 25 dekabrda yekunlaşan “Soğum – soydumu” adıyla bu türk bayramı davam etdirilir (Bu bayramların Avropada qeyd olunması ilə bağlı Plutarxın əsərlərində geniş məlumatlar var-müəl.).
Bəs türklər üçün bu astroloji dönəmlər nəyə görə ölmə və dirilmə ilə bağlı idi? Astroloji baxımdan bu dövrdə doğulan ən parlaq ulduz Sirius ulduzudur. Ona görə də ilk diqqəti o cəlb edir. Daha sonra daha üç ulduz doğulur. Bir çox mənbələrdə bu ulduzlar üçlüyü üç şah (üç çar, hökmdar və s.) adlandırılır. Bu gün Hayastanın işğalında olan Üçmüəzzin kilsəsinin məğzində də bu məsələ dayanır. Xristianlıqda isə üçlük – Ata, Müqəddəs Ruh və Allah adlandırılan (Triqemist, Troitsa və s.) ayinlər bu üç ulduzla əlaqəlidir. Sonra bu ulduzların səmada Siriusla birləşməsi xaç şəklini alır. Ötən kitabımda xaçın “İlahi mərhəmətin bərabər şəkildə dörd qütbə paylanması” simvolu kimi türklərəməxsus olması və bu gün Tanrının lütfiylə xristianların bizim bir simvoldan öpməyə vadar olduqları barədə yazdığımdan burada geniş yer ayırmıram. Atilla bayraqlarında türk xaç simvolunu görənlər az qala Atillanı da xristian elan edirlər. Səmada ulduzlar xaç şəklini aldığı günlərdə Günəş 22 dekabrda ən aşağı səviyyəyə düşür.Bakıda Qız qalasının böyük pəncərəsindən günəşin ilk şüasının düşməsi abidənin ezoterik olması və danışacağım faktlarla bağlıdır.21 dekabr ən uzun gecədir.Muğlar 22 dekabr günəşin ən aşağı səviyyədə olmasını çox güman ki,bu hadisə ilə bilirmişlər. 25 dekabrda isə bir dərəcə yüksəliş Günəşin xaçın mərkəzində dayanmasına səbəb olur. Bu astroloji hadisə 22 dekabr Günəşin ölümü, 25 dekabr isə dirilməsi günü bir əsatir kimi öncə Misirə, Yunanıstana, Hindistana, İrana və s. keçib, türkün gizli elminin adi bir astroloji təbiət hadisəsini din, tanrı kimi qəbul ediblər. Bu astroloji vaxtın xristianlara türklərdən keçməsi faktını xristianların özləri də təsdiqləməkdədir və ilkin mənbələr Vatikanın gizli arxivlərində bu günədək qorunmaqdadır. “1835-ci ildə, Qaliç şəhəri yaxınlığında qazıntı zamanı başının ətrafından və arxasından şüalar çıxan qəribə fiqurun təsviri olan mis heykəlcik tapıldı. Bu, kimin heykəlidir? Niyə bu heykəlcik qədim hind Allahı Şivanın təsvirlərinə bənzəyir? Bu suallara da elm hələ cavab verməmişdir” (A.Kondratov “Sirdən biliyə doğru” Bakı 1975 s.6). Bəs niyə İsanın ikonadakı günəş fonundakı rəsmlərinə bənzəyir? Həmin fiqur qədim Skifiyadan tapılıb. Məhz haqqında danışdığımız və bu gün İsa (ə) ikonalarında gördüyünüz Günəş və xaçın əks olunduğu (fonda) astroloji hadisəni türklər təsvir ediblər.
Üç ulduzlu Sirius haqqında məlumatlar saxa, çuvaş, yakut və başqa türk mifologiyalarında qalmaqdadır. Bu həqiqəti elm 80-ci illərdə təsdiqlədi. Bu mif türklərdən Misirə, Friqiyaya, Avropaya, Afrikaya və s. yayılmışdır. Deyilənlərə görə İraq bayrağındakı üç ulduz Siriusdan sonra doğan üç ulduzu əks etdirir.
İlkin xristianlıq dövrünü araşdıran A.Ranoviç yazır: “Maqlar və astroloqlar bizə Şərqdən (Şərq burada xüsusi yer adı kimi işlənir. Bir çox xristian mənbələrində olduğu kimi Şimali Azərbaycanı nəzərdə tutur-müəl.) gəliblər. Magiyanın astrologiya ilə münasibətini bilirik. Astroloqlar İsanın doğuluşundan ilkin xəbər tutanlar olduqlarından elə ilk hədiyyəni də onlar gətirdilər. Buna görə də maqların və astroloqların dinini xoşluqla qarşılamaq lazımdır” (А.Б.Ранович «Первоисточники по истории раннего христианства. Античные критики христианства» Москва 1990. стр. 168).
19
Bakirə qızdan İlahi nur vasitəsiylə hamilə qalma rəvayətləri də qədim türklərdə mövcud olub. Ən son Çingiz xan haqqında olan belə rəvayətlərə görə, Alanqva nurdan hamilə qalır, Yunanıstanda Diana Zevsdən hamilə qalaraq Perseyi dünyaya gətirir. Həmçinin, Melanippa Poseydondan, Aida Herakldan, Antiop Zevsdən hamilə qalaraq Tanrı oğlu olan Eolu, Telefi, əkizləri dünyaya gətirmişlər. “Kilsələr atası” adlanan Origen “Selsin əleyhinə” (“Contra Selsum”) adlı apologiyasında Selsin itmiş əsərlərindən bəzi müddəalara cavab verməsi Selsin fikirləri ilə tanış olmağa imkan verir. Bu barədə növbəti kitabda geniş araşdırmalar var. Xristianlıqda həvarilərin sayı, məhz 12 zodiak bürcü ilə, İsa (ə) isə Günəşin özüylə əlaqəlidir. Tomas Pains (1737 – 1809) də xristianlığı Günəşə sitayişlə eyniləşdirir və burada İsanın Günəşi əvəzlədiyini yazırdı.Şiələrin və ələvilərin əksərən türklər olması səbəbindən belə bir əsatirin dinimizə yol tapması mümkün deyildi.
Yeri gəlmişkən, Altay türklərində Tanrıçılıq dini üzrə bizə gəlib çatan ağ atlı Qeser xanın inancına görə “Şəfəqi sökən, söndürən, bitkiyə can verən, insana can verən və istədiyi zaman bu canı alan, əfv edən, quzunun belə yalvarışını duyan Odur. O, hər şeyi görür və bilir. Ona qarşı çıxılmaz, bu, günahdır. Xaqanı seçən və ona güc verən də Odur. Qeseri O gündərdi. Qeser qurbanlıq mərasimini dəyişdirdi. Hər şeyi nizama saldı”(“Qeseriada”). Eyni inancın kalka edilmiş forması xristianlığın yayılmasına səbəb oldu. I əsrdə Fələstində baş verən İudeya müharibəsi zamanı Apokalipsisin sözlərinə diqqət yetirin: “Şəffaf göyləri gördü, budur sadiq, səmimi, həm də ədalətli mühakimə edən və döyüşkən adam ağ atın belindədir. Göylərin zəfəri Onun tərəfində olacaq” (“Bibliya”). Hind “Şri Kalki Purana” vedalarında (Kalki Purana.1/3) deyilir: “Dinin əbədi prinsiplərini bərpa etmək üçün Ali Allah Kalkaya tapşırıq verəcək. Brahmanlar ailəsindən çıxan bu şəxs Kali – yuqanın günahkar çarlarını məhv edəcək. O Sind əyalətindən olan ata minəcək. Bununla da o, həqiqi dindarları qoruyacaq və Satyu–yuqanı bərpa edəcək”.
“Kalki Puran” 2/4: “Cənab Xari dedi: “O, Brahma, əmin ol ki, Mən tezliklə Şambxala kəndində doğulmağı qəbul edəcəyəm (Altayda Şambalanı Yerin mərkəzi sayırdılar. Əslində isə Məkkə yerin mərkəzidir-müəl.). Vişnuyaşi adlı braxmanın arvadı Sumatidən doğulmağı qəbul edəcəyəm”. Vişnuyaşi – sanskritcə “Allahın qulu” – deməkdir. Məhəmmədin (s.ə.s) atasının adı Abdullah da ərəbcə “Allahın qulu” anlamındadır.
Sumati – sanskritcə “sakit”, “həlim”, “mülayim” deməkdir. Məhəmmədin (s.ə.s) anasının adı Əminədir. O da “sakit”, “həlim”, “mülayim” deməkdir.
Kalki Puran 2/15: “Bu şərtlərdə Allah Xari Kalka qiyafəsində dünyaya yendi. Vaisakha ayının 12-ci günü o doğulacaq.
Hicri təqvimilə Məhəmməd (s.ə.s) Rəbiul-əvvəl ayının 12-də doğulub.
“Yerin sahibi Tanrı Kalki öz Devadat adlı ağ atına minərək əlində qılınc Yer üzünü dolanaraq özünün 8 mistik qüdrətini və 8 ilahi keyfiyyətini göstərəcək. O, öz atını çaparaq Çar (Şah) qiyafəsi geyinmiş milyonlarla oğrunu məhv edəcək. Özünün əvəzsiz qüdrətiylə qanunsuzluğa düçar olmuş günahkarları cəzalandıracaq. Yer üzündə ədaləti bərpa edəcək. Kali-yuqanın sonuna doğru yaşayanların ağlı, vicdanı kristal kimi təmiz olacaq. Güc hesabına bu gərdişi-dövranı dəyişə bilməzlər. Bu adamlar bəşəriyyətin toxumu kimi olacaqlar, yeni bir insan irqi yaradacaqlar. Krit (təmizlik) dövrünün qanunlarına riayət edəcəklər. O, yalançı peyğəmbərlərə, eretiklərə, vicdansız çarlara qalib gələcək. İblis çarlar öldürüldükdən sonra insanların qəlblərini təmizləyəcək və dəyişəcəklər. Onların övladları olacaq və Yer üzü Allaha sadiq insanlarla dolacaq. Sonra Satya – yuqaya yol başlanacaq, bəşəriyyətdə hər şey Kalinin (İblisin) təsirindən, itaətindən azad ediləcək. Cənab Kalki (Tanrı) öz ordusuyla özünün Əbədi Yurduna dönəcək”…
Bir hədisdə Həzrəti Peyğəmbərimiz (s.ə.s) demişdi: “Mən qılıncla zaman qarşısında insanları Tək Allaha itaət etməyə çağırmaq üçün göndərilmişəm”. Mifdən reallığa, həqiqətə doğru bir Ağ at yürüməkdədir. Bu at ən son Kərbəla çöllərində sahibini oxla, qılıncla, nizəylə öldürdükləri gün göründü… Həqiqəti isə hələ də görə bilməyən bir çoxluq var… Çünki “həqiqəti öldürmüşdülər…”.
Amma uydurulmuş iftiraların heç biri tarixlərdə söyləndiyi kimi əks olunmayıb. İslam xəlifələrin qarşılarında diz çökdüyü iki Böyük Türk sərkərdəsinin diliylə Peyğəmbəri (s.ə.s) və onun övladlarını anlatmağa çalışdım. Bu Sultanların öz dillərindən çıxan sözlər yəhudilərin uydurduğu saxta hədislərə bənzəməz. O bir türkün sözüdür. Öz qılıncıyla Cahana hökm edən bir zatın sözüdür. Nəticəni sizlərin ixtiyarına buraxıram…
20
Mən nə sünniliyin, nə də şiə və ələviliyin yanlış olmasını düşünmürəm. Hər iki yol Allaha ulaşmaq üçün gedilən yoldur. Sadəcə bu yolların bələdçiləri fərqlidir. Kimin doğru, kimin yalnış olmasını müəyyən edəcək olan yalnız Allahdır…
…Həzrəti Əli (ə) Ömərin (r.a) qəbirdəki halını görmək üçün gözlərini yumub dayandıqdan sonra söylədiyi “Allah mübarək eləsin, ya Ömər. Davanın əriymişsən” -deməsi barədə hədisi hər iki məzhəbdən olanlar yaxşı bilirlər. Bu gün rafizilərin, vahabilərin və onların ağalarının şərinə uyaraq İslam böyüklərinə küfr etmək heç bir müsəlmana yaraşmaz. Başqa bir hədisdə (bacardıqca səhih hədislər, Quranla uzlaşan hədislərdən istifadə etməyə çalışmışam-müəl.) deyilir: “O adam müsəlman sayılır ki, diliylə və əliylə başqa bir müsəlmana zərər vermir” (Сахих Аль Бухари «Достоверные предания» Москва 2004 стр. 31).
12 rəqəmi yəhudilərdə də işlənir. Onlar 12 qoldan ibarət bir toplum olduqlarını söyləyirlər. Nə əcəb şiəni Sebeylə bağlayanlar bu faktı dilə gətirməyiblər. Bir daha bilmək lazımdır ki, dünya xalqları 10-luq say sistemindən kənara çıxa bilməyəndə türklər göylərdəki planetlərin sayı ilə məşğul idilər və 12 rəqəmi birbaşa türk zehnindən qopan bir rəqəmdir. Müsəlmanlarda isə 12 rəqəmiylə ilk dəfə “Məhəmməd (s.ə.s) haqqında eşidən mədinəlilər məşhur adamlardan 12 nəfər nümayəndə seçərək bazara onun yanına yollayıblar” (at-Tabari I, 1211). Abbasi hərəkatında xorasanlıların 12 naibi iştirak edirdi. Xorasan şiəliyin mərkəzi sayılırdı. Abbasilərin onlardan istifadə etmək səbəbi Əməvilərin şiə simvollarına, tərəfdarlarına qarşı yürütdüyü əsl düşmən münasibətiydi. Ərəblərin “xorasanlılar və türklər qardaşdırlar”- deməsi (Cahiz) birmənalı olaraq Xorasanın bir türk platsdarmı olması ilə bağlıdır. Xəlifə əl-Mütasim (833-842) dövründə yazıldığı ehtimal olunan əsərdən bir parçanı nəzərinizə çatdırmaq istəyirəm: “Biz (xorasanlılar-müəl.) ölkələr tutduq, əhalisini köçməyə vadar elədik, düşmənləri çöllərdə məhv etdik. Biz bu dövlətin sadiq təbəələriyik, onun çağırışlarına, onun əsas istəyinə uyğun olaraq qasırğa yaratdıq… Xorasanlılar peyğəmbər övladlarına sonradan kömək etdilər. Bizim genelogiyamız budur, bizi belə tanıyırlar. Biz qəbul etdiyimiz dinə sadiqik, sadəcə yollarımız ayrıdır. Biz şiə kimi məşhuruq, itaət etdiklərimizə görə ölüb-öldürürük. Səhih hədis və ayətlərə uyğun olaraq biz qara bayraqların daşıyıcılarıyıq” (Ибн Ал –Факих Ал-Хамадани «Известия о странах». Ф.М.Асадов «Арабские источники о тюрках в раннее средневековье» Баку 1993 стр. 62). Bu faktı gətirməkdə türklərin ilk müsəlman olanlarının şiə olmaları , əzilməkdə olan Peyğəmbər (s.ə.s) övladlarının yanında olmaq istəmələri ilə əlaqəli olmuşdur. Yalnız bu gün Sasanilərin qisasını güdənlər şiələrin də qəbul etmədiyi və anlamadığı bəzi dəyişikliklər ediblər. Bunu dindar, mömin olanlar çözə bilərlər. Hər halda bu, mümkündür.
Məsələyə başqa bir prizmadan yanaşaq. Xristianlar İsaya (ə) Allahın oğlu deyərək yalnış bir yolla gedirlər. Türkiyə ictimaiyyəti bu yalnışın ardıcıllarına qucaq açarkən “hepimiz ermeniyiz!” (yalnış şəkildə söyləyiblər. Onlar haydırlar-müəl.) şüarıyla meydanlara töküləşənlər nədən şiələrə, yaxud da Ələvilərə qarşı olmazın nifrət, böhtan atanlara qarşı öz etirazlarını bildirərək “Hepimiz şiəyik, hepimiz sünniyik, hepimiz əleviyiz”–deməyə çətinlik çəkirlər. Anadoluda və Türkiyənin hər yerində ələvi və şiə toplumu əksərən türklərdir. Bundan nə Türkiyə dövlətinə, nə də Türk Birliyi ideyasına zərər toxunması mümkün deyil. Bəs nədən bu dövlət,təhlükə doğurmayan topluma qarşı bunca enerji xərcləyir?
İslam daxilində ərəblər vahabilik, farslar babilik təriqətləri yaradırkən Türklər İslamı sufizmlə gözəlləşdirirdilər. Türk sufilər elə mərtəbələrə yetişdilər ki, hələ XXI əsrdə də onların sahibləndikləri gizli elmi misqal-misqal anlamaqdayıq. Şərq türkləriylə gəlmiş, türk qövmünü bütün qövmlərdən üstün bilən Şeyx Həsən Tatari ərəblərin Əhli-Beytə etdikləri xəyanəti dəyərləndirərək deyirmiş: “Cənabi Haqq Həzrəti Peyğəmbərimizdən (s.ə.s) başqa bütün ərəbləri qarğamışdır”. Bu gün Ərəb dünyasının hansı vəziyyətdə olmasından Türk dünyası təcili dərs almalıdır. Sonra gec ola bilər.
Fikrimi Əlinin (ə) iki kəlamıyla yekunlaşdırmaq istəyirəm. O, buyururdu: “Kim xalqının ayıblarını görür, onları qınayır, amma özü də o işləri görürsə, axmağın biridir”.
İmam Əli (ə) buyururdu: “Mənim iki düşmənim vardır. Biri mənə qılınc çəkən, biri də mənə ibadət edəndir”. Biz Əlinin (ə) inandığı Allaha və Peyğəmbərə (s.ə.s) inanırıq.
Üzünüzü Allaha tutun və yanlışlardan tövbə edin! Amin!

Xaqani Ədəboğlu

İstifadə olunan ədəbiyyat

1.“Azərbaycan tarixi” Bakı 1994
2.N.Gəncəvi “İsgəndərnamə” Bakı 1982
3.N.Rəhimov “İslam tarixi” I-II c. Bakı 2005
4.Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk “Siasətnamə” Bakı 1987
5.Rafik Özdək “Türkün qızıl kitabı” I-II c. Bakı 1993
6.Abdulhamit Avşar “Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri” Bakı 2007
7.Faruq Sümər “Oğuzlar” Bakı 1992
8.German Vamberi “Əmir Teymur” Bakı 1991
9.X.Ədəboğlu “Unudulmuş Turanın çöl çiçəkləri” Bakı 2006
10. Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” Bakı 1989
11. Zeynəddin bin Həmdullah Qəzvini “Zeyli tarixe qozide” Bakı 1990
12.Saleh İldırım “Babək Xürrəmdin” Bakı 2005
13.Fəzulullah Rəşidəddin “Oğuznamə” Bakı 1992
14.Ə.Əhmədov “Əsrarül Quran” II k. Bakı 1994
15.Ağayar Şükürlü “Mifologiya” IV c. Bakı 1996
16.“Qədim şərq ədəbiyyatı müntəxəbatı” Bakı 2007
17.Osman Turan “Selcuqlar tarihi ve türk-islam medeniyyeti” Ankara 1965
18.Abdullah oğlu Abdullah “Reddiye” İstanbul 1982
19.Y.A.Belyayev “Müsəlman təriqətləri” Bakı 1991
20.A.Kondratov “Sirdən biliyə doğru” Bakı 1975
21.M.Kolanqatlı “Albaniya tarixi” Bakı 1993
22.Y.Nəsimi “Seçilmiş əsərləri” Bakı 1985
23.Q.Qeybullayev “Qarabağ. Etnik və siyasi tarixinə dair” Bakı 1990
24.Əllamə Kuleyni “Üsuli Kafi” I c. Bakı 2005
25.“İncil” Bibliya Tərcümə İnstitutu 1993
26.Şeyx Məhəmməd ibni Həsən Hürr Amili “Hədisi-qüdsi” Bakı 2001
27.Nəsir Rzayev “Əcdadların izi ilə” Bakı 1992
28.Mahmud Ustaosmanoğlu “İman və İslam”. Ömər Nasuhi Bilmən “Böyük İslam Elmihalı” Bakı 1999
29. Q.Qeybullayev “Azərbaycan türklərinin təşəkkülü tarixindən” Bakı 1994
30.Homer “İliada Odisseya” Bakı 1986
31.Y.T.Kruşinski “Xristian səyyahın tarixi” Bakı 1993
32.Mirzə Bala Mehmetzade “Milli Azərbaycan harekati” Ankara 1991
33.“Əmir Teymurun vəsiyyətləri” Bakı 1991
34.Mehmed Solakzadə “Tarix” Bakı 1992
35.“Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar” Bakı 2005
36.F.Məmmədova “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” Bakı 1993
37.Ə.Nicat “Nağıllara dönən tarix” Bakı 1993
38.Y.Yusifov “Qədim Şərq tarixi” Bakı 1993
39.Seyid Şərif Razi “Nəhcul Bəlağə” Bakı 2000
40.Ağasıoğlu “Qədim türk eli. Saqa Qamər boyları” Bakı 2006
41.Ziya Göyalp “Türkçülüyün əsasları” Bakı 1991
42.Q.Qeybullayev “Qədim türklər və Ermənistan” Bakı 1992
43. Yaqub Mahmudov “Öyrənilməmiş səhifələr” Bakı 1972
44.Hoca Satettin”EfendiTac üt-tavarih” IV c.Istanbul 1979
45.Castin Marozzi “Tamerlan” Bakı 2012

Rus dilində

1.Н.М.Карамзин «История государства Российского» I-II-III т. Москва 1989
2.Абул Фазль Аллами «Акбарнаме» I-II т. Самара 2003
3.«История древнего мира» Москва 1989
4.«История древнего Востока» Москва 1988
5.Ларий Горяев «Буддизм истоки и традиции» Санкт-Петербург 2007
6.«Литература древнего Востока» Москва 1984
7.«История монголов» Москва 2005
8.«Древная Индия» (Язык, культура, текст) Москва 1985
9.«Три великих сказания Древней Индии» Москва 1978
10.Э.Н.Темкин. В.Г.Эрман «Мифы древней Индии» Москва 1985
11.«Шри Кальки Пурана. Веды» Москва 2012
12.«Атхарваведа Избранное» Москва 1976
13. Джон Мен «Чингисхан колесо истории» Москва 2006
14.«Махабхарата и Рамаяна» Москва 1974
15.Р.Фрай «Наследие Ирана» Москва 1985
16.Джек Уезерфорд «Чингисхан и рождения современного мира» Москва 2006
17.А.Бушков «Чингисхан – неизвестная Азия» Москва 2006
18.Рене Груссе «Чингисхан» Москва 2007
19.Е.А.Мельникова «Древнескандинавские географические сочинения» Москва 1986
20.Гередот «История» Москва 2006
21.Девид Ролл «Утраченный завет» Москва 2005
22.И.С.Свенцицкая «Раннее христианство: страницы истории» Москва 1987
23.«Тамерлан. Автобиография уложение» Москва 2006
24.Макс Миллер «Египетская мифология» Москва 2006
25.А.С.Сумбатзаде «Азербайджанцы – этногенез и формирование народа» Баку 1990
26.С.Г.Агаджанов «Государство сельджукидов и средняя Азия» Москва 1990
27.Доктор Рахман «Краткая история Ислама» Москва 2006
28.«Тора – пятикнижие и гафтрот» Москва 2006
29.«История тайных обществ» Москва 2007
30.Л.С.Васильев «История религий Востока» Москва 2006
31.Сахих аль Бухари «Достоверные предания» Москва 2005
32.Н.Х.Ахметшин «Врата Шамбалы» Москва 2007
33.«Религии мира» Москва 2005
34.Э.-О. Джеймс «Тайны языческих богов. От бога – медведя до золотой богини» Москва 2006
35.Ю.В.Мизун, Ю.Г.Мизун «Люди и боги» Москва 2005
36.С.Г.Лозинский «История папства» Москва 1986
37.«История древнего мира» I-II т. Москва 1989
38.Проф. Абдуль – Ахад Даууд «Мухаммад в Библии» Москва 2006
39.Плутарх «Избранные жизнеописания» I-II т. Москва 1987
40.«Историческая география Азербайджана» Баку 1987
41.«Исчезнувшие народы» Москва 1988
42.С.Ю.Касумова «Азербайджана в III – VII вв.» Баку 1993
43.Н.М.Карамзин «Письма русского путешественника» Москва 1988
44.Н.М.Карамзин «Предания веков» Москва 1988
45.Фазлуллах ибн Рузбихан Хунджи «Тарихи алам ара – йи амины» Баку 1987
46.«Древнеегипетская книга мертвых» Москва 2004
47.Р.К.Баландин «Дни творения» Москва 2007
48.А.Мец «Мусульманский ренессанс» Москва 1996
49.Г.А.Гейбуллаев «К этногенезу азербайджанцев» Баку 1991
50.«Историки античности» I т. Москва 1989
51.Мурад Аджи «Европа, тюрки, Великая степь» Москва 1998
52.«История древней Греции» Москва 1972
53.Дж. Дж. Фрезер «Фольклор в Ветхом Завете» Москва 1987
54.Тит Ливий «История Рима от основания города» Москва 1991
55.Зенон Косидовский «Библейские сказания» Москва 1987
56.К.В.Тревер «Очерки по истории культуры древней Армений» Москва – Ленинград 1953
57.«История Чойджит – Дагини» Москва 1990
58. Л.Гумилев «Поиски вымышленного царства» Москва 2004
59.Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. Баку 1949

Kitabın içindəkilər

Redaktordan ………………………………………………….
Ön söz əvəzi ………………………………………………….
Türkçülükdə “Səlcuqlu” xəstəliyi …………………….
Çingiz xanın fəthi və “Səlcuqlu” xəstəliyi …………
Osmanlı – Teymur xan düşmənçiliyi …………………
Sünnü – şiə düşmənçiliyi …………………………………
Səfəvi – Osmanlı düşmənçiliyi ………………………….

Türkçülükdə “Səlcuqlu” xəstəliyi…